Cümə günü, 30 oktyabr 2026
     

Elm sahəsində rüşvət hallarının olmasının obyektiv və subyektiv səbəbləri - Məhərrəm ZÜLFÜQARLI yazır...

Image


Azərbaycanda elm sahəsində proteksiyanın, qohumbazlığın, yerlibazlığın və rüşvətin olması ilə bağlı çox yazılıb. Fikrimizcə bu xoşagəlməz halların aradan qaldırılması üçün onları doğuran səbəblər aradan qaldırılmalıdır. Bəs bu səbəblər hansılardır?

Bu yazımızda biz konkret olaraq bu səbəbləri təhlil edərək, vəziyyətdən çıxış yollarını göstərməyə çalışacağıq. Elm sahəsində rüşvətin olmasının səbəblərini şərti olaraq iki yerə, obyektiv və subyektiv hissəyə ayırmaq fikrimizcə daha düzgün olar.  

Obyektiv səbəblərə - elm sahəsində dövlət tərəfindən əvəzi ödənilməyən, yəni əmək haqqı nəzərdə tutulmayan işləri göstərmək olar. Bunlar aşağıdakılardır:

- Dissertasiyaların kafedralarda müzakirəsi zamanı dissertasiyanı oxuyub, rəy verən mütəxəssislərə əmək haqqının nəzərdə tutulmaması;

- Dissertasiyaların müdafiə şurasına təqdim olunması üçün keçirilən seminarların sədrləri və üzvlərinə əmək haqqının nəzərdə tutulmaması;

- Müdafiə Şurasının sədrinə, elmi katibinə və üzvlərinə əmək haqqının nəzərdə tutulmaması;

- Ali Attestasiya Komissiyasının nəzdində olan ekspert komissiyası üzvlərinə müzakirələrin keçirildiyi iclaslarda iştiraka görə əmək haqqının nəzərdə tutulmaması. Burada son vaxtlar dissertasiyanı oxuyub, rəy verən üzvlərə çüzi əmək haqqın verilir ki, bu da komisiyya üzvlərini qane etmir;

Azərbaycanda hələ də görülən işə görə əmək haqqının nəzərdə tutulmamasını fikrimizcə sovet dövrünün xoşa gəlməyən qalığı hesab etmək olar. İndi də rayon və şəhərlərdə insanların sovet dövrünə xas iməciliklərə çıxarılaraq pulsuz işlədilməsi də "kommunist iməciliklərinin" davam etdiyini sübut edir. XXI əsrdə insanların özləri üçün deyil, cəmiyyət üçün (sovet dövründə buna "mücərrəd kommunizm cəmiyyətində yaşayacaq insanlar üçün" deyirdilər) əvəzi ödənilmədən çalışmağa məcbur edilməsi bəzi məmurların hansı səviyyədə olduğunun göstərir. Əslində "cəmiyyət üçün" adıyla insanların işlədilməsindən əldə olunan vəsaitlərin  məmurların dolayı yolla mənimsəməsi  də heç kimə sirr deyil. Bu halın digər sahələrlə yanaşı elmdə də hələ qalması heç bir məntiqə sığmır. 

Fikrimizcə görülən işə görə əmək haqqının ödənilməməsi neqatif hallar, o cümlədən rüşvət halları üçün münbit şərait yaradır. 250-300 səhifəlik dissertanı oxuyub, rəy verən şəxsin gördüyü işin haqqı dövlət tərəfindən ödənilmədiyindən bunu dolayı yolla iddiaçıdan almağa çalışır ki, bunun da cinayət məcəlləsində adı rüşvətdir. Bu hal dissertasiyanın ilkin müzakirəsində, Seminar və Müdafiə Şurasının iclaslarında təkrar olunur. Nəticədə öz gücünə, rüşvətsiz müdafiə etmək istəyən iddiaçılar süni maneələr, çətinliklərlə üzləşir, rüşvətlə müdafiə olunan dissertasiyaların keyfiyyəti isə aşağı olur. Bundan da Azərbaycan elmi itirir. Hətta bəzi müdafiə şuralarında əmək haqqı olmadığına görə üzvlərin iclaslara gəlməsi müşkülə çevrilir. İddiaçılar onların iclasa gəlməsi, kvorumun olması üçün aftereferatı onlara təqdim edərkən onlardan iclasa gəlməyi xahiş edərkən, rüşvət də verməyə məcbur olurlar.

Bu acınacaqlı vəziyyəti aradan qaldırmaq üçün dövlət yuxarıda qeyd etdiyimiz işlər üçün normal əmək haqqı ayırmalıdır.

Subyektiv səbəblərə - doktorantlara elmi rəhbərlərin, elmi məsləhətçilərin, opponentlərin təyin edilməsində olan neqatif halları aid etmək olar. Başqa sahədə olan korrupsioner məmurlar qohumbazlıq, yerlibazlıq vasitəsilə bunu həyata keçirdiyi kimi, elm sahəsindəki səlahiyyətli şəxslər də eyni metodlardan istifadə edirlər. Bura rüşvətlə elmi dərəcə və elmi adlar  almış şəxslərin məsələyə özlərinə xas baxışlarının olmasını, əliəyri, acgöz insanların rüşvətsiz iş görə bilməmələrini də daxil etmək olar.

- Doktorantların elmi rəhbərləri üçün ildə 50 saat ayrılır. Bununla da elmi dərəcəsindən asılı olaraq bir qədər fərqli şəkildə elmi rəhbərlərə əmək haqqı verilir. Buna görə də bu işdə səlahiyyətli şəxslər ciddi-cəhdlə çalışırlar ki, elmi rəhbər ya özü və ya da ona yaxın olan adamlar olsun. 

