KÖHNƏ VERSİYA            

Mətbuat Şurasında “Yeni Müsavat” qəzetinin 35 illik yubileyi ilə bağlı toplantı keçirilib - FOTO

Image

Bu gün Azərbaycan Mətbuat Şurasında “Yeni Müsavat” qəzetinin 35 illik yubileyi ilə bağlı toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, mürəkkəb şəraitdə formalaşmış yubilyar nəşr ötən müddətdə əzmkar fəaliyyət göstərərək ayaqda qalmağı, eyni zamanda, inkişaf edərək media brendinə çevrilməyi bacarıb. Bu günün “Yeni Müsavat”ı cəmiyyətin etimad göstərdiyi, inam bəslədiyi mətbuat orqanı kimi oturuşmuş struktura malikdir və belə bir statusun qazanılmasında Yeni Müsavat Media Qrupunun rəhbəri, MŞ İdarə Heyətinin üzvü Rauf Arifoğlunun müstəsna əməyi var. R.Məcid, həmçinin, Mətbuat Şurasının “Yeni Müsavat” qəzetini diplomla təltif etdiyini bildirib və diplom plaketini R.Arifoğluya təqdim edib. 

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli “Yeni Müsavat”ın 35 illiyini ənənəvi fikir daşıyıcılarının bayramı kimi dəyərləndirib. O bildirib ki, 35 il ayaqda qalmaq Azərbaycanın mətbuat tarixində az nəşrə nəsib olmuş xüsusiyyətdir. Bu günün “Yeni Müsavat”ını həm ciddi jurnalistika, həm də ciddi publisistika nümunəsi timsalında xarakterizə edən N.Məmmədli həmçinin deyib ki, bazası və potensialı qəzetə müasir konvergensiya mühitinə uğurlu şəkildə uyğunlaşmağa imkan yaradıb. 

MŞ İdarə Heyətinin üzvü, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı çıxışında bildirib ki, “Yeni Müsavat” müasir Azərbaycanın tarixi ilə bağlı etibarlı mənbədir. O, üzərindən illər keçdikdən sonra da dövrün tədqiqatçılarının bu mənbəyə istinad edəcəklərinə əminliyini ifadə edib və vurğulayıb ki, qəzetin hazırkı yüksək mövqeyi illərin gərgin əməyinin, peşəyə sadəqin mükafatıdır. 

“Yeni Müsavat” yeniliyi duyur, gələcəyə baxır və keçmişi dəyərləndirir”, - deyən MŞ İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov onu da bildirib ki, Azərbaycanın təlatümlü dövrünün mətbu məhsulu olan yubilyar nəşr hər zaman ideya və amallarına sadiqliyi ilə diqqət çəkib, təkcə Azərbaycan cəmiyyətində deyil, habelə, ölkəmizin hüdudlarından kənarda da populyarlaşıb. 

MŞ İdarə Heyətinin üzvü, Yeni Çağ Media Qrupunun rəhbəri Aqil Ələsgər çıxışında “Yeni Müsavat”ı ölkəmizin yaradıcılıq mühitində fərqlənən şəxslərin üzərində haqqının olduğu media orqanı kimi qiymətləndirib və deyib ki, bu cəhət ona həm də doğma münasibəti şərtləndirir. 

MŞ İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli çıxışında yubilyar nəşrin dünyanın media trendlərinin uğurlu tətbiqi formulu olduğunu bildirib və əlavə edib ki, bu cəhət onun peşəkarlığı artırmaq əzminin nəticəsidir. 

“Yeni Müsavat”ın öz fəaliyyəti ilə Azərbaycanın milli mücadiləsinin xronologiyasını yaratdığını vurğulayan MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli onu da deyib ki, yubilyar media orqanı, eyni zamanda, qəzetin qurucusu Rauf Arifoğlunun uğur hekayəsidir. 

MŞ İdarə Heyətinin üzvü, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli “Yeni Müsavat”ı ölkəmizə yönəlmiş informasiya təhdidlərinə qarşı mübarizənin mühüm səngəri kimi xarakterizə edib. O, eyi zamanda, nəşrin əməksevər və jurnalistikaya bağlı gənclərin ümid yeri olduğunu da əsaslandırıb. 

