Trampın xanımı Ağ Evdə yaşamaq istəmir - səbəbini özü açıqladı..
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp əri rəsmi olaraq vəzifəyə gəldikdən sonra Ağ Evdə yaşamağı planlaşdırmır. Bu barədə CNN məlumat yayıb.
Ölkənin gələcək birinci xanımı ailə şəraitinə görə bu qərara gəlib. O, Nyu-York Universitetində təhsil alan oğlu Barronun yanında olmaq üçün vaxtının çox hissəsini Nyu-York və Palm-Biçdə keçirmək istəyir.
Mətləb