Bu, Azərbaycan üçün həyəcanverici andır - Metyu Brayza
"Azərbaycanda keçirilən COP29 hamımız üçün inanılmaz dərəcədə həyəcanlıdır. Təkcə bu regionda iqlimlə bağlı ən böyük hadisə deyil. Bu, bütün dünyada, xüsusən Azərbaycan tarixində ən böyük hadisədir. Bu, məni çox sevindirir. Azərbaycanın əslində nə olduğunu göstərmək şansı var."
Bu barədə mətbuata açıqlamasında COP29-da Yaşıl Zonadakı sərgi pavilyonunda Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib.
"Azərbaycan azad edilmiş ərazilərin bərpası, həm də ölkənin iqtisadi gələcəyi ilə yanaşı, dünyanın iqlim dəyişikliyi məqsədlərinə çatmasına kömək etmək üçün beynəlxalq danışıqlara rəhbərlik edir. Beləliklə, bu, Azərbaycan üçün həyəcanverici andır və mən burada və COP29-da aşkar olunan fərqli bir dövlətin bir hissəsi olmaqdan şərəf duyuram."
Mətləb