KÖHNƏ VERSİYA            

Dəmiryollarımızın tranzit gəlir potensialından pis istifadə olunur - səbəblər çox maraqlıdır...

Image

Qeyri-neft sektorunda Azərbaycanın xüsusi diqqət yetuirdiyi məsələlərdən biri də ölkə üzərindən daşınan yüklərin həcminin artımına nail olmaqdır. Bu, tranzit gəlirlərin artımı, qeyri-neft sektoru üzrə inkişaf dinamikasının sürətlənməsinə xidmət edir. 

Qeyd edilən fonda Bakı dəniz limanının, eləcə də Bakı-Tiflis-Qars dəmir yolu xəttinin yükdaşıma qabiliyyəti artırılır.

Yeri gəlmişkən qeyd edək ki, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin gələn il tam istismara verilməsi planlaşdırılır. Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Bakı-Tiflis-Qarsın Transxəzər nəqliyyat dəhlizinin ayrılmaz hissəsi olduğunu, tammiqyaslı istismarının təmin edilməsi məqsədilə Azərbaycanla səmərəli əməkdaşlıq edildiyini vurğulayıb: “Biz Bakı-Tiflis-Qars yeni dəmir yolu xəttində bütün işlərin demək olar 90 faizini tamamlamışıq. Bizim Azərbaycanda nəqliyyat nazirliyindəki həmkarlarımızla son dərəcə yaxşı əməkdaşlığımız var. Ona görə də biz hazırda tikinti fəaliyyətlərinə tam fokuslanmağa qərar vermişik. Hazırda işlər çox yaxşı gedir. Layihənin çox tezliklə tamamlanacağına ümid edirəm. Hazırda bizim bütün aidiyyəti tərəflərlə tam koordinasiyamız var və mən düşünürəm ki, biz tikinti fəaliyyətlərinə, tikinti işlərinə fokuslandığımıza görə işləri gələn ilin əvvəlində tamamlayacağıq və bundan sonra Bakı-Tiflis-Qars tam funksional dəmir yolu xətti olacaq.  Bizim bu dəhlizlə pilot nəqllərimiz olub. Lakin biz hazırda infrastruktur fəaliyyətlərinə tam diqqət yetirmək, yolu tamamlamaq qərarı qəbul etmişik və bu yeni dəmir yolu xəttinin tam miqyaslı istismarına çalışırıq. Bu yol Transxəzər nəqliyyat dəhlizinin ayrılmaz hissəsidir. Ona görə də güman edirəm ki, biz artıq gələn il Cənub-Şərqi Asiyadan vacib yükləri qəbul edə, Qərb ölkələrinə nəql edə, eləcə də əksinə hərəkəti təmin edə biləcəyik. Bu, çox yaxşı tərəqqidir”. Xatırladaq ki, Bakı-Tiflis-Qarsla daşıma həcminin 1 milyon tondan 5 milyon tona qədər artırılması nəzərdə tutulur. Bu işlər Azərbaycan investisiyası hesabına həyata keçirilir. Hazırda dəmir yolu ilə daşımaların həcminin artırılması Azərbayacn və Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir. Bunu Dünya Bankının Azərbaycan, Gürcüstan və Qazaxıstanla bağlı və onların ərazisindən yüklərin Orta Dəhlizlə tranzit həcmlərinə dair xüsusi hesabatı da təsdiq edir.Hesabata əsasən, region ölkələri bir sıra səbəblərdən dəhliz vasitəsilə yük daşımalarında müsbət dinamikasını cari ilin ötən dövrü ərzində qoruyub saxlaya bilməyib. Dünya Bankı Orta Dəhlizin səmərəliliyini təmin etmək üçün xüsusi sorğu əsasında müəyyən edilmiş 5 əsas problemi qeyd edir. Birinci problem idarəetmədə əlaqələndirmənin olmaması ilə bağlıdır. Qurumun qiymətləndirmələrinə görə, vahid və ilk növbədə, dəmir yolu operatorunun olmaması itkilərə və dəhlizin çox bahalı olmasına səbəb olur. Daha bir problem dəmir yolu əməliyyatları çərçivəsində yükləmə-boşaltma məntəqələrində gecikmələrlə bağlıdır ki, bu da xərclərin artmasına və yükdaşımalarda ləngimələrə səbəb olur. Digər problem isə ölkələrin informasiya sistemləri arasında inteqrasiyanın olmaması ilə bağlıdır. Bu, sənədlərin təkrarlanmasına, standartlaşdırılmış məlumat tələblərinin olmamasına gətirib çıxarır. Bank qeyd edir ki, 2022-ci ildə dəhlizlə yükdaşımalar orta hesabla 53 gün vaxt aparıb ki, bu da alternativ marşrutlarla müqayisədə 2 dəfə çoxdur.

