KÖHNƏ VERSİYA            

“Azərbaycan neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanındadır” - Vüqar Rəhimzadə

Image

COP29-un dördüncü günüdür. Arxada qalan günlərin xronologiyasına diqqət yetirdikdə hər günün mühüm hadisələrlə, müasir dövrün əsas çağırışlarından olan iqlim dəyişmələrinin yaratdığı problemlərlə bağlı geniş müzakirələrin aparılması və qarşıya mühüm vəzifələrin qoyulması ilə yadda qaldığını görürük. 

Noyabrın 12-də COP29-un Liderlər Sammitinin açılışı oldu, noyabrın 13-də isə COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirildi. Hər iki sammit səsləndirilən mühüm çağırışlarla hazırda ölkə və dünya mətbuatında geniş şərh edilir. Dövlətimizin başçısı İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışında bu məqamları xüsusi qeyd etdi ki, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətləri yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Prezident İlham Əliyev inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət etdi ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə Azərbaycan 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərdi. Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev Sammitdəki çıxışında  Fransanın dənizaşırı ərazilərdə törətdiyi cinayətlərdən də bəhs etdi. Bildirdi ki, Yeni Kaledoniya və Fransa Polineziyası BMT-nin qərarı ilə özünü idarə edən ərazilər kimi bəyan ediliblər. Fransa Polineziyası təbiətinin çox ağır deqradasiya ilə üzləşdiyini, Fransa tərəfindən orada çoxsaylı nüvə sınaqlarının aparıldığını vurğulayan dövlətimizin başçısı onu da  bildirdi ki, rəsmi Paris torpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır. Dənizaşırı ərazilərdə olan cinayətlərə diqqət yönəldən dövlətimizin başçısı  bu yaxınlarda Fransa tərəfindən insan hüquqlarının pozulması hallarının baş verdiyini, Yeni Kaledoniyada nümayişlər zamanı Makron rejimi tərəfindən çox sayda vətəndaşın qətlə yetirildiyini və yaralandığını diqqətə çatdırdı. BMT-nin Baş katibi Antonio Quterreş inkişaf etməkdə olan kiçik ada dövlətlərinin böyük ədalətsizliklərlə üzləşdiyini, iqlim dəyişmələrinin, artan qiymətlərin, COVID-19 pandemiyasının bu ölkələrə ciddi ziyan vurduğunu, onların hökumətlərinin çətin vəziyyətdə olduqlarını diqqətə çatdırdı. 

Onu da xüsusi vurğulamalıyıq ki, Azərbaycan COVID-19 pandemiyası dövründə Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə maddi yardımlar göstərdi, Prezident İlham Əliyev “peyvənd millətçiliyi”nə qarşı mübarizə çağırışı ilə vaksinlərin ədalətli bölünməsi təşəbbüsünü irəli sürdü. Hazırkı   dövrdə neokolonializm meyillərinin artmasından narahatlığını Bakı Təşəbbüs Qrupunu yaratmaqla bildirən Azərbaycanın qısa müddətdə gördüyü işlər beynəlxalq səviyyədə dəstəklənir. Fransanın beynəlxalq hüquqa və ədalətə zidd olan müstəmləkəçilik  siyasəti Prezident İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının sammitlərində də gündəmə gətirildi,   qınanıldı. Təbii ki, Fransanın bu mənfur siyasətinə son qoyması üçün digər dövlətlərin də Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinə böyük zərurət var. Son illərdə  neokolonializmə qarşı mübarizə bütün Afrika ölkələrini bürüyüb. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilərdə törətdiyi qətliamları, soyqırımları təsdiqləyən   xeyli sayda faktları sadalamaq olar. Dövlət başçısı İlham Əliyev sözügedən Sammitdəki çıxışında bu faktları da diqqətə çatdırdı ki, Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün - XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır. 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək,  həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan dövləti daim beynəlxalq müstəvidə atdığı hər bir addımla sübut edib ki, o, müstəmləkəçiliyin, siyasi, iqtisadi, mənəvi istismarın hər cür təzahürünə qarşıdır və bunu yolverilməz hesab edir. COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışlarda da Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən addımları təqdir edildi. Bildirildi ki, COP29 çərçivəsində kiçik ada dövlətləri ilə bağlı xüsusi tədbirin təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə edirlər. COP29-a sədrlik edən tərəfin elan etdiyi iqlim maliyyələşməsinə dair Fondun yaradılması təşəbbüsü  böyük təəssürat bağışladı. 

Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin hər bir çıxışı bəzi dünya güclərinə çağırışları ilə zəngindir. Prezident İlham Əliyev Sammitdəki çıxışında da  Avropa təsisatlarına  xəbərdarlıq etdi. Bildirdi ki, əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?!. Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək.







VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

O hansı prosedurlardır ki, öz alimlərimizə olar, xarici alimlərə olmaz - nazir çox maraqlı məsələ qaldırdı...

Qərbi Azərbaycan konsepsiyası Qlobal forum üzvlərinə paylandı...

Bayden hökuməti son nəfəsində də Azərbaycanın daxili işlərinə müdaxilə etdi...

SON XƏBƏRLƏR

13.12.2024 | 23:10
Rusiya Suriyanın taxılını kəsdi...

13.12.2024 | 22:28
"Azərbaycana qarşı hələ də dezinformasiya siyasəti aparılır" Hikmət Hacıyev

13.12.2024 | 21:44
Sabiq diplomat BAMF-ın beynəlxalq məsələlər üzrə məsləhətçisi seçildi - FOTO

13.12.2024 | 21:18
Suriya erməniləri əslində Paşinyana daha lazım deyil - onları istifadə edib atdılar...

13.12.2024 | 21:02
Paşinyan hələ də “Sovet Ermənistanının xəritəsi” üzərində oynayır, ərazi iddiasını isə yerə qoymur...

13.12.2024 | 20:47
Türkiyə-Ermənistan sərhəd görüşlərinin yeni mərhələsi başladı...

13.12.2024 | 20:32
O hansı prosedurlardır ki, öz alimlərimizə olar, xarici alimlərə olmaz - nazir çox maraqlı məsələ qaldırdı...

13.12.2024 | 20:18
Qərbi azərbaycanlıların qayıdışı dünya gündəminə oturur - Ermənistan əndişə içindədir...

13.12.2024 | 20:04
İran Gürcüstan azərbaycanlıları arasında şübhəli işlər görür...

13.12.2024 | 19:49
Avropa dövlətləri Suriya qaçqınlarını sığınacaq hüququndan məhrum edir...

13.12.2024 | 19:35
14 dekabr - Gürcüstanda silahlı üsyan anonsu verildi... "cinayətə uymayın" əks çağırışlar var...

13.12.2024 | 19:22
Paşinyanın Avropa Birliyi siyasəti başdan-ayağa ziddiyyətlidir, həm də rişxənd obyekti olur...

13.12.2024 | 19:08
Köçəryan, Sarkisyan və Ohanyan müharibə cinayətlərinə görə layiqli cəzalarını ilk növbədə almalıdır...

13.12.2024 | 18:54
Bir saatlıq Makron-İvanişvili telefon danışığının ilginc detalları...

13.12.2024 | 18:40
Qlobal soyqırım forumunda Ermənistanın daha bir cəhdi iflasa uğradı...

13.12.2024 | 18:27
Qərbi Azərbaycan konsepsiyası Qlobal forum üzvlərinə paylandı...

13.12.2024 | 18:14
Yerli istehsal avtobuslar 8 illiyə vergidən azad olunacaq - nə faydası var?..

13.12.2024 | 18:00
Paşinyan Bakının son layihəsinə cavabı Trampa görə(?) gecikdirir...

13.12.2024 | 17:53
"Bakı Sığorta"nın lisenziyası ləğv edildi

13.12.2024 | 17:48
Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət etdi - FOTO

13.12.2024 | 17:46
Bayden hökuməti son nəfəsində də Azərbaycanın daxili işlərinə müdaxilə etdi...

