G-20-lərin "ailə fotosu" 21-ci əsrin ən ironik fotosu olacaq...
Rio-De-Janeyroda G-20 ölkələrinin başçılarının "ailə fotosu" çəkdirməsinə baxarkən bir anlığa gülməyim gəldi. Həm də əl-ələ tutaraq da foto çəkdirdilər.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Oradakıların çoxu bir-birini qırır, sonra da foto çəkdirib adına "ailə fotosu" deyirlər... Məsələn, Çinlə Hindistanın, Türkiyə ilə Çinin, ABŞ-la Rusiyanın, Yaponiya ilə Çinin bir ailə ola biləcəyini düşünə bilirsiz???....
Tahir TAĞIYEV