KÖHNƏ VERSİYA            

COP29-da tarixi ilk yaşandı - su faktoru dünya gündəminə gətirildi...

Image

Aparılan araşdırmalar göstərir ki, ötən il qlobal müşahidələr tarixində, yəni otuz ildən artıq dövrdə çaylar üçün ən quraq il kimi qeydə alınıb. Bu məsələ COP29 çərçivəsində keçirilən “İqlim, təbiət və insanlar üçün suyun həyat xəttini qeyd edirik” adlı tədbirdə də əsas diqqət mərkəzində yer alan məqamlardan biri olub. 

Onu da qeyd edək ki, tədbirdə qlobal iqlim fəaliyyəti çərçivəsində daha güclü su ölçüsü yaratmaqla İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoquna rəsmi start verilib.

Açılış nitqi ilə çıxış edən ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev susuzluq probleminin COP29 müzakirələrində prioritet məsələlərdən biri olduğuna diqqət çəkib: “Su iqlim problemlərinin aradan qaldırılmasında həlledici rol oynayır. Buna baxmayaraq uzun illər su problemi qlobal iqlim müzakirələrindən kənarda qalmışdı. İqlim dəyişiklikləri ilə bağlı məsələlərin həllində susuzluq probleminə bütün aspektlərdən nəzər yetirməliyik. Çünki su həyatdır. Məhz bu səbəbdən COP29 Sədrliyi su məsələsini prioritetə çevirib”. Daha sonra M.Babayev hər kəsi ilk Su Bəyannaməsinə qoşulmağa dəvət edib: “Dialoqları sürətləndirmək tərəfdaşlığın artırılmasına təkan verəcək. Biz iqlim fəaliyyəti çərçivəsində su tərəfdaşları tapmalıyıq. Fəaliyyətlərə təkan üçün Bakı Dialoqu mühümdür”. Beləliklə COP tarixində ilk dəfə olaraq su problemi da dünyanın diqqət mərkəzinə məhz Bakıda gətirilir. Bu məsələ iqlim böhranı fonunda müstəsna əhəmiyyətə malikdir. Bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen da təsdiq edir. O bildirib ki, dünyada 3 milyarda yaxın insan su qıtlığından əziyyət çəkir: “Bir çox problem su çatışmazlığından yaranır. 2023-cü ildən bəri emissiyalar 1,3 faiz artıb. Qlobal istilik artımı həddinin 1,5 dərəcə səviyyəsində qalmasını təmin etmək üçün hələlik götürdüyümüz öhdəlikdən uzağıq, həmçinin istixana qazlarının emissiyasında artım qeydə alınır”. İcraçı direktor emissiyaların azaldılmasına diqqət çəkib: “Biz emissiyanı azaltmasaq 1,5 dərəcə hədəfinə nail olmayacağıq. Tədbir görməliyik və su probleminin həlli həmin səylərin tərkib hissəsi olmalıdır. Uzunmüddətli dayanıqlığı, su resurslarının dözümlülüyünü təmin etmək üçün su resurslarının keyfiyyətinin idarə edilməsi həyata keçirilməlidir, həmçinin ətraf mühit və iqlim məsələlərinin toqquşduğu məqamları nəzərə almalıyıq”. Ümumdünya Meteorologiya Təşkilatının baş katibinin müavini Ko Barret də vəziyyətin həyəcanverici olduğunu bəyan edir: “Planetin təxminən yarısı normal səviyyədən aşağı illik çay axını ilə üzləşib. Dünyanın buzlaqları son 50 illik müşahidə dövründə ən böyük kütlə itkisini yaşayıb ki, bu da milyardlarla insanın gələcək su təhlükəsizliyi üçün narahatedici siqnaldır. Biz həm dərinləşən quraqlıqlardan, həm də dağıdıcı daşqınlardan əziyyət çəkirik. Daha isti atmosfer daha çox rütubət saxlaya bilir, daha isti okeanlar isə intensiv yağıntıları artırır. İstiləşmənin hər əlavə payı ekstremal yağıntı riskini daha da yüksəldir. Su ilə əlaqəli fəlakətlər bir çox ölkələrdə insan və iqtisadi itkilərin əsas səbəbidir”.

