KÖHNƏ VERSİYA            

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmamasının əsas səbəbi... Məhərrəm ZÜLFÜQARLI yazır

Image

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probelmi haqqında çox yazılıb. Lakin bəzi taleyüklü məsələlər var ki, əhalinin mütləq əksəriyyəti   bunlardan xəbərsizdir.  Belə taleyüklü məsələlərdən biri BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmamasını səbələri ilə bağlıdır. 

Bu məqalədə   BMT Təhlükəsizlik Şurasının üzvlərinin  Azərbaycana qarşı  riyakar fəaliyyəti, onların dolayı yolla yaratdıqları bəzi süni maneələrə aydınlıq gətirməyə çalışacağıq.

Fikrimizcə ictimaiyyətin əksəriyyətinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmamasının səbələri haqqında düzgün məlumat əldə edə bilməməsində xarici qüvvələrlə yanaşı, Azərbaycan KİV-lərinin rolu da az olmayıb. Onların bu məsələni düzgün izah etməmələri əhalini düzgün məlumat əldə etməsinə imkan verməyib. Faktlara müracit edək. (Oxuculara kömək məqsədilə aşağıdakı yazılarda verilmiş səhv fikirlər qara şriflə göstərilib.)

“BMT-nin 4 qətnaməsinin ömrü nə qədərdir?” adlı yazıda deyilir: “BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini təsdiqləyir. Söhbət 822, 853, 874 və 884 saylı qətnamələrdən gedir. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilandan dərhal çıxarılması tələb edilir.”

“BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 874 və 884-cü qətnamələri” adlı yazıda işğalçı mücərrəd olaraq “erməni hərbi birləşmələri” kimi qeyd olunub: “Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884 saylı) qəbul olundusa da, bu qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilsə də və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olundusa da, bu tələblər indiyə qədər də yerinə yetirilməmişdir.” [5]

“Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü təmin etdi” adlı yazıda deyilir: “ Bütün bu illər ərzində erməni təcavüzkarlarına qarşı nəinki heç bir təzyiq edilməyib, hətta dünya birliyi Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətinə, bütün dünyanın gözü qarşısında baş verən bu qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşaraq, xüsusilə onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını birmənalı şəkildə tələb etməyib.” 

 “Azərbaycan diplomatiyasının BMT qələbəsi” adlı yazıda qeyd olunur ki, “Dünyanın ən böyük və nüfuzlu təşkilatı olan BMT artıq 16 ildir ki, Ermənistanı işğalçı dövlət kimi tanıyır, ondan təcavüzkar siyasətini dayandırmağı tələb edir.

BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü il aprelin 30-da qəbul edilən 822 saylı qətnamədə qeyd edilirdi: "Təhlükəsizlik Şurası... silahlı hərbi əməliyyatların güclənməsinin bu proses üçün dağıdıcı nəticələr verə biləcəyindən dərin narahatlıq keçirərək:

Atəşin biryolluq dayandırılması məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, eləcə də bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın son vaxtlar işğal edilmiş başqa rayonlarından dərhal çıxarılmasını tələb edir..."

1993-cü il iyulun 29-da BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 853 saylı qətnamənin 9-cu bəndində Təhlükəsizlik Şurası Ermənistanı təkidli şəkildə Dağlıq Qarabağ ermənilərinə təsir göstərməyə və əvvəlki qətnamənin şərtlərinə uyğun olaraq ordusunu işğal altında olan ərazilərdən çıxarmağa çağırırdı. Əslində, bununla BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ ermənilərinin məhz Ermənistandan idarə olunduğu faktını qəbul etdiyini göstərmiş olurdu.

BMT Təhlükəsizlik Şurasının 1993-cü il oktyabrın 14-də qəbul etdiyi 874 saylı qətnaməsində Ermənistan və Azərbaycan arasında yaranan gərginlikdən, Azərbaycan ərazilərinin işğal edilməsindən narahatlıq ifadə edilir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiq olunurdu.

1993-cü il noyabrın 11-də qəbul etdiyi 884 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının və regiondakı bütün digər dövlətlərin suverenliyini və ərazi bütövlüyünü təsdiq edərək, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək üçün güc tətbiq edilməsinin yolverilməzliyini bir daha bəyan edirdi.” [4]

“BMT platformasında Qarabağ zəfəri” başlıqlı məqalədə yazılır: “BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etdi. Bu qətnamələrdə Dağlıq Qarabağ və digər ərazilərin işğalı faktı qeyd edilərək, Ermənistan hərbi birləşmələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılması tələb olundu. 

