Azərbaycan və Qazaxıstanın XİN başçıları Maltada görüşüb
Maltada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu ilə ayaqüstü görüş keçirib. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında deyilir. “Görüş zamanı tərəflər ikitərəfli münasibətləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər”, - məlumatda qeyd edilib.
Nazirlər qarşılıqlı maraq doğuran məsələlər üzrə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.
Mətləb