Maya Sandu Moldovanın prezidenti seçildi - böyük fərqlə..
Noyabrın 3- də Moldovada prezident seçkilərinin 2- ci turu keçirildi.İlk turda hazırkı prezident 42 faiz, onun rəqibi, keçmiş prokuror Stoyanaqlo 26 faiz səs toplamışdı .Sandu inamlı üstünlüyünü 2- ci turda da göstərdi.Ötən gecə saatlarında 98 faiz məntəqələrdə səslərin hesablanmış nəticələrinə görə Maya Sandu 55 faizdən çox səs toplayaraq rəqibini azı 10 faiz üstələyib.Xatırladaq ki, Sandu Moldovanın Avropa və NATO ilə inteqrasiyasının açıq siyasət aparan tərəfdarı kimi tanınır.
İki həftə əvvəl prezident seçkisinin ilk turu ilə paralel Moldovanın Avropa Birliyinə daxil olması ilə bağlı referendum da keçirilmiş və xalqın 52 faizə yaxın hissəsi Avropa inteqrasiyasına səs vermişdi. Moldova xalqı bacardı. Gürcü xalqından fərqli olaraq...
Namiq Quliyev