 Təəssüf ki, Təhlükəsizlik Şurasının qətnamələri düz 27 il kağız üzərində qaldı. Ermənistan beynəlxalq hüququ və TŞ qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxartdı, əksinə, işğalı davam etdirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xəttini tutdu. Təəssüf ki, nə qətnamələrin müəllifi olan BMT, nə də danışıqlar prosesində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ilk gündən işğalçı Ermənistana heç bir təzyiq göstərmədi.” [3]

“Azərbaycan BMT TŞ-nın 4 qətnaməsinin icrasını təmin etdi” başlıqlı yazda qeyd olunur ki, “Azərbaycan dövləti öz qətiyyəti ilə həm də BMT TŞ-nın Ermənistanın Azərbaycan torpaqlarını boşaltmasına dair məlum  4 qətnaməsinin icrasını təmin etmiş oldu.” [1]

Yuxarıda təhlil etdiyimiz məqalələr müxtəlif dövrlərdə BMT TŞ-nın məlum 4 qətnaməsi ilə bağlı Azərbaycan KİV-lərində dərc olunmuş yazıların bir hisəsidir. Bu mövzuda nəşr olunmuş yazıların demək olar ki, mütləq əksəriyyətində BMT TŞ-nın Azərbaycanla bağlı 4 qətnaməsi düzgün izah olunmayıb. Bu yazıların hamısında qeyd olunur ki, 4 qətnamənin hamısında Ermənistan Respublikası işğalçı dövlət kimi göstərilib. Fikrimizcə bu müəlliflər özlərinə əziyyət verib bu qətnamələri oxuyub təhlil etmədən, məsələnin mahiyyətini düzgün anlamadan bu cür ciddi məsələ barədə məqalələr yazmaqla oxucularda səhv təsəvvür formalaşdırmışlar.

2007-ci ilin oktyabr ayında Bolqarstanın paytaxtı Sofiya şəhərində eks-prezidentlərin iştirakı ilə keçirilən “Balkan siyasi klubu” beynəlxalq konfransında iştirak edərkən erməni nümayəndə heyətinin BMT TŞ-nın Azərbaycanla əlaqədar 4 qətnaməsi ilə bağlı dedikləri bizi bu məsələ ilə bağlı ciddi araşdırma aparmağa məcbur etdi. Məsələni araşdırarkən məlum oldu ki, BMT TŞ-nın Azərbaycanla bağlı 4 qətnaməsinin heç birində Ermənistan Respublikası işğalçı dövlət kimi göstərilməyib. Oxucuların bunu əyani şəkildə görməsi üçün həmin 4 qətnamənin mətnini məqaləyə əlavə kimi daxil etməyi məqsədəuyğun hesab etdik.

Qətnamələrin mətnlərinin təhlili sübut edir ki, burada Azərbaycan ərazilərinin işğal olunması  və işğal olunmuş ərazilərin dərhal azad olunması qeyd olunsa da, işğalçı kimi Ermənistan Respublikası deyil, yerli ermənilər, yəni Dağlıq Qarabağda yaşayan ermənilər göstərilir. Qətnamələrin əksər hissələrində isə “işğalçı” termini konkret deyil, mücərrəd şəkildə işlədilir. Ermənistan Respublikasının hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən bu qətnamələrin müddəalarına riayət edilməsinə öz təsirini göstərməkdə davam etməyi təkidlə çağırış edirlər.

Qətnamələrdə Ermənistan Respublikasının işğalçı dövlət kimi göstərlməməsinə baxmayaraq yerli KİV-də bunu inkar edən yazılara da rast gəlmək olur. Məsələn, “BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan hakimiyyətini ifşa edir. Bu ölkə rəsmilərinin “Qətnamələrdə Ermənistan haqqında heç nə yoxdur” fikri reallıqdan uzaqdır” başlıqlı yazda deyilir: “ Ermənistan rəsmiləri isə iddia edirlər ki, işğal olunmuş Azərbaycan ərazilərindən qoşunların qeydşərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə, guya, bu ölkənin adı yoxdur. Bu fikri səsləndirən erməni rəsmiləri və deputatları bir daha riyakar, yalançı və rəzil olduqlarını təsdiqləyirlər. Belə yalanlarla işğalçılıq siyasətlərini ört-basdır etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Çünki BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi birmənalı olaraq Ermənistan silahlı qüvvələrinin işğal  etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmaları üçün qəbul edilib. [2]

