"Dünya liderlərinin onluğuna daxil olacağımız gün uzaqda deyil” - Ərdoğandan AÇIQLAMA
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə universitetlərində 2024/2025-ci tədris ilinin başlanması münasibətilə keçirilən mərasimdə bildirib ki, Türkiyə universitetləri çalışmalıdırlar ki, ali təhsil sistemi yaxın gələcəkdə elmi nəşrlərin sayına görə TOP 10 ölkəyə daxil olsun.
Türkiyə lideri qeyd edib ki, əgər 2002-ci ildə Türkiyə elmi nəşrlərin statistikasına görə dünya reytinqində 29-cu yerdə idisə, bu gün artıq 17-ci yerdədir. “Əminəm ki, dünya liderlərinin onluğuna daxil olacağımız gün uzaqda deyil”, - deyə Ərdoğan bildirib.
Mətləb Salahov