Ceyhun Bayramovdan Ermənistanın COP29-a qatılmaması ilə bağlı açıqlama...
Xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın COP29-a qatılmamasına münasibət bildirib.
Nazir qeyd edib ki, Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı qərar qəbul olunan zaman qarşılıqlı şəkildə addımlar atılıb: “Ermənistan burada öz vetosunu götürmüşdü. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Bürosuna üzv seçilməsinə razılığını bildirmişdi. COP-un inklüzivliyini təmin etmək üçün Azərbaycan tərəfi konvensiyaya digər üzv tərəflər kimi Ermənistana da dəvət göndərmişdi.
Eyni zamanda, Ermənistan tərəfindən də bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq, onların konfransda iştirakını müşahidə etməmişik. Hesab edirik ki, bu, itirilmiş bir fürsətdir".
ZÜMRÜD