Xüsusi karantin rejiminin müddəti aprelin 2-dək uzadıldı
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 aprel saat 06:00-dək uzadılıb.
ZÜMRÜD