Azərbaycanlı xanım "Barselona"nın oyununda UEFA nümayəndəsi olacaq
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb. AFFA-nın rəsmi saytında yer alan məlumatda deyilir ki, o, Belçikada yerli "Antverpen" və İspaniyanın "Barselona" komandaları arasında gerçəkləşəcək Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunun oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma dekabrın 13-də Belçikanın Deurne şəhərində keçiriləcək.
Mətləb