KÖHNƏ VERSİYA            

COP29-a təzyiq yolunun sonu - Bayden kürsünü də, Sülh mükafatını da itirdi...

Image

COP29 sonuna yaxınlaşdıqca bütün proses boyu baş vermiş neqativ və pozitiv hadisələrin təhlili "kimlərin nə oyun oynadığı" barədə suala daha aydın cavab fonu yaradır. Bu fonda COP29-a qədər Bakı-İrəvan sülh sazişinin imzalanmasını mütləq zaman çərçivəsi kimi aylar öncə ortaya qoymuş Prezident İlham Əliyevin məqsədyönlülüyü bir daha diqqət çəkir. Halbuki COP29-dan istifadə edərək Bakı-İrəvan sülh sazişini hətta yarımçıq olsa da imzalamağa tələsən və tələsdirən bəzi Qərb liderlərinin məkrli oyunlarını da görürük.

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. 

A.Quliyev daha sonra yazır:

Görünən odur ki, bu liderlər üçün COP29-dan istifadə edərək Azərbaycana təzyiq göstərmək və COP-a qədər onu Sazişə imza atmağa məcbur etmək əsas hədəf imiş. Soruşula bilər ki, Bakı-İrəvan sülh sazişini təşviq etməkdə qəbahətli nə var? Elə bizim də əsas hədəfimiz bu deyilmidir? Bir az dərindən baxsaq, xeyr! Bizə Ermənistanla hər cür sülh sazişi yox, saziş xatirinə saziş yox, 44 günlük müharibə və Antiterrordan sonra bölgəmizdə yaratdığımız yeni reallıqları qəbul edən, onları uzun müddətli və davamlı sülh şəraitinin möhkəm hüquqi təminatına çevirən saziş lazımdır. Hər cür saziş bunu bacarmaz.

Bəs Ermənistan hakimiyyəti belə sülh sazişinə can atırdımı? Atırdısa, o zaman Azərbaycanın hazırladığı və tam əhatəli hesab etdiyi 16 maddəlik sülh sazişinin üzərində 10-cu dəfə biabırçı "cərrahi əməliyyatı" niyə aparırdı? Çox prinsipial olan 3 maddəni bir kənara ataraq "gəlin əvvəlcə 13 maddəlik sazişi imzalayaq, sonra digərlərinin də üzərində işləyərik" kimi bic doğulmuş tezisi ortaya niyə atırdılar? Bəs ABŞ prezidenti və dövlət katibi niyə bu yarımçıq sazişin imzalanması üçün var qüvvə ilə çalışırdılar? Bax, əsas məsələlərdən biri burdadır. Onların məqsədi məhz yarımçıq sazişlə bölgəmizdə 10 illər sonranın Azərbaycan - Ermənistan münaqişəsinin yeni mərhələsinin əsasını qoymaq və bölgəyə gələcək müdaxilələrin bazasını yaratmaq idi. COP bu işdə həm əsas təzyiq aləti kimi seçilirdi, həm də yarımçıq sülh sazişinin təşviqatı üzərində COP29-un özünü vurmaq, qaralamaq məqsədi həyata keçirilirdi...

Prezident Baydenin bir neçə həftə əvvəl Prezident İlham Əliyevə və baş nazir Paşinyana tam eyni məzmunda məktublar göndərməsi çox müzakirə olundu. O zaman cavabları yalnız ehtimallar səviyyəsində ortaya qoyulan bu müzakirələrin əsil mahiyyəti indi-indi açılır - necə deyərlər, COP-un sonunda...

Baydenin məktublarından sitatlar - "Əminəm ki, COP-a kimi sülh sazişinə imza atmaqla sülhə sadiqliyinizi bir daha ortaya qoyacaqsınız". Bu fikir əslində yalnız Azərbaycana təzyiq xarakterli idi. Çünki həmin yarımçıq layihəni təklif edən Ermənistan, onu haqlı rədd edən isə Azərbaycan idi. Demək ki, cənab Bayden bu fikrinin arxasında əslində Ermənistanın yarımçıq saziş siyasətinin uğur qazanmasının lobbiçiliyini edirmiş... 

Baydenin məktublarından daha bir sitat: - "Əminəm ki, kompromis və konstruktiv yanaşma ilə sazişin digər maddələri üzrə də razılaşma əldə edəcəksiniz". Baxın, açıq-aşkar Azərbaycan Prezidentini öz milli maraqlarımızın ziddinə yersiz kompromislərə təşviq etmək istəyirdi... 

Nəhayət, Baydenin 3-cü fikri bu günün zirvəsindən o zamana aid əsil mətləbi açmış olur: - "Sazişin imzalanması bölgənin iqtisadi, ticarət, investisiya mənzərəsinin dəyişilməsində yeni mərhələ olacaq"... Baydenin son fikri ilə Azərbaycana aydın və kirli bir mesaj verdiyini görürük: "COP-a kimi saziş imzalasanız, böyük iqtisadi və iqlim dəstəyi görəcəksiniz, əks halda isə..." Əks halda bugünkü mənzərəni görürük.

ABŞ Prezidenti COP-a lazımi dəstəyi vermədi, iqlim maliyyəsi məsələsində çox ürəksiz davrandı və hətta mane oldu. Bunu tarixdən heç kim gizlədə bilməyəcək ki, dünyanın ən böyük iqtisadiyyatına sahib ABŞ COP29-da ən yüksək maliyyə hədəfinin əldə olunmasına ən ciddi maneçiliyi törətdi.

Bəs Bayden COP vasitəsilə Azərbaycana təzyiq etməklə Ermənistanla sazişin imzalanmasının arxasında nə niyyət güdürdü? Ermənistanı bölgədə məğlub sifətindən çıxarmağa yönəlik tək motiv erməni sevgisi idimi? ABŞ kimi qlobal praqmatik layihələr işləyən ölkənin başçısının bir ovuc erməni lobbisinin maraqlarına söykənərək təkşaxəli oyun aparması inandırıcı ola bilərmi? Xeyr! Bayden COP-u Azərbaycana təzyiq vasitəsinə çevirərək Ermənistanla yarımçıq sülhə imza atmağa məcbur etməsinin arxasında daha uzaq hədəfləri güdürdü. Baydenin uzaq hədəfləri:

1. Müttəfiqi Ermənistanın əlini gücləndirmək.

2. COP 29-u ləkələmək.

3. Bakı-İrəvan sülhünün əsas memarı kimi ABŞ prezident seçkilərində mövqeyini gücləndirərək seçki günündən qabaq Tramp üzərində qələbə çalmaq.

4. Amerikada seçkidən sonra özünü 2024-cü ilin Nobel sülh mükafatına əsas iddiaçı namizəd kimi irəli sürdürmək...

Ancaq heç nə Baydenin planladığı kimi olmadı. Bayden prezident kürsüsünü də, Sülh mükafatını da itirdi. Qardaş türklər demiş "əvvəl cam idi, sonra tabak oldu"...

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğrayıb - YENİLƏNİR

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031