Bakıda “PRE-COP29” tədbiri işə başlayıb
Bu gün Bakıda “PRE-COP29” tədbiri işə başlayıb. Heydər Əliyev Mərkəzində “Ambisiyanı artırmaq və iqlim fəaliyyətinə təkan vermək” mövzusunda keçirilən tədbirin açılış mərasimində COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri və COP28-in prezidenti Sultan Əl Cəbir, BMT Baş katibinin birinci müavini Amina Mohammedi, təşkilatın İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still, Köməkçi icra orqanının sədri Nabil Munir çıxış edəcəklər. Tədbir iki gün davam edəcək.
Mətləb