Bu yaxınlarda məlum olub ki, AMEA-nın institutlarından birinin sabiq direktoru uzun illər qəbul olunan doktorantların əksəriyyətinə rəhbərliyi özünə götürüb. Halbuki elmlər doktorlarına 5 doktorantdan artıq rəhbərlik etməyin qadağan olduğunu həmin şəxs bilməmiş deyildi. Öz səlahiyyətindən sui-istifadə edən bu şəxsin hazırda rəhbərlik etdiyi, lakin hələ müdafiə etməmiş 50-dən artqıq doktorantın olduğunun üzə çıxması vəzifəli şəxslərin elmin inkişafına kömək etmək əvəzinə ona arxadan necə zərbə vurduğunu əyani şəkildə göstərir. Bu 50-dən artıq doktoranta rəhbərlik başqa alimlərə həvalə olunsa idi, yəqin ki, çoxları artıq müdafiə edib elmi dərəcə almışdı. Fikrimcə bu cür neqatif hallar araşdırılmalı, səlahiyyətlərindən sui-istifadə edərək, qanunu pozaraq çoxlu sayda doktoranta rəhbərliyi mənimsəmiş şəxslərin aldıqları pullar dövlətə geri qaytarılmalıdır.

Hazırda bir sıra ali məktəblərdə elmlər doktoru, professorlar ola – ola doktorantlara vəzifəsi olan fəlsəfə doktorlarının  elmi rəhbər təyin edilməsi kütləvi hal alması da elmin inkişafına yaradılan problemlərdəndir. 

- Opponentlərə əvvəllər əmək haqqı verilmirdi. Son illər iddiaçıların işlədiyi müəssisələr gec də olsa bu işə görə 250 manata qədər əmək haqqı ödəyir. Bəziləri bunu çox az hesab etsələr də, bəziləri buna görə də opponent kimi öz yaxınlarının təyin olmasına çalışırlar. Səaliyyətli vəzifəsi olmayan elmlər doktorları, professorlar burada da kənarda qalırlar. Vəzifəli şəxslərin opponentlərin təyin olunmasına bu cür yanaşmasından zərbə yenə də elmə dəyir. 

Bəs vəziyyətdən çıxış yolu nədir? Vəziyyətdən çıxış yolu üçün fikrimizcə təcili olaraq aşağıdakı işlərin görülməsinə ehtiyac var:

- Alimlərin yuxarıda qeyd etdiyimiz əvəzi ödənilməyən əməyinin əvəzi dövlət tərəfindən yüksək səviyyədə ödənilməlidir. Bunu fəaliyyəti tənqid olunan "Elm Fondu"na ayrılan vəsaitin bir hissəsini kəsərək bu sahəyə yönəltməklə də etmək mümkündür. Lakin bu da son nəticədə dövlət vəsaiti hesabına maliyələşməyə gətirib çıxarır.

- Alimlərin  əvəzi ödənilməyən əməyinin əvəzi dövlət tərəfindən yüksək səviyyədə ödənilmədiyi halda beynəlxalq təcrübəyə istinad edərək, alternativ yollar axtarılmalıdır. Bunlar da fikrimizcə aşağıdakılar ola bilər:

1. Müxtəlif xeyriyyə fondlarından ayrılan qrantlar, ianələr vasitəsilə;

2. İddiaçının işlədiyi müəssisənin hesabına ödənilən vəsitlə;

3. İddiaçının öz hesabına qanuni şəkildə ödənilən vəsaitlə. Belə olduğu halda iddiaçıların əmək haqqının artırılması məsələsinə da baxılmalı və onların əmək haqları artırılmalıdır. Burada məsələyə dövlət himayəsi baxımından deyil, özəl sektorun fəlsəfəsindən yanaşma özünü göstərir.

Bu təklif bir qədər etirazla qarşılana bilər. Lakin bu gün iddiaçı öz hesabına yüksək retinqli beynəlxalq jurnallarda məqalələr dərc etdirirsə, kitablar, monoqrafiyalar nəşr etdirirsə, məcburiyyət ucbatından bu təklifə də baxmaq olar. Necə ki, özəl tibbi klinikalara vətəndaşlar müraciət edərkən vəsait ödəyib həkimin əməyinin əvəzini verirsə, burada da iddiaçı ödədiyi vəsaitlə alimlərin əvəzi ödənilməyən əməyinin əvəzini qanuni şəkildə ödəyə bilər. 

Fikrimizcə bu elmdə şəffaflığı təmin edər və elmin keyfiyyətini də artırar. İddiaçıdan rüşvət alan şəxs dissertasiyanın yararsız, keyfiyyətsiz olmasına baxmayraq ona müsbət rəy verməyə məcburdur. Buna onu etdiyi cinayət  məcbur edir. Lakin ödəniş qanuni, şəfaf olarsa elmi işə obyektiv rəy vermək üçün münbit şərait yaranar, alimlər də öz əməklərinin əvəzini halal şəkildə alarlar.

Yekun olaraq qeyd edək ki, hazırda elmdə olan problemləri aradan qaldırmaq üçün ciddi islahatlara ehtiyac var. Məhz ciddi islahatlar yolu ilə yuxarıda qeyd etdiyimiz neqativ halları və elmin inkişafına mane olan obyektiv və subyektiv səbəbləri aradan qaldırmaq mümkündür.

MƏHƏRRƏM ZÜLFÜQARLI
Azərbaycan Turizm və Menecment Universiteti,  
"İctimai fənlər" kafedrası, t.ü.e.d, professor
[email protected]



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