Bakıdakı zəlzələ Ermənistanda da hiss olunub - erməni mediası
Xəzər dənizinin Azərbaycan sektorunda baş verən 5,6 maqnitudalı zəlzələ Ermənistanda da hiss olunub. Ermənistan mətbuatı bu barədə məlumat yayıb. "Panorama.am" saytının yazdığına görə bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Mühafizə Xidməti məlumat yayıb.
Bildirilib ki, 3 bal gücündə zəlzələ Tavuş vilayətinin Barana, Karvansara, Dilican və Şəmşəddin şəhərlərində, həmçinin Açacur kəndində hiss edilib.
Mətləb