Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın arxiyepiskopu ilə görüşdü
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın Dövlətlərlə Əlaqələr üzrə Katibi Arxiyepiskop Pol Riçard Qallager geniş tərkibdə görüş keçiriblər.
Nazirliyin "X" hesabında paylaşımda bildirilir ki, tərəflər görüş zamanı əməkdaşlığın perspektivlərini, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Tərəflər dünyada multikulturalizmin və dinlərarası dialoqun təşviqinə yönəlmiş birgə səylər və təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.
ZÜMRÜD