“ƏDV geri al” mexanizminə dair güzəşt təsdiqləndi
Azərbaycanda vətəndaşların “ƏDV geri al” (ƏDV cash-back) mexanizmi üzrə əldə etdiyi gəlirlərin vergidən azad edilməsi qanuniləşir. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, "ƏDV geri al" mexanizmi üzrə əldə edilən gəlirlər vergiyə cəlb edilməyəcək. Düzdür, 2023-cü və əvvəlki illərdə də bu gəlirlərə vergilər tətbiq olunmurdu, çünki dövlət bu sahədə təşviq siyasəti həyata keçirirdi. Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, həmin gəlirlərin vergidən azad olunması qanuniləşir və onun hüquqi bazası formalaşdırılır.
Bu da imkan verəcək ki, həmin gəlirlər növbəti ildən etibarən vergidən azad edilməsi Vergi Məcəlləsində öz əksini tapsın. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.
Mətləb