BDU-da "Xalq qəzeti"nin Debat otağının açılışı keçirildi....
Dekabrın 6-da Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Xalq qəzeti”nin debat otağının açılışı olub. Bu debat otağı “Xalq qəzeti” ilə BDU-nun rəhbərliyi və Jurnalistika fakültəsi arasında mövcud əməkdaşlığın bir nəticəsi olaraq təşkil edilib.
baki-xeber.com xəbər verir ki, “Xalq qəzeti”nin Debat otağının açlışında BDU-nun rektoru Elçin Babayev, universitetinin Jurnalitika fakültəsinin rəhbərliyi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin bəzi üzvləri iştirak edib. E.Babayev çıxışında bu tədbirin əhəmiyyətindən danışıb və Jurnalistika fakültəsi ilə media arasında əməkdaşlığın daha da genişlənmə imkanına malik olduğunu vurğulayıb, yeni ideyalarla, təklif və təşəbbüslərlə çıxış edib. Yəqin ki, gələcəkdə bu təkliflərin hər birinin yerinə yetirilməsi üçün addımlar atılacaq.
“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov çıxış edərək rəhbərlik etdiyi qəzetin Debat otağının açılmasına verdiyi dəstəyə görə universitet rəhbərliyinə və Jurnalistika fakültəsinin dekanligina təşəkkürünü bildirib. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev çıxış edərək belə bir Febat otağının açılmasına görə BDU rəhbərliyinə təşəkkürünü bildirib, universitetin, xüsusilə də Jurnalistika fakültəsinin media ilə əlaqələrinin daha da genişləndirilməsi üçün müəyyən təkliflər səsləndirib.
Mətbuat Şurasının sədri Rəşad Məcid öz növbəsində indiyə qədər bu yönümdə Jurnalistika fakültəsi ilə əməkdaşlıq istiqamətində bir sıra addımların atıldığını deyib. O cümlədən, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Mətbuat Şurasının auditoriyasının, Medianın İnkişafı Agentliyinin auditoriyasının yaradıldığını qeyd edib və gələcəkdə bu cür tədbirlərin daha da dərinləşdirilməsini arzu etdiyini bildirib.
Millət vəkili, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək öz fikirlərini bildirib. Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli çıxış edib və öz tövsiyyələrini verib. Jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli çıxış edərək Debat otağının gələcəkdə çox praktik məzmun daşıyacağını və səmərə verəcəyini bildirib. Sonda isə Jurnalistika fakültəsinin kollektivi ilə birlikdə xatirə fotosu çəkilib.
İradə SARIYEVA