"Biz qardaş Azərbaycanın yanında olmuşuq və olacağıq” - türkiyəli nazirdən AÇIQLAMA
Ankarada Azərbaycanın Zəfər Gününün dördüncü ildönümünə həsr olunmuş təntənəli tədbirin iştirakçıları qarşısında çıxış edən Türkiyənin milli müdafiə naziri Yaşar Güler bəyan edib ki, Türkiyə və Azərbaycan qırılmaz dostluq və birlik telləri ilə bağlı qardaş dövlətlərdir.
Yaşar Güler bildirib ki, ölkələrimiz tarixboyu bir-birinə dəstək olub, faciələrin acısını, qələbələrin sevincini bölüşüblər. Türkiyə ilə Azərbaycan bütün sahələrdə, o cümlədən müdafiə sahəsində əlaqələri hələ də dərinləşdirir. "Türkiyənin gücü Azərbaycanın da gücüdür! Biz qardaş Azərbaycanın yanında olmuşuq və olacağıq”, - deyə Türkiyənin müdafiə naziri vurğulayıb.
Azərbaycanın 44 günlük müharibədə Qələbəsindən sonra Ermənistanla uzunmüddətli sülh üçün tarixi şans yarandı. Ümidvarıq ki, İrəvan öz siyasətini Cənubi Qafqaz regionunun münaqişələrə deyil, dostluğa və əməkdaşlığa ehtiyacı olması prinsipi əsasında quracaq.
Mətləb Salahov