"Bu qərar milyonlarla fələstinli üçün dağıdıcı nəticələrə səbəb olacaq" - ÜST rəhbərindən XƏBƏRDARLIQ
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sosial şəbəkədəki səhifəsində paylaşım edib. ÜST rəhbəri bəyan edib ki, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətini qadağan etmək qərarı milyonlarla fələstinli üçün dağıdıcı nəticələrə səbəb olacaq.
Onun sözlərinə görə, agentlik Fələstin xalqı üçün əvəzedilməz həyat xəttidir və son yeddi onillikdə belə olub. O qeyd edib ki, İsrailin qəbul etdiyi qanun yəhudi dövlətinin öhdəliklərinə ziddir və UNRWA-dan asılı olan bütün şəxslərin həyat və sağlamlığını təhdid edir.
Mətləb Salahov