Onlarla Azərbaycandakı qohumları arasında əlaqə yaradıldı - BQXK açıqlama yayıb
Cari ilin yanvar-iyun ayı ərzində 20 Qızıl Xaç Məktubu vasitəsilə Yaxın Şərqdə qalmağa məcbur olan şəxslərlə onların Azərbaycandakı qohumları arasında əlaqə yaradılıb. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin jurnalistlər üçün keçirdiyi məlumat sessiyasında bildirilib. Qeyd edilib ki, 1,127 İtkin ailəsi sirdaşlar tərəfindən ziyarət edilib və onlardan 53-nə təməl psixososial dəstək göstərilib. "Eyniləşdirmə xəbəri almış yaxınlarının yas mərasimləri zamanı sirdaşlar tərəfindən 357 dəfə ziyarət edilib. İtkin ailəsi üzvü anım mərsimində iştirak edib.
İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi istiqamətində çalışan dövlət qurumlarını təmsil edən əməkdaş, BQXK-nın təşkil etdiyi təlimlərdən faydalanıb. Hakimiyyət orqanları tərəfindən həyata keçirilən ekshumasiya işlərinə texniki dəstək göstərmək üçün 3 rayona 3 sahə səfəri edilib. BQXK ekshumasiya və eyniləşdirmə işlərinə dəstək olaraq Azərbaycanın aidiyyəti dövlət qurumlarına müxtəlif vəsaitlər təqdim edib",- deyə əlavə edilib.
Mətləb