Cahit Bağcı 8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
Bu barədə diplomat "X" sosial media hesabında paylaşım edib.
"Bu gün 44 günlük vətən müharibəsinin şanlı qələbə ilə taclandığı gündür. Bu gün üçrəngli bayrağın azad Qarabağın ən uca zirvələrində dalğalandığı gündür. Bu gün minarələrdən yüksələn “Allahu Əkbər” sədalarının azad Qarabağda əks-səda verdiyi gündür. Qardaş Azərbaycan xalqını 8 Noyabr Zəfər Günü münasibəti ilə ürəkdən təbrik edir, bu şanlı qələbədə şəhid olan bütün qəhrəmanlara uca Allahdan rəhmət, yaxınlarına ve döyüş yoldaşlarına başsağlığı verir, veteranlara cansağlığı uzun və sağlam ömür arzulayıram. Qələbən mübarək olsun qardaşım", - deyə paylaşımda bildirilib.
ZÜMRÜD