KÖHNƏ VERSİYA            

Ermənistanın yeni Ukrayna olacağı qətiləşdi...

Image

“Artıq hamı həm Ermənistanda, həm də xaricdə rəsmi İrəvanın xarici siyasət vektorunun dəyişdirilməsindən danışır. Bir çoxları bunun artıq başa çatmaqda olduğunu iddia edir, bəziləri isə hətta bu ehtimala şübhə ilə yanaşır. Amma xarici siyasətdə dönüşlə bağlı proqnozlar verməzdən əvvəl bəzi məqamlara nəzər salmaq lazımdır”. Bu fikirlər Ermənistanın “Aravot” qəzetində yer alıb.

Nəşr yazır ki, Ermənistan əhalisinin böyük əksəriyyəti və siyasi elitası bəyan edir ki, Rusiya Ermənistana və erməni xalqına xəyanət edib: “Bu vəziyyət, xüsusilə Qərb dövlətlərinin Ermənistana dəstəyi fonunda özünü büruzə verir. Ermənistanın rəsmi müttəfiqi olmayan və onun qarşısında heç bir öhdəliyi olmayan bir sıra Qərb dövlətləri hazırda Ermənistana kifayət qədər maddi, iqtisadi, siyasi və hərbi-texniki yardım göstərirlər. ABŞ və Avropa İttifaqı ölkələri Ermənistana milyonlarla dollar yardım edir, Fransa Ermənistanla hərbi və hərbi-texniki əməkdaşlıq haqqında saziş bağlayır, ABŞ Ermənistan ərazisində erməni-amerikan təlimləri keçirir, enerji sahəsində əməkdaşlığı müzakirə edir. Ermənistandakı Avropa müşahidə