KÖHNƏ VERSİYA            

“Ağdərə qədim Kolanı türklərinin yaşadığı tarixi ərazidir" - müharibə veteranı danışır...

Image

“Ağdərəlilər Ağdərənin bölünməsi ilə barışmırdılar”

Ağdərəlilər Milli Məclisdə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsinin qəbul edilməsini müsbət qarşılayır. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevlə bu barədə söhbət etdik. 

- Ağdərə rayonunun yenidən təşkil olunması ilə bağlı qanun layihəsinin qəbul edilməsi ağdərəliləri çox sevindirdi. Rayonun bərpa edilməsi barədə illərdir müraciət edirik, yazırıq, pozuruq, nəhayət ki, arzumuz yerinə yetirilir. “Şıxov batalyonunun” ilk könüllü zabitlərindən biri kimi Birinci Qarabağ müharibəsində döyüş yolu keçmişəm. 

- Səhv etmirəmsə, Vətən müharibəsində də iştirak etmisiniz. Yanılmırıq ki?

- Tale elə gətirdi ki, böyük oğlum İlkin Rzaquliyevlə birlikdə 44 günlük Vətən müharibəsində də iştirak etdik. Oğlum ehtiyatda olan baş leytinat İlkin Rzaquliyev Prezidentdən 6 medal aldı, yaralandı, döyüşü tərk etmədi. Bu barədə sənədli film çəkilib, mahnılar yazılıb. Bunu reklam üçün demirəm, məlumat üçün deyirəm. Vətən bizim üçün canımızdan da, balamızdan da əzizdir, mən bunu həyatımla sübut etmişəm…

- Ağdərə uğrunda döyüşmüsüz, böyük döyüş yolu keçmisiz. Birinci Qarabağ müharibəsinin nəticələrindən danışmaq istəmirik… Son hadisələrə necə qiymət verirsiz?

- Cənab Prezidentin Ağdərəyə bayraq sancması bizim üçün çox əlamətdar hadisə oldu. Bayrağın sancılmasından keçirdiyimiz hisslər  sözlə ifadə olunması mümkün olmayan hisslərdir.  Azərbaycanın hər bölgəsi bizim üçün əzizdir. Qazaxın 7 kəndini də, Kərkini də, Zəngəzur dəhlizini də, Qərbi Azərbaycanı da gözləyirik. Görüləcək işlərimiz çoxdur.        

- Doğulduğunuz Xatınbəyli kəndi haqda nə məlumatlar var?

- Bizim kənd təəssüf ki, 1992-ci ildə məhv olundu. Həmin ədalətsiz, özbaşına bölgüdə Xatınbəyli Ağdama düşmüşdü. Ulu babalarımız 1937- ci ilə qədər rus-erməni birləşməsinə, bolşevizmə, Sovetlərə qarşı mübarizə aparıb. Bu barədə tarixi mənbələrdə var. Bayram Bayramovun “Arakəsmələr”, Əli Vəliyevin də əsərində Qaçaq Alyar bəy haqda danışılır. Bizdə döyüşmək, erməni separatçılarına nifrət qandan-gendən gələn məsələdir. 

- Siz hadisələrin içində olmusunuz. Cəbhə halimiyyəti nə üçün Ağdərə rayonunu ləğv etdi? 

- Birinci Qarabağ müharibəsində üç qardaş döyüşlərdə oldu. Rəhmətlik kiçik qardaşım Xəqani Rzaquliyev BDU-nun jurnalistika fakültəsində əyani oxuyurdu, ikinci kursda idi. Çox fədakarlıqlar edib. Qardaşım Qarabağın azad olduğunu gördü, amma Ağdərənin azad olduğunu görə bilmədi. Ağdərənin bölünməsinə gəlincə, mən o vaxt döyüşlərdə idim, hərbiçi idim. Bəlkə şəxsi maraqlara, bəlkə başqa məsələlərə görə bölündü. Guya məqsəd erməniləri oradan çıxarmaq olub. Səbəbin nə olmasından asılı olmayaraq, Ağdərə rayonunun ləğv edilməsi, ərazisinin bölünməsi düzgün addım deyildi. Çünki Ağdərə keçmiş “Dağlıq Qarabağın” 60 faizi idi, orada neçə-neçə Azərbaycan kəndi vardı və 15 minə yaxın azərbaycanlı yaşayırdı. Amma rayonu ləğv edib ərazisinin yarısını Kəlbəcərə, yarısını Ağdama, yarısını Tərtərə verdilər. O vaxt kim idi kiminləsə hesablaşan? Ağdərənin azərbaycanlı əhalisi qədim  türk Kolanı elləridir.  Yəni Agdərə qədim Kolanı türklərinin yaşadığı tarixi ərazi olub. Onların öz adət-ənənələri olub. Bu türk tayfası özünəməxsusdur. Bölünmədən sonra onların yarısı tərtərli, yarısı ağdamlı, yarısı kəlbəcərli oldu...Təbii ki, camaat bunu razılıqla qarşılamırdı. Ağdərəlilər Ağdərənin bölünməsi ilə barışmırdılar. 

- Ağdərədə erməni kənbdləri də vardı?

- Bəli, amma onlar çox sonradan ora köçürülüb məskunlaşdırılmışdı.  Məmməd Səid Ordubadinin “Qanlı illər” əsərində hər şey detallı yazılıb. Yəni azərbaycanlıları necə köçürüblər, onlara necə məşəqqətlər yaşadıblar və onları çıxarıb kəndlərində erməniləri məskunlaşdırıblar. Ağdərə qədim türk torpağıdır və orada ağdərəlilər, qədim kolanılar yaşayıb, orada erməni olmayıb. 1905, 1918-ci ildən sonra ora ermənilər köçürülüb yerləşdirilib.  

- Sonuncu dəfə Ağdərədə nə vaxt olmusunuz? 

- Faciəm ondadır ki, 1992-ci ildən sonra ora getməmişəm. 

- Ağdərəyə getsəniz ilk ziyarət edəcəyiniz yer hara olar?

- Yəqin kəndimizin qəbristanlığının izləri qalıb, ilk olaraq qəbristanlığa gedib nənələrimizin-babalarımızın qəbirlərini ziyarət edərdim. Ata-anamı Bərdədə dəfn etdik. Bərdə müqəddəs torpaqdı, 100 min əhalisi olan Bərdə o vaxt 120 min köçkün qəbul etmişdi. Azərbaycanın heç bir yerində belə olmayıb ki, gəlmə yerli sakinlərdən çox olsun. Biz həmişə Bərdə camaatını alqışlamışıq...

Sonra Ağdərədə Sığnaq deyilən bir yer var, ora gedərdim. Allah qismət edər, bir dəfə yolunuz düşər görərsiz necə yerdir. Sığnaq yaylası qeyri-adi bir məkandır. Ulu babalarımız elə o Sığnaqda yaşayıblar. 1937-ci ildə ermənilərin fitvası ilə Sovet hökuməti babalarımı oradan köçürüblər.

- Səbəb nə göstərilib? 

- Deyiblər ki, orada qaçaq saxlayırlar, hökumətdən yayındırırlar və sair. 

- “Marağa-150” abidəsini ermənilər niyə dağıtdı? O abidə yəqin yadınıza gəlir?

- Bəli, qarşısında şəklim də var. Marağa Cənubi Azərbaycandakı Marağa şəhəridir. Marağa (Marquşevan) kəndləri ki vardı, ora o vaxt indiki İrandan 40 min erməni köçürülüb. O dövrdə 40 min erməni İrandan, 80 min erməni Türkiyədən bizim torpaqlara köçürüldü, İrandan gətirilən ermənilər Qarabağda, Türkiyədən gətirilənlər isə Qərbi Azərbaycanda məskunlaşdırıldı. Ermənilər Qarabağa gəlmələrinin 150 illiyi ilə bağlı abidə quraşdırmışdılar, sonra “Böyük Ermənistan” eşqinə düşəndə o abidəni qırıb sökdülər. Yaxşı ki, 1992-ci ildə Marağa  (Marquçevan) alınanda  həmin abidəni bizimkilər  götürüb bərpa ediblər. Hazırda o abidə durur. 

- Ermənilər 1988-ci ilə qədər özlərini necə aparırdı? Onlarla münasibət necə idi?

- Vallah yaxşı olanları da vardı. Bizdə erməniyə qız verilmirdi, tək-tük erməni qızları alanlar vardı, onlara da həmişə pis baxmışıq. Məsələn, rəhmətlik qasrdaşım Xəqani 24 yaşında məktəb direktoru olmuşdu. 1989-90-cı ildə kolxozun direktoru ermənicə iclas aparmaq istəyib, qardaşım onu qoymamışdı, demişdi ki, bura Azərbaycan respublikasının ərazisidir, Azərbayan dilində çıxış et. O da məcburən Azərbaycan dilində çıxış etmişdi. Azərbaycan dili dövlət dili idi, o vaxt ulu öndər Azərbaycan dilinin dövlət dili olması ilə bağlı qərar qəbul etmişdi. Bu hal tək-tək respublikalarda vardı.

Ermənilərin vəziyyətinə gəlincə, Sovet hökuməti onlara hər cür şərait yaradırdı. Onlar da bundan hədsiz dərəcədə istifadə edib separatçılıqla məşğul oldular. 

- Ağdərəlilər qayıdışa hazırdır...

- Bəli, hər bir ağdərəli qayıtmaq istəyir. Çox arzu edərdik ki, başqa yerlərdə yaşayan ağdərəlilərin də Ağdərədə məskunlaşmasına icazə verilsin. Bu arzuediləndir. Çox istərdik ki, belə olsun. Biz cənab Prezidentə təşəkkür edirik, o bizə böyük sevinc yaşatdı...

İradə SARIYEVA







VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

İlham Əliyev əsaslı tənqid etdi - Türk dövlətlərinə nə qədər pul lazımdır?..

Türk dünyası dövlətlərinin bankları birləşdirilir...

“Nəbadə, arxamca ağlayasınız” - Qərbi azərbaycanlı Şuşa şəhidi İlqar Ramazanlının anası...

SON XƏBƏRLƏR

11.11.2024 | 19:25
Binəli Yıldırım da COP29-da iştirak edəcək...

11.11.2024 | 19:19
Viktor Orban Bakıya gəldi

11.11.2024 | 18:43
Leyla və Arzu Əliyevlar Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi layihəsinin təqdimatında... - FOTO

11.11.2024 | 18:17
Prezident İlham Əliyev BMT-nin Baş katibi ilə görüşüb - FOTO

11.11.2024 | 18:05
BƏƏ Prezidenti Azərbaycanda səfərdədir

11.11.2024 | 17:40
Prezident İlham Əliyev Lukaşenko ilə görüşdü - FOTO/YENİLƏNDİ

11.11.2024 | 17:38
"Ermənistanın COP29-da iştirak edib-etməməsi bu ölkənin öz qərarıdır" - Prezident

11.11.2024 | 16:42
Prezident İlham Əliyev Vuçiçlə görüşdü - FOTO/YENİLƏNDİ

11.11.2024 | 16:18
Prezident İlham Əliyev Slovakiya Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 16:10
“Fəaliyyətdə birlik: Karib adalarında ədalətli və davamlı inkişaf üçün nəsillərarası səslər” adlı sessiya keçirildi

11.11.2024 | 15:57
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşdü - FOTO/YENİLƏNDİ

11.11.2024 | 15:43
Gürcü spiker Aİ ölkələrinin parlamentarilərinin görüş təklifini rədd etdi - seçkilərə müdaxilə ittiham...

11.11.2024 | 15:31
Prezident İlham Əliyev Belçikanın Baş naziri ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 15:05
Prezident İlham Əliyev Finlandiya Prezidenti ilə görüşdü - YENİLƏNDİ

11.11.2024 | 15:03
Leyla Əliyeva və Anar Ələkbərov COP29 məkanındakı Azərbaycan pavilyonunu ziyarət ediblər - FOTO

11.11.2024 | 14:51
Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışında...

11.11.2024 | 14:33
Serbiya, Belarus və Slovakiya prezidentləri də Bakıya gəldi...

11.11.2024 | 14:16
Azərbaycan Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzaladı

11.11.2024 | 14:00
Prezident İlham Əliyev Şarl Mişellə görüşdü - FOTO/YENİLƏNDİ

11.11.2024 | 13:43
İqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin rolu müzakirə edildi

11.11.2024 | 13:36
Bakıda COP29-un açılış mərasimi keçirilib - FOTO/VİDEO/YENİLƏNDİ

11.11.2024 | 13:30
Efiopiya və Nepal prezidentləri COP29-da iştirak üçün Bakıya gəlib

11.11.2024 | 13:22
BMT Baş katibi Bakıya gəldi

11.11.2024 | 13:17
Prezident İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 13:05
Армения остаётся раковой опухолью Кавказа - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.11.2024 | 12:53
Afrika İttifaqı Komissiyasının sədri Azərbaycana səfərə gəlib

11.11.2024 | 12:45
"Əhəmiyyətli nəticə olmadan biz Bakını tərk edə bilmərik" - Saymon Stil

11.11.2024 | 12:30
Prezident İlham Əliyev İraq Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 12:12
"COP29 hər kəsə yeni başlanğıc üçün bir fürsətdir" - Muxtar Babayev

11.11.2024 | 12:02
Bu futbolçu 100-cü çempionat matçına çıxıb

11.11.2024 | 12:02
"COP29 Azərbaycanda növbəti uğurunu qazanacaq" - COP28-in Prezidenti

11.11.2024 | 11:55
Keniyanın Baş naziri Azərbaycanda səfərdədir

11.11.2024 | 11:50
Muxtar Babayev COP29-un Prezidenti seçildi

11.11.2024 | 11:47
"İqlim maliyyəsi bu böhrana səbəb olan və onu alovlandırmağa davam edənlərin məsuliyyətidir" - Kleyr Miranda

11.11.2024 | 11:44
Karateçilərimiz Moskvadan 1 gümüş, 4 bürünc medalla dönür

11.11.2024 | 11:44
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvü ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 11:35
COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub

11.11.2024 | 11:17
Kuk Adalarının Baş naziri COP29-da iştirak etmək üçün Azərbaycana gəlib

11.11.2024 | 11:05
Ərdoğan Səudiyyə Ərəbistana gedib

11.11.2024 | 11:00
"Bu məlumat həqiqəti əks etdirmir" - Medianın İnkişafı Agentliyi jurnalistlərə müraciət edib

11.11.2024 | 10:56
Prezident İlham Əliyev Monqolustan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 10:51
Millətlər Birliyi təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

11.11.2024 | 10:46
Lixtenşteynin Baş naziri də Bakıya gəlib

11.11.2024 | 10:07
Bakıda CO29 çərçivəsində mətbuat konfransı keçirilib

11.11.2024 | 10:00
İraq Prezidenti Azərbaycana səfərə gəlib

11.11.2024 | 09:00
Bu gün Bakıda COP29 başlayır

10.11.2024 | 23:47
Trampın oğlundan Zelenskiyə mesaj - "Xərcliyini itirməyinə 38 gün"...

10.11.2024 | 23:10
Putinə Ukraynanın 20 faizi qalacaq, 80 faizi isə... - NATO-nun Avropadakı keçmiş baş komandanından iddia...

10.11.2024 | 22:21
Qana Prezidenti də COP29-da iştirak üçün Bakıya gəldi

10.11.2024 | 22:07
Müsəlman Ağsaqqalları Şurasının sədri Azərbaycanda...

10.11.2024 | 21:20
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri və Heyətin üzvü Bakıya gəlib - FOTO

10.11.2024 | 21:03
Monqolustan Prezidenti Bakıya gəldi

10.11.2024 | 20:30
Hərbi qulluqçumuz Goranboyun Gülüstan kəndində minaya düşdü...

10.11.2024 | 20:18
Antiqua və Barbudanın Baş naziri Azərbaycana gəlib

10.11.2024 | 19:52
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibi Bakıya gəlib

10.11.2024 | 18:50
Trampın seçki müşavirindən qalmaqallı bəyanat - Ukrayna Krımı unutmalıdır...

10.11.2024 | 18:26
Niuenin Baş naziri Azərbaycana gəlib

10.11.2024 | 18:17
"Müharibənin bitməsindən qorxan birini görmüsünüzmü? Mən gördüm, adı Zelenskidir" - Slovakiyanın baş naziri

10.11.2024 | 17:41
Şimali Makedoniya Prezidenti COP29-da iştirak etmək üçün Bakıya gəldi...

10.11.2024 | 17:38
Anqolanın və Malavinin vitse-prezidentləri Azərbaycana gəlib

10.11.2024 | 17:35
“Yeni Müsavat” qəzeti 35 yaşında - yubiley FİLMİ

10.11.2024 | 17:26
O, Dövlət yolunda, Millət yolunda canını, ruhunu qoydu - Yunus Oğuz

10.11.2024 | 16:45
Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

10.11.2024 | 16:37
Prezident İlham Əliyev Zimbabve Prezidenti ilə görüşdü - FOTO/YENİLƏNDİ

10.11.2024 | 16:15
Prezident İlham Əliyev San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri ilə görüşüb - FOTO/YENİLƏNDİ

10.11.2024 | 15:53
Prezident İlham Əliyev Surinam Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

10.11.2024 | 15:47
Kobaxidze COP29-da iştirak üçün Bakıya gəlir...

10.11.2024 | 15:24
DİN Azərbaycana qarşı dezinformasiya yayan İraq kanalını ifşa etdi - FOTO

10.11.2024 | 15:17
Yeniyetmə taekvondoçularımız Avropa birinciliyini 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurublar

10.11.2024 | 14:43
Zimbabve Prezidenti Azərbaycana səfərə gəlib

10.11.2024 | 13:26
Misirdəki qəzada xəsarət alan azərbaycanlı ailədən yeni xəbər var...

10.11.2024 | 13:08
Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Bakıya gəldi

10.11.2024 | 12:50
Qvineya-Bisaunun Prezidenti Azərbaycanda səfərdədir

10.11.2024 | 12:05
COP29 Yaşıl Zona biletləri artıq satışdadır

10.11.2024 | 11:16
Azərbaycanın etirazından sonra erməni əsilli rejissorun filmi “Oskar”a təqdim edilmədi

10.11.2024 | 10:43
COP-29 günlərində Musiqili Teatrda qırğızlar "Adəm"lə çıxış edəcəklər

10.11.2024 | 00:10
Ermənistanın kapitulyasiya aktına imza atmasından dörd il ötür

10.11.2024 | 00:02
Olaf Şoltz Prezident İlham Əliyevə zəng edib

09.11.2024 | 19:53
Rəşad Məcid İradə Tuncayı yubileyi münasibətilə təbrik etdi

09.11.2024 | 19:15
COP29 konfransının proqramı açıqlandı

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930