Ukraynadan Avropa İttifaqına sərt XƏBƏRDARLIQ: "Nəticələri dağıdıcı olacaq"
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Avropa İttifaqına sərt xəbərdarlıq edib. Ukrayna XİN rəhbəri Aİ liderlərinin Kiyevin quruma üzvlüyü ilə bağlı danışıqlara yaşıl işıq yandırmaqdan mümkün imtinasını həm Ukrayna, həm də Aİ-nin özü üçün dağıdıcı olacağını açıqlayıb.
O bildirib ki, Avropa İttifaqı Şurası dekabrın 14-15-də keçiriləcək toplantısında Kiyevlə üzvlüklə bağlı danışıqlara başlanılması barədə qərar veriləcəyi gözlənilir: “Əgər lazımi qərarı qəbul etməsə, baş verə biləcək dağıdıcı nəticəni təsəvvür edə bilmirəm”.
Mətləb