Rusiya Səudlar dövlətinə 200 milyon ton qar satacaq...
Bəli, adi qar. Məlumdur ki, Səudiyyə Ərəbistanında qış olmur, təbii ki, qar da olmur. Lakin bu il qar olacaq. Yerli qar yox, gətirilmə qar olacaq. Necə deyərlər, Səudiyyədə bu qışı "importnı qarla" qarşılayacaqlar.
Səudiyyənin mədəniyyət naziri deyib ki, bu yeni ilə kimi Rusiyadan - Yakutiyadan 200 milyon ton qar satın alacaqlar. Qarın hər kubmetri 1400 dollara başa gələ bilər. Ancaq Səudlar ruslarla bazarlıq etmək və qiyməti 600 dollara endirmək istəyirlər. Mədəniyyət naziri deyib: "Bizim uşaqlarımız qara niyə həsrət qalsınlar?!".
Rusiya nə itirir ki... Göydən yağan qardır. Hər kubunu hətta 100 dollara satsa da, yenə qazanc var.
Məlumdur ki, bu yaxınlarda Putin Ər-Riyadda olub və kralla danışıb. Bəlkə danışıq mövzularından biri də elə bu qar məsələsi olub?!..
Səudlarda pul, Putində qar bol... Bazar olsun...
Tahir