"Baş Prokukorluq işi təzələyib, istintaq aparılır" - Xanlar Vəliyev “Tərtər işi”ndən danışdı
“Tərtər işi” ilə bağlı vaxtında istintaq apardıq. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev deyib.
"İndi iş Baş Prokukorluqda aparılır. Biz vaxtında istintaq apardıq, müəyyən qisim işlər gördük. Baş Prokukorluq işi təzələyib, istintaq aparılır", - deyə X.Vəliyev bildirib.
Hərbi cinayətlərdən bəhs Xanlar Vəliyev bildirib ki, hər il ən azı 98-99 faiz cinayətin üstü açılır.
"Xüsusən ölüm halları ilə bağlı 100 faiz cinayətin üstü açılır. Tapşırıq vermişəm ki, hər bir ölüm halı ilə bağlı dərhal cinayət işi başlanılmalıdır", - deyə o əlavə edib.