Suriyada yeni dövlət qurulur, lideri də göründü, Əsəd bitdi, səhnə arxasında əsas oyunçulardan biri ABŞ-dır...
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Suriyada baş verən son hadisələrlə bağlı maraqlı paylaşım edib. A.Quliyev yazır: "Suriyadakı hadisələrin daha bir qəribəliyi göründü.2016- cı ildə ABŞ-ın terror təşkilatı elan etdiyi və başçısının başına 20 milyon dollar qoyduğu Hayat- Təhrir- Şam(HTŞ) silahlı dəstəsinin komandanı Məhəmməd Colani ilə ABŞ- ın SNN İnternational televiziyası " bomba" müsahibə yayımladı.Colanı nə dedi? " Əsəd bitdi.Hələ 2016- cı ildə bitməli idi.İran milisləri, Hezbullah və Rusiya qüvvələri onu xilas etdilər. Suriya bir adamın hegemonluq etdiyi ölkə kimi idarə olunmağa layiq deyil. Suriyanı xalqın iradəsinə söykənən bir Şuranın idarə etdiyi dövlətə çevirəcəyik".
Buyurun, Colani dünən onu terrorçu elan etmiş ABŞ-ın verdiyi imkandan istifadə edərək özünü yeni Suriyanın sivil dövlət başçısı kimi təqdim edir ...
Buyurun, Colani dünən onu terrorçu elan etmiş ABŞ-ın verdiyi imkandan istifadə edərək özünü yeni Suriyanın sivil dövlət başçısı kimi təqdim edir ...
Maraqlıdır ki, 2011- ci ildən 2016- cı ilədək qanlı müharibə edərək Hamanı, Humsu və Hələbi ala bilməyən müxalif ordular noyabrın 27- dən başlayaraq cəmi 9 gün ərzində hər üç şəhəri ələ keçirərək Əsədin paytaxtı Şamın qapılarına dirəndilər ...
Qəribə görünsə də, səbəbi var..
Böyük güclər razılaşaraq Əsədi " keçi qiymətinə: xərclədilər .....
Adam bunu çoxdan bilməli idi....."
Mətləb