Rusiyaya bəd xəbər - yeni sanksiya rejimi daha 1 il qüvvədə olacaq
Avropa İttifaqı (Aİ) Şurasının ötən gün Rusiyaya qarşı qəbul etdiyi məhdudlaşdırıcı tədbirlərin yeni mexanizmi 2025-ci il oktyabrın 9-dək qüvvədə olacaq. Bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunmuş qətnamədə deyilir. “Qərar 2025-ci il oktyabrın 9-dək qüvvədə olacaq”, - qətnamədə qeyd olunub.
Hazırda Aİ-nin bəzi mexanizmləri bir il müddətinə təsdiq edilsə də, Avropa İttifaqında Rusiya Federasiyasına qarşı əsas sanksiya tədbirləri hər altı aydan bir nəzərdən keçirilir. Sentyabrın 13-də Britaniyanın “Financial Times” (FT) qəzeti yazıb ki, Aİ ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı sanksiyaların hər altı aydan daha az müddətə uzadılması imkanını nəzərdən keçirəcəklər, sanksiyaların qüvvədə olma müddəti 3 ilədək artırıla bilər.
Mətləb Salahov