"İqlim dəyişmələrinin zərərlərinin qlobal iqtisadiyyata 38 trilyon dollara başa gələcəyi proqnozlaşdırılır" - BƏƏ-nin XİN müavini
İqlim dəyişmələrinin səbəb olduğu zərərlərin qlobal iqtisadiyyata 38 trilyon ABŞ dollarına başa gələcəyi proqnozlaşdırılır. Bunu COP29 çərçivəsində itki və zərərlərə cavab məqsədilə maliyyələşdirmə tədbirləri üçün koordinasiya və tamamlama mexanizmləri üzrə yüksəksəviyyəli illik dialoqun açılış tədbirində Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinin müavini Abdulla Balalaa deyib.
COP28-ə ev sahibliyi etmiş BƏƏ-nin xarici işlər nazirinin müavini İtki və Zərərlərə Cavab Fondunun yaradılmasının siyasi iradədən xəbər verdiyini qeyd edərək vurğulayıb ki, iqlim dəyişmələrinin səbəb olduğu zərərlərin qlobal iqtisadiyyata 38 trilyon ABŞ dollarına başa gələcəyi proqnozlaşdırılır. Bunun qarşısını almaq, daha doğrusu, ziyanı azaltmaq ölkələr arasında əlaqələndirməni gücləndirmək, məlumat mübadiləsini təşviq etmək və ən əsası, resursları geniş miqyasda səfərbər etmək üçün vahid səy tələb edir.
ZÜMRÜD