Avropa İttifaqı Gürcüstanı cəzalandırır - 121 milyon avro yardım dayandırılır
Gürcüstan hökuməti Avropa İttifaqının (Aİ) 121 milyon avro məbləğində maliyyə yardımındam məhrum olacaq. Buna Gürcüstan hökumətinin demokratik standartlardan uzaqlaşması səbəb olub. Bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyi məlumat yayıb.
Qurumun məlumatında deyilir ki, Avropa İttifaqı 2022, 2023 və 2024-cü illərdə Gürcüstan hökuməti üçün 121,3 milyon avro məbləğində illik vəsait ayırıb. Lakin, bu vəsait 2024-cü ildə dayandırılacaq.
Buna səbəb Gürcüstan hökumətinin demokratik standartlardan uzaqlaşması, xüsusən də vətəndaş cəmiyyətinə qarşı yönəlmiş “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu olub.
Mətləb Salahov