Miqrantlara BƏD XƏBƏR - Almaniya işsizlik müavinətinin alınması qaydalarını sərtləşdirir...
Almaniya hökuməti işsizlik müavinətinin alınması qaydalarını sərtləşdirəcək. Bu barədə Almaniyanın “Der Spiegel” jurnalı Nazirlər Kabinetinin qərarına istinadən məlumat yayıb. Əgər sənəd təsdiq olunarsa, qaydalar gələn il yanvarın 1-dən qüvvəyə minəcək. Dəyişikliklərə əsasən, bu müavinətləri alanlar, o cümlədən ukraynalı qaçqınlar məşğulluq mərkəzində işləməkdən imtina etsələr və ya görüşləri qaçırsalar, daha sərt sanksiyalarla üzləşəcəklər.
Üzrlü səbəb olmadan işə qəbuldan imtina edildikdə, növbəti üç ay ərzində müavinət 30% azaldıla bilər. Həmçinin mənzil və kommunal xərclər üçün güzəştlər də azaldılacaq. Müavinətlərin azaldılması qeyri-rəsmi işçilərə də şamil ediləcək.
Mətləb Salahov