O qeyd edib ki, su ehtiyatlarının inteqrasiya olunmuş idarə edilməsi, iqlim davamlılığı və uyğunlaşma proseslərinin təməl daşıdır: “Su və iqlim sahəsində fəaliyyətlər bir medalın iki üzüdür. Su, istixana qazı emissiyalarının azaldılmasına töhfə verən mühüm amildir və iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasında həyati rol oynayır. Su, bərpa olunan enerji mənbələrini dəstəkləyir, hidroenergetikanı hərəkətə gətirir və aşağı emissiyalı elektrik stansiyalarının soyudulması üçün zəruridir. Həmçinin su, hidrogen və batareya texnologiyaları üçün vacib mineralların istehsalında əsas rol oynayır. Bu, "yaşıl enerji" keçidini su tələb edən bir prosesə çevirir”. Barret su resurslarının səmərəli idarə edilməsinin "yaşıl enerji"yə keçidin sürətləndirilməsi üçün kritik əhəmiyyət daşıdığını vurğulayaraq, qlobal səylərin bu istiqamətdə daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Finlandiyanın İqlim və ətraf mühit naziri Kai Maykanen vəziyyətin təhlükəli məctrada inkişaf rtdiyini vurğulayır: “Suyun beynəlxalq siyasətə inteqrasiyası və 2050-ci ilə qədər qlobal cəmiyyətdə su resurslarının dayanıqlılığına nail olmaq Avropa İttifaqının məqsədləridir. Bakı Bəyannaməsi suyun iqlim dəyişikliyinin mərkəzində olduğunu qəbul edir və iqlim təsirlərinin əksəriyyəti su dövranındakı pozuntular vasitəsilə özünü göstərir. O həmçinin təbii fəlakətlər və fövqəladə halların əksəriyyətinin su ilə əlaqəli olduğunu nəzərə alır. Bakıda qəbul edilmiş İqlim Fəaliyyəti üçün Su Dialoqu Bəyannaməsi mühüm təşəbbüsdür və mən COP 29-da Azərbaycanın sədrliyi altında bu sənədin hazırlanmasına görə təşəkkür etmək istərdim. Bu sənəd su məsələsini qlobal iqlim gündəliyində daha yüksək səviyyəyə qaldırır ki, bu da bizə lazımdır”.  Almaniyanın ətraf mühit, təbiətin mühafizəsi, atom təhlükəsizliyi və istehlakçıların hüquqlarının müdafiəsi üzrə naziri Steffi Lemkeyə görə, İqlim Fəaliyyəti üçün Su üzrə Bakı Dialoqu mühüm müzakirələrə və konkret fəaliyyətlərə təkan verəcək: “Hazırda biz daha çox quraqlıqlar, artan su qıtlığı və dağıdıcı daşqınlarla üzləşirik. Su böhran simvolu deyil, həllin ayrılmaz hissəsi olmalıdır. Buna görə də COP rəhbərliyinin su məsələsinə diqqət yetirməsini yüksək qiymətləndiririk. Bakı Dialoqu diqqətli müzakirələrə və konkret tədbirlərin həyata keçirilməsinə böyük töhfə verə bilər”. Nazir Bakı Dialoqunun qlobal su idarəçiliyi üçün vacib bir platforma olduğunu vurğulayaraq əlavə edib: “Biz bir-birimizdən su idarəçiliyi ilə bağlı çox şey öyrənə bilərik. Almaniya bu prosesdə fəal iştirak etməyə hazırdır. Suyun həyat mənbəyi kimi qorunması üçün birlikdə çalışmalıyıq”. S.Lemke suyun yalnız iqlim uyğunlaşması deyil, həm də qlobal dayanıqlılıq və həyat üçün əsas şərt olduğunu bir daha diqqətə çatdırıb. Bunlar fonunda Bakıda qəbul edilmiş İqlim Fəaliyyəti üçün Su Dialoqu Bəyannaməsi bəşəriyyətin iqlim böhranından xilası üçün müstəsna əhəmiyyətə malik bir sənənd hesab olunur. Bu, həm də COP29-un tarixi nailiyyətləri sırasında yer alır.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031