"COP29-da iqlim maliyyələşdirilməsi üzrə razılığa gələcəyimizə əminəm" - Afrika İnkişaf Bankı Qrupunun prezidenti
COP29-da iqlim maliyyələşdirilməsi üzrə razılığa gələcəyimizə əminəm. Trend xəbər verir ki, bunu Afrika İnkişaf Bankı Qrupunun prezidenti Akinvumi A.Adesina jurnalistlərə bildirib.
“Bu COP konfransı iqlim maliyyələşdirilməsinə həsr olunub. Və mən əminəm ki, biz razılığa gələcəyik”, – o deyib.
Onun sözlərinə görə, çoxsahəli inkişaf bankları artıq tərəfdaşlığın əhəmiyyətini dərk ediblər.
“Tərəfdaşlıq əsas məqamdır. Biz nailiyyətlərimizi ölçəcəyimizi və onlar barədə şəffaf şəkildə məlumat verəcəyimizi öhdəmizə götürmüşük. Dünya yeni kəmiyyət hədəfini müzakirə edərkən, bu hədəfin həyata keçirilməsi üçün resursların mövcudluğunu təmin etmək vacibdir.
Məqsəd qoymaq bir məsələdir, onu yerinə yetirmək isə başqa bir məsələdir. Ümid edirəm ki, biz yalnız məqsəd qoymaqla kifayətlənməyəcək, həm də dünya üzrə iqlim üçün real nəticələr əldə edəcəyik”, – deyə Akinvumi A.Adesina vurğulayıb.