Bakıda sığınacaqda qızılcaya yoluxan 18 uşaq xəstəxanaya yerləşdirildi - YENİLƏNDİ
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında qızılcaya yoluxan 18 uşaq 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 8-i dekabrın 5-də sağalaraq xəstəxanadan buraxılıb.
"10 uşağın müalicəsi isə hazırda 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdirilir. Vəziyyətləri stabildir", - məlumatda qeyd edilib.
Sığınacaqdakı qızılcaya yoluxma mıəsələsinə münasibət bildirən Azərbaycan Uşaqları İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə KİV-ə yoluxanlar arasında əməkdaşların da olduğunu deyib.