 Məsələnin mahiyyətinə obyektiv yanaşması ilə fərqlənən Azərbaycanın görkəmli diplomatı Vəfa Quluzadə yazırdı: “ Bütün bu qətnamələr yerli, etnik ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin dərhal azad olunmasına, Azərbaycanın dövlət sərhədlərinə və ərazi bütövlüyünə hörmət edilməsinə çağırır. Bunula yanaşı bu qətnamələr işğal faktını tanımır, Ermənistanı işğalçı adlandırmır, işğalı qınamır və işğalçını cəzalandırmaq və onun qurbanın pozulmuş hüqularının bərpası üçün heç bir sanksiyanı nəzərdə tutmur... 822-ci qətnamədə Dağlıq Qarabağ tamamilə unudulub... 853-cü qətnamədə Ağdam rayonun işğalı pislənsə də, hansı qüvvə tərəfində işğal olunduğu qeyri müəyyən qalır..874 və 884 – cü qətnamələrdə bizim sevincimizə, ermənilərin isə kədərinə səbəb olan Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasının qeyd olunmasını Azərbaycan diplomatiyaının uğuru hesab etmək olar.”  [12, s.176-177]

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tənqidi təhlili sübut edir ki, bu qətnamələrdə Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması haqqında gəlişi gözəl sözlər gen-bol işlədilməsinə baxmayaraq Azərbaycan əleyhinə düşünülmüş gizli bir riyakarlıq özünü büruzə verir. Bu da ondan ibarətdir ki, bu qətnamələrdə Ermənistanı işğalçı dövlət kimi göstərmək əvəzinə, Ermənistan hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrə riayət edilməsinə nail olmaq məqsədilə öz nüfuzundan istifadə etməyə çağırmaqdan ibarətdir. 

Bildiyimiz kimi Ermənistan və Rusiya axıra qədər Dağlıq Qarabağ qondarma qurumunu tanımadı. Daim riyakarcasına bildirdilər ki, Azərbaycanın ərazilərinin işğalında onların heç bir rolu yoxdur.  Buna görə də Azərbaycanın danışıqları Ermənistanla deyil Dağlıq Qarabağ qondarma qurumu ilə aparmağı təkidlə tələb edirdilər. Fikrimizcə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də bu riyakarlığa şərait yaradırdı. Yəni Azərbaycan bu təxribata qarşı axıra qədər qətiyyətlə mübarizə aparmasaydı vəziyyət acınacaqlı olardı. Belə ki, Azərbaycan Dağlıq Qarabağ qondarma qurumu ilə danışıqlara razı olsaydı, onları faktiki tərəf kimi tanımış olardı. Bu da sonradan Azərbaycana qarşı olan dövlətlərin qondarma qurumu tanımasına və Dağlıq Qarabğın itirilməsi ilə nəticələnə bilərdi. 

BMT Təhlükəsizlik Şurasının üzvləri olan, həm də sonradan ATƏT-in Minsk qrupunda danışıqlara vasitəşilik etmiş Rusiya, Fransa, ABŞ işğalçının Ermənistan olduğunu çox yaxşı bilə-bilə qətnamələrdə Ermənistanı işğalçı kimi göstərməmələri onların problemin həllində maraqlı olmadıqlarını sübut edir. Qətnamələr qəbul olunduğu dövrdə əsrin sazişi imzalanmadığından İngiltərənin bu məsələdə maraqlı olmaması, ÇXR –in isə bu dövrdə cənubi Qafqazla bağlı aydın siyasətinin olmaması qətnamələrdə Ermənistanın işğalçı dövlət kimi göstərilməməsinə şərait yaratdı. O zaman  bu məsələdə Rusiya və Fransanın xüsusi canfəşanlıq etməsi   qətnamələrdə əsil işğalçının göstərilməməsi ilə nəticələndi.

Müzəffər Ali baş komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun işğal olunmuş ərazilərin azad edilməsi uğrunda apardığı  44 günlük müharibədəki şanlı qələbəsi və 2023-cü ilin 19 sentyabrında yüksək səviyyədə  qısa müddətli həyata keçirilmiş anti-terror əməliyyatı  ilə   beynəlxal güclərin Azərbaycana qarşı həyata keçirmək istədikləri bütün təxribatlara, riyakarlıqlara son qoyuldu. Əvvəlki illərdən fərqli olaraq artıq Cənubi Qafqazda real gücə malik olan Azərbaycan Respublikası ilə beynəlxalq güclər riyakarlıq, təxribat dili ilə deyil, bərabər səviyyədə, beynəlxalq hüquqa uyğun münasibətlər qurmaqa məcburdular.

MƏHƏRRƏM ZÜLFÜQARLI
Azərbaycan Turizm və Menecment Universiteti,  
“İctimai fənlər” kafedrası, t.ü.e.d, professor







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031