13.12.2024 | 17:33
Medvedyev Suriya ordusunun zəifliyini Bəşərin idarəçiliyinin üstünə atdı, "ölkə bölünəcək" dedi...

13.12.2024 | 17:20
Kənd kitabxanaları getdikcə istifadəsiz hala düşür - çıxış yolları...

13.12.2024 | 17:08
Hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr başladı....

13.12.2024 | 17:01
Xocalının Ballıca kəndinə köç başladı - FOTO/YENİLƏNDİ

13.12.2024 | 16:57
ABŞ və İsrail İranın nüvə obyektlərinə zərbə endirə bilər... Trampdan mesaj - Hər an hər şey ola bilər...

13.12.2024 | 16:51
Heydər Əliyev Fondu “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsini həyata keçirir - FOTO

13.12.2024 | 16:37
Səfərbərlik Xidməti də ödənişli hərbi xidmətlə bağlı təklifi dəstəklədi...

13.12.2024 | 16:28
Leyla Əliyeva Ruanda Prezidenti ilə görüşdü - FOTO

13.12.2024 | 16:24
Azərbaycanın İrandakı Səfirliyinin konsulluq şöbəsi fəaliyyətini bərpa edir

13.12.2024 | 16:15
Tramp Ukraynanın Rusiyanı ABŞ raketləri ilə vurmasına qarşı çıxdı - qəti əleyhinəyəm...

13.12.2024 | 16:12
Prezident Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu təsdiqlədi

13.12.2024 | 16:11
Azərbaycanla İndoneziya arasında diplomatik və xidməti pasportların sahibləri vizadan azad edildi

13.12.2024 | 16:09
Azərbaycanla Səudiyyə arasında diplomatik və xidməti pasport sahibləri vizadan azad edildi

13.12.2024 | 16:05
Hərbi qulluqçuların xidmətinin son yaş həddi azaldılır

13.12.2024 | 16:03
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun təsdiqləndi

13.12.2024 | 15:55
Ağsaqqallar Şurası Eynəddin Məmmədovu təltif etdi - FOTO

13.12.2024 | 15:53
Lerikdə narkokuryer külli miqdarda narkotiklə tutuldu - FOTO

13.12.2024 | 15:37
Azərbaycan SQ-nin ehtiyat şəxsi heyətinin yaradılması ilə bağlı yaş həddi 35-dən 30-a endirilir

13.12.2024 | 15:26
Dinc dövrdə bu vətəndaşlar hərbi xidmətə çağırılmayacaq...

13.12.2024 | 15:16
Bakıda 4 nəfəri aldadıb pullarını ələ keçirən dələduz yaxalandı...

13.12.2024 | 14:37
Avropa İttifaqı dron ordusu yarada bilər...

13.12.2024 | 14:23
Mənzil özəlləşdirmək üçün sənədlərin tələb edilməsi qaydası dəyişir

13.12.2024 | 14:11
ABŞ Gürcüstan rəsmilərinə viza məhdudiyyəti qoydu...

13.12.2024 | 14:10
Göyçayda pirotexniki vasitələr satan şəxs saxlandı

13.12.2024 | 14:00
Tanınmış restoranlar MICHELIN Guide İstanbul, İzmir, Muğla 2025 seçiminə qoşuldu

13.12.2024 | 13:51
Bakıda 15700 manatlıq mənimsəmə - şirkətin soyuducularını satıb pulunu ələ keçirdi

13.12.2024 | 13:28
Bakıda narkokuryerlərə qarşı əməliyyat keçirildi, saxlanılanlar var - FOTO/VİDEO

13.12.2024 | 13:17
Heydər Əliyevin Azərbaycan Respublikasının milli təhlükəsizlik siyəsətinin formalaşmasında və inkişafında rolu

13.12.2024 | 13:13
Müdafiə Nazirliyində daha bir maliyyə xidmət rəisi məsuliyyətə cəlb olundu

13.12.2024 | 13:03
Что стоит за американской любовью к Армении? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

13.12.2024 | 12:50
Tramp Avropa ölkələrinin Ukraynaya əsgər göndərməsini istədi, öz əsgərlərini isə göndərmir…

13.12.2024 | 12:47
Ali Məhkəmədən qərar - kommunal borc bu hallarda silinəcək...

13.12.2024 | 11:16
Dələduzluqda şübhəli bilinən 3 nəfər saxlandı

13.12.2024 | 11:03
Sabah Gürcüstanın taleyi həll olunacaq - CANLI

13.12.2024 | 10:54
Hərbi xidmətə çağırış müddətinin yuxarı həddinin 30 yaşa endirilməsi təklif olunur

13.12.2024 | 10:40
Narkotik qəbul edib avtoşluq edən sürücü həbs olundu

13.12.2024 | 10:28
Paşinyan Moskvaya getdi

13.12.2024 | 09:37
ABŞ Ukraynaya yarım milyard dollarlıq yeni yardım paketini açıqladı

13.12.2024 | 09:24
Özəl pensiya fonduna rəsmi start verildi...

13.12.2024 | 08:38
Plastik cərrahlar göbələk kimi qaynayır - Səhiyyənin gözləmə mövqeyi təəccüblüdür...

12.12.2024 | 21:17
Türkiyənin İran və Rusiyaya xəyanəti? - Duqinin sərsəmləmələri...

12.12.2024 | 21:06
Suriya erməniləri niyə Yerevana qaçmaq istəyirlər?..

12.12.2024 | 21:01
Paşinyan Konstitusiyada Müstəqillik bəyannaməsinə istinadın təzə izahını ixtira etdi...

12.12.2024 | 20:46
Fransanın Azərbaycan iqtisadiyyatına investisiyası 1 ildə 77 dəfə artıb - inanılmaz...

12.12.2024 | 20:33
Suriya normallaşmasında Azərbaycanla Türkiyənin birgə vacib işləri var...

12.12.2024 | 20:18
Makron Fransada fövqəladə vəziyyətə hazırlaşır...

12.12.2024 | 20:03
Nazirliyin ali təhsil barədə təkliflərinə bir universitet rektorundan reaksiya yoxdur...

12.12.2024 | 19:49
Ermənilər Messinin Bakıya gəlişindən odlanıblar - "Biz də acığa Ronaldonu İrəvana gətirməliyik"...

12.12.2024 | 19:32
Şəhid şair Teymur Turan - son sorağı Soltanlıdan gəldi...

12.12.2024 | 19:18
Ermənistanın Suriyada terror dayaqları məhv oldu, İrəvan muzdlu dəstələrin köməyini itirdi...

12.12.2024 | 19:04
ABŞ-ın, Rusiyanın, Avropanın Suriya siyasətinə türk faktoru yön verəcək...

12.12.2024 | 18:48
Rusiya Əsədi təslim etməsə, Hmeymim bazası ölkədən çıxarılacaq...

12.12.2024 | 18:34
Əsədin muzdlu qatilləri Qarabağda Ermənistan ordusunun sıralarında...

12.12.2024 | 18:20
Ermənistan Fransa ilə növbəti Müdafiə Əməkdaşlığı proqramını imzaladı...

12.12.2024 | 18:06
Azərbaycan ailəsində braziliyalı dayələrə və aşpazlara üstünlük(?) verilir...

12.12.2024 | 17:53
Roma Papası Korsika xalqının Fransa ilə mübarizəsinə laqeyd qalmamalıdır...

12.12.2024 | 17:40
Dövlət maraqlarının hədəfə alınması ölkənin uğurları ilə bağlıdır...

12.12.2024 | 17:27
Dövlətçiliyin xilası Heydər Əliyevin müvəqqəti atəşkəs qərarından başladı...

12.12.2024 | 17:14
Böyük layihədə dövlətin 2 faiz payının SOCAR-a verilməsi nə deməkdir...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031