"Qlobal iqlim böhranı ilə bağlı mövqedə əsaslı dəyişiklik baş verib" - Saymon Stil
Qlobal iqlim böhranı ilə bağlı mövqedə əsaslı dəyişiklik baş verib. Trend xəbər verir ki, bunu BMT-nin iqlim dəyişmələri üzrə icraçı katibi Saymon Stil Bakıda keçirilən İqlim dəyişmələri ilə mübarizə üzrə Dünya Liderlərinin Sammitinin açılışında bildirib.
"Əvvəllər iqlim dəyişikliyinə qarşı tədbirlərin, əsasən, gələcək nəsillərin xilasına yönəldiyindən danışırdıq. Lakin iqlim böhranı ilə bağlı mövqedə əsaslı dəyişiklik baş verib. Çünki iqlim böhranı sürətlə iqtisadiyyatların "qatilinə" çevrilir. İndi, bu gün, hazırkı siyasi dövrdə. İqlim dəyişikliklərinin nəticələri bir çox ölkələrin ÜDM-nin 5 faizinə qədər azalmasına səbəb olur. İqlim böhranı yaşayış xərcləri böhranıdır. Çünki iqlim fəlakətləri ev təsərrüfatlarının və müəssisələrin xərclərinin artmasına gətirib çıxarır", — BMT-nin iqlim dəyişmələri üzrə icraçı katibi Saymon Stil bildirib.
O qeyd edib ki, bütün ölkələr daha cəsarətli tədbirlər görməzsə, iqlim dəyişikliyinin artan təsirləri inflyasiyanın partlayışına səbəb olacaq.
"Pandemiyadan dərs alaq. Milyardlarla insan kollektiv tədbirlər yetərincə tez qəbul edilmədiyi üçün əziyyət çəkdi. Təchizat zəncirləri dağıldı. Bu səhvi təkrarlamayaq. İqlim maliyyələşdirilməsi inflyasiyadan qlobal sığortadır. Əsas iqlim xərcləri ən böyük "xalq düşməni" olmalıdır. Bu məsələnin hökumətlərin gündəmində "ilişib" qalmasına icazə versək, bu, fəlakətlə nəticələnəcək. Amma məsələ yalnız iqtisadiyyatı və əhalini xilas etməkdən ibarət deyil", — deyə S.Stil vurğulayıb.