Suriyanı bölərək bunun üstündə İrana qarşı dərin plan qururlar -İsrailin "David koridoru" layihəsi işə düşür...
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Suriyada baş verən son hadisələrlə bağlı maraqlı paylaşım edib. A.Quliyev yazır: "Suriyanın bölünməsinin üzərindən İrana qarşı ABŞ və İsrailin bir plan qurduqları görünür. Rusiya artıq öz vətəndaşlarına Suriyanı tərk etmək mesajı verib. Gələcək Suriyada Rusiyanın mövqeyi ya olmayacaq, ya da çox zəif olacaq. Türkiyə prezidenti Ərdoğan o qədər də məmnun görünmür. Bu gün - sabah HTŞ qruplaşmasının paytaxt Şamı da tutacağı görünür. Suriyanın şimal - qərbində Türkiyə və İraqla sərhəddə Rakka- Hasake - Deyrizor şəhərləri arasındakı böyük üçbucaq ərazini öz nəzarətində saxlayan ABŞ- PKK qüvvələrinin niyə səsi çıxmır?Suriyanın Şərq tərəfi dağılır, ancaq Qərbindəki ABŞ- PKK qüvvələri sakitcə öz qınlarına çəkiliblər. Xeyr, zahirən belədir, əslində böyük bir hazırlıq içindədirlər. Şamı ələ keçirməyə çalışan və SNN televiziyasının reklam etdiyi HTŞ qruplaşmasının Colan təpələrində İsrail qüvvələri ilə birləşməsi baş versə, bu, barəsində çoxdan xısın- xısın müzakirələrin getdiyi "Orta Doğu projesinin" əsil gerçəkləşmə anı ola bilər. İsrail Suriyanın cənubundakı Colan təpələrindən İordaniya ilə sərhəd boyunca taa qərbdəki İraq sərhədlərinə qədər məşhur "David koridorunu" açmağa başlasa, bu, artıq İranın sonu olacaq .Çünki həmin nöqtədə az əvvəl barəsində danışdığım Suriyanın qərbindəki ABŞ- PKK birləşmələri ilə İsrail ordusunun Davud koridoru vasitəsilə birləşməsi baş verə bilər.
Bunlar Suriyanın həm bölünməsi, həm də onun bölünməsi üzərindən İranın məhvinə aparan planın hazırlanması deməkdir.
Ancaq hələlik dəqiq deyə bilmirəm ki, Şamı tutmağa hazırlaşan HTŞ qüvvələri Suriyanın cənubunda İsrail ordusu ilə təmasa keçəcək, ya Türkiyənin nəzarət etdiyi müxalif Azad Suriya ordusu ilə birləşəcək....? Azad Suriya orduları ilə birləşsə, David koridoru deyilən şey gerçək olmaya bilər...Suriyanın indiki hərbi- siyasi xəritəsi üzərində dəqiq təhlil aparsanız, bu mənzərənin yaranacağına əmin ola bilərsiniz.
Bu arada Trampın vaxtilə Abdulla Öcalanın mühüm militanlarından biri olmuş və hazırda Kobanidə döyüşən şəxsi özünün inaqurasiyasına dəvət etməsi çox şübhəli görünür....
Sabah Qatarın paytaxtı Doxada Rusiya, Türkiyə və İranın XİN başçıları Suriyanın durumunu və gələcəyini müzakirə edəcəklər. Görək, Suriyanın gələcəyini bu üçlük, ya onlara qarşı duran ABŞ- İsrail- PKK qüvvələrinin David koridoru planı həll edəcək?!..."
Mətləb