Qurum onu da vurğulayır ki,  2030-cu ilə kimi Orta Dəhlizlə yükdaşımaların 11,385 milyon tona qədər artacağı proqnozlaşdırılır. Bu artım konteyner daşımalarının, neft və neft məhsullarının nəqlinin artması hesabına mümkün olacaq. 2021-ci ildə dəhlizlə 3,688 milyon ton yük daşınıb, artım isə 3,1 dəfə təşkil edib. Bankın proqnozlarına görə, 2030-cu ilə qədər dəhlizlə digər konteyner daşımalarının həcmi 4,074 milyon tona çatacaq ki, bu da 2021-ci ilin göstəricisindən 2,5 dəfə çoxdur. 2030-cu ilə qədər neft və neft məhsullarının daşınma həcmi 3,553 milyon ton təşkil edəcək, bu isə 2021-ci ilin göstəricisindən 3,2 dəfə çoxdur. Qurumun analitikləri dəhlizin səmərəliliyini artırmaq üçün bir sıra məsələlərin yerinə yetirilməsinin vacibliyini vurğulayırlar. Birincisi, dəhlizin inteqrasiya olunmuş ticarət yolu kimi təşviqi üçün institusional mexanizm qəbul edilməlidir. İkincisi, yeni logistika həllərinin, o cümlədən standartlar və tariflərin tətbiq edilməsi, əməliyyatların proqnozlaşdırılması mümkünlüyünün artırılması vacibdir. Üçüncüsü, prosedur və proseslər sadələşdirilməli, tranzit yüklərin emalı üçün sərhəd və gömrük orqanları, eləcə də ölkələrin dəmir yolları arasında koordinasiya yaxşılaşdırılmalıdır. Dördüncüsü, dəhlizin rəqəmsallaşma səviyyəsi artırılmalıdır. Beşincisi, dəhliz boyu infrastrukturun yaxşılaşdırılması davam etdirilməlidir. Bütün bunlar yükdaşımaların həcmiin artımı üçün həm Azərbaycan və Gürcüstana həm də Mərkəzi Asiya ölkələrinə lazımdır. Burada xatırladaq ki, Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra əsas strateji inkişaf istiqamətlərindən biri də ölkənin tranzit statusunun gücləndirilməsi olub. Bu istiqamətdə davam etdirilən siyasət nəticəsində, Azərbaycanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə xeyli vəsait sərf olunub. Amma region ölkələrinin nəqliyyat infrastrukturlarının uyğunlaşdırılması məsələlərində müəyyən problemlər qalmaqdadır. Digər tərəfdən, rüsum siyasəti beynəlxalq tələblərə uyğun deyil. Bu kimi problemlərin fonunda tranzit gəlirlərinin artmasına baxmayaraq, mövcud potensiala adekvat hesab edilə bilməz. Azərbaycanın və region ölkələrinin tranzit rəqabətliliyinin artırılması yolu ilə potensialdan tam istifadə edilməlidir. 

Ramil QULIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031