MŞ sədrinin müavini Səadət Məmmədova bildirib ki, hər zaman mühüm istinad nöqtəsi olaraq yanaşılan “Yeni Müsavat” qəzeti peşəkar komandanın yaradıcılıq yolunda inamla addımladığı məktəbdir və bu məktəb özünün nümunəvi keyfiyyətləri ilə seçilməkdədir. O, qarşıdakı müddətdə də nəşrin eyni kursu davam etdirəcəyinə əminliyini vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri Qulu Məhərrəmli çıxışında “Yeni Müsavat”ı qələmi haqqa söykənənlərin tribunası kimi dəyərləndirib və deyib ki, belə bir mövqenin qazanılması mühüm ictimai missiyanın düzgün yerinə yetirilməsindən xəbər verir. 

“Yeni Müsavat”ın qəzetçilik ənənələrinin davamında müstəsna rol oynadığını vurğulayan MŞ sədrinin müavini Vüqar Zifəroğlu bildirib ki, nəşrin daim təkmilləşərək həyata keçirdiyi inkişaf yolu dəyərdir, jurnalistikaya sadiqlik etalonudur. 

MŞ İdarə Heyətinin üzvü, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə çıxışında yubilyar nəşrin vətənpərvərlik təbliğatının aparılmasındakı, milli maraq və mənafelərin müdafiəsindəki missiyasına diqqət çəkib. 

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı təbriklərini çatdıraraq “Yeni Müsavat”ın çətinliklərə sinə gərən, mətin və mübariz media orqanı olduğunu bildirib. 

MŞ-nin icraçı katibi Əvəz Rüstəmov çıxışında yubilyar nəşrin Azərbaycanın haqq və mənafelərinin media müstəvisindəki müdafiəsini peşəkar qurmağı bacardığını qabardıb və bu amilin son dərəcə mühüm əhəmiyyət daşımasından söz açıb.

Yeni Müsavat Media Qrupunun təmsilçiləri Ələsgər Süleymanov, Xalid Kazımlı, Elçin Xalidbəyli, Məhəmməd Türkmən, Əli Rəis, Cavanşir Abbaslı, Vaqif Hüseyn, Elşad Məmmədli, Etibar Seyidağa, Xalidə Gəray, Afaq Mirayiq, Şahanə Rəhimova çıxışlarında “Yeni Müsavat” media ailəsində yer almağın onların həyatında mühüm əhəmiyyət daşıdığını bildirib, xatirələrini bölüşüblər. 

Sonda çıxış edən MŞ İdarə Heyətinin üzvü, Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu yubilyar qəzetin hər zaman insanlara doğru bildiklərini, cəmiyyət üçün vacib saydığı məsələləri çatdırdığını vurğulayaraq qeyd edib ki,  belə bir missiya qürur və fəxarət mənbəyidir. 35 illik yubileyin ən böyük mükafatının Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası olduğunu deyən R.Arifoğlu, eyni zamanda, rəhbərlik etdiyi nəşrin fəaliyyətinə verilən yüksək dəyərə, xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. 








VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Ermənistanın örtülü taktikası - Azərbaycanı beynəlxalq məhkəmə iddialarından geri çəkmək istəyir...

Bayden administrasiyası azərbaycanlı “jurnalistləri” belə “rasxoda” verir...

Ehtiyatda xüsusi təyinatlı idi, 4 uşaq atası idi, könüllü getdi və şəhid oldu - Daşdəmir Paşayev...

SON XƏBƏRLƏR

12.12.2024 | 00:11
Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

12.12.2024 | 00:05
Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür

11.12.2024 | 23:15
Blinken Azərbaycanla bağlı qərəzli bəyanat verdi, XİN-dən də tutarlı cavab aldı...

11.12.2024 | 22:38
Azərbaycanda Qiymətləndiricilər Palatası yaradıldı, sədr də seçildi

11.12.2024 | 21:50
Daxili Qoşunların Hərbi İnstitutunda Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib - FOTO

11.12.2024 | 21:22
Əsəd çökən kimi Suriyanın tranzit mərkəz rolu qabardı - Qətərdən Avropaya qaz xətti...

11.12.2024 | 21:07
Ermənistanın örtülü taktikası - Azərbaycanı beynəlxalq məhkəmə iddialarından geri çəkmək istəyir...

11.12.2024 | 21:03
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

11.12.2024 | 20:52
Bayden administrasiyası azərbaycanlı “jurnalistləri” belə “rasxoda” verir...

11.12.2024 | 20:37
Paşinyandan yeni pozuculuq - Azərbaycanla Sazişdə konstitusiya dəyişikliyi öhdəliyi olmasın...

11.12.2024 | 20:24
Gürcüstanda yeni prezident seçkisi ərəfəsində təlatüm yenidən qızışır...

11.12.2024 | 20:10
Türk lirəsi Suriyanı tutdu, ermənilər təlaşda - Azərbaycan-Türkiyə işbirliyinə yeni meydan...

11.12.2024 | 20:02
Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı

11.12.2024 | 19:53
Azərbaycanda ilk: “Paxlava və Şirniyyat Festivalı”

11.12.2024 | 19:44
Ehtiyatda xüsusi təyinatlı idi, 4 uşaq atası idi, könüllü getdi və şəhid oldu - Daşdəmir Paşayev...

11.12.2024 | 19:31
Əsəd bir qaz kəmərinin qurbanı oldu - işi İran və Rusiya pozdu...

11.12.2024 | 19:17
Ermənistanın Hələbə göndərdiyi minatəmizləmə batalyonu əslində Əsədi müdafiə edirdi...

11.12.2024 | 19:03
Əsədin iflası qaçılmaz idi - orduya maaş da verə bilmirdi...

11.12.2024 | 18:48
Qərbin düşməni Əsəd, Ermənistanın qardaşı Əsəd - rejimin cinayətlərində Ermənistan hakimiyyətlərinin də əli var...

11.12.2024 | 18:33
Əsəd bacarsaydı, Dağlıq Qarabağı Ermənistan kimi tanıyardı...

11.12.2024 | 18:19
Əsəd Şərqdə bütün antiqərbçi qüvvələrin dostu idi - Ermənistanın da...

11.12.2024 | 18:05
Beynəlxalq tədbirlərə ev sahibliyi - siyasi və sosial fəallığın mənbəyi...

11.12.2024 | 17:51
Ermənistan İran üzərindən Əsədə hərbi yardım karvanları göndərdi...

11.12.2024 | 17:38
Əsəd Kəşmir məsələsində Hindistanı niyə dəstəkləyirdi?..

11.12.2024 | 17:25
Erməni terror təşkilatları Əsəd rejiminin əsas yardımçılarından idi...

11.12.2024 | 17:18
Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində... - FOTO

11.12.2024 | 17:12
"Elmin qocalmasının" bir səbəbi var - gənclər elmdən niyə qaçır?..

11.12.2024 | 16:58
Əsədin Suriyadan Rusiyaya 135 milyardla qaçdığı ortaya çıxdı - Moskvada iki göydələndə 18 lüks mənzil...

11.12.2024 | 16:46
BMT-dəki Rusiya nümayəndəsindən Colaninin başına pul qoyan ABŞ-a ironik təklif - 10 milyonu bizə verin, adresi sizə deyək...

11.12.2024 | 16:41
Bakıda Messi və ulduz komanda yoldaşlarının azarkeşlərlə görüşü keçirildi

11.12.2024 | 16:05
Ceyhun Bayramovla Hakan Fidan Suriyadakı son vəziyyəti müzakirə etdi

11.12.2024 | 15:45
Lionel Messi Azərbaycana təşəkkür etdi

11.12.2024 | 15:22
Abşeronda silsilə oğurluq edən keçmiş məhkum yaxalandı

11.12.2024 | 15:07
Bir çox travmatoloji xidmətin icbari tibbi sığortaya əlavə edilməsi planlaşdırılır

11.12.2024 | 15:02
Suriya “TORTU”...

11.12.2024 | 14:53
İsrail dayanmır… Suriyanın hərbi bazaları, donanması bombalanır - Netanyahu Əsədi devirən müxalifləri hədələdi…

11.12.2024 | 14:40
Prezident İlham Əliyev Azəri, Çıraq və Günəşli yataqları ilə bağlı qanunu imzaladı

11.12.2024 | 14:30
Kürdəmirdə inək oğrusu tutuldu...

11.12.2024 | 14:11
Görkəmli Qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Rayevin “Daşqın” kitabının təqdimatı keçirilib

11.12.2024 | 14:08
Güney Azərbaycan siyasi təşkilatlarının 21 Azər-in 79-cu ildönümü münasibətilə bəyanatı

11.12.2024 | 14:00
Elçibəyin Rəsulzadə qəsəbəsindəki evi qarət olundu...

11.12.2024 | 13:51
DİN rəsmisindən diplomsuz plastik cərrahlarla bağlı açıqlama - cəzalanmalar olacaq...

11.12.2024 | 13:30
"Azərbaycanın ali təhsil sistemində tətbiq edilən bəzi yanaşmalar müasir dövrün tələblərinə cavab vermir" - Nazir

11.12.2024 | 13:22
Gələn ilin bayram günləri açıqlandı...

11.12.2024 | 13:04
Армянский ТГ канал называет узбеков, таджиков и чеченцев террористами. Абсурд! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.12.2024 | 12:48
Bakı Təşəbbüs Qrupu Roma Papasına müraciət ünvanladı

11.12.2024 | 12:34
Lənkəranda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələndi

11.12.2024 | 12:11
"Azərkosmos"un peyk həlləri ilə Qırğızıstanda təbii fəlakətin qarşısı alındı

11.12.2024 | 11:30
Prezident İlham Əliyev Amerika İsrail İctimai Əlaqələr Komitəsinin prezidentini və yeni seçilmiş prezidentini qəbul edib - FOTO

11.12.2024 | 11:20
Ya sanksiyanı seç, ya da Rusiya qazını - Bolqarıstan dilemma qarşısında...

11.12.2024 | 11:10
"Kuruluş Osman" serialında yeni aktyor

11.12.2024 | 11:05
Bu ölkədə həbs dalğası böyüyür - Milli Polis Agentliyinin baş komissarı da həbs edildi

11.12.2024 | 11:03
Bəşər Əsəd çökdü, Ermənistanı niyə titrətmə tutub? - CANLI

11.12.2024 | 11:00
Bu il Azərbaycandan Avropaya 12 milyard kubmetrə yaxın qaz ixrac olunub - nazirdən PAYLAŞIM

11.12.2024 | 10:30
Samuxda ev yanıb

11.12.2024 | 10:20
ABŞ generalı Suriyaya gedib

11.12.2024 | 10:10
Müxalifət Suriyada konstitusiya komitəsi yaradır

11.12.2024 | 10:05
Neftçalada motosiklet su kanalına düşüb, sürücü ölüb

11.12.2024 | 10:00
Tramp investor dostunu Türkiyəyə səfir göndərir

11.12.2024 | 09:30
"Dünya köklü dəyişikliklərlə üz-üzədir" - Orbandan ŞOK BƏYANAT

11.12.2024 | 09:25
Toy məclisində uşaqlara oyuncaq əvəzi silah paylayan valideynlər var…

11.12.2024 | 09:20
Çempionlar Liqası: "İnter" uduzdu, "Bavariya", "Liverpul" və "Real" qalib gəldi

11.12.2024 | 09:15
Şolts və Ərdoğan Suriyanı müzakirə ediblər

11.12.2024 | 09:10
"Biz Keniya ilə əlaqələrimizin inkişafına böyük əhəmiyyət veririk" - İlham Əliyev

11.12.2024 | 09:06
Messi və dostları Bakıdadır

11.12.2024 | 09:00
Bu gün Cəlilabadda 5 minə qədər abonent qazsız qalacaq

11.12.2024 | 08:37
Sosial şəbəkələrdə tələbələrin qızğın "kurs işi alveri" gedir...

10.12.2024 | 22:30
"Ölüm düşərgələrindən" yayılan fotolardan sonra Putinin Əsədə sığınacaq verilməsi qərarına yenidən baxıla bilər?...

10.12.2024 | 21:12
Rusiya bazası Suriyada təhlükəsizlik təminatı aldı, həmişəlik qalmaq təminatı isə...

10.12.2024 | 20:57
“Şirvan erməniləri?” - öz cəmiyyətlərinə təzə zəhər atırlar...

10.12.2024 | 20:42
Əsədin iflası Türkiyə-Rusiya münasibətlərinin gələcəyini gündəmə gətirdi...

10.12.2024 | 20:29
Mirzoyan əsl səbəbi etiraf edə bilmədi - COP29-dək saziş niyə imzalanmadı...

10.12.2024 | 20:29
Əsəd Suriya xalqının öz mühakiməsinə verilməlidur...Putinin onu himayə etməsinin heç bir haqqı yoxdur...

10.12.2024 | 20:23
Əsəd Azərbaycana qarşı bacardığı hər şeyi etdi, etmədiyi tək bir düşmənçiliyi isə sadəcə bacarmadı...

10.12.2024 | 20:15
Suriya PYD terror təşkilatının lideri Trampın inauqurasiyasına dəvət aldı...

10.12.2024 | 20:08
BDU dünyanın ən yaxşı universitetlərinin fənn reytinqində yer alıb

10.12.2024 | 20:01
Əsəd çökdü, Zəngəzur dəhlizi və Qərbi Azərbaycan gündəm oldu

10.12.2024 | 19:47
AMEA-nın həqiqi və müxbir üzvlərinin yeni seçimində problem yaranıb...

10.12.2024 | 19:33
Qərb Suriyada Türkiyəni yeni hədəf seçdi, PKK kartı önə çıxdı, senator sanksiyalarla hədələdi...

10.12.2024 | 19:19
Qərb dünən Suriyada terrorçu saydığı qüvvələrlə əməkdaşlığa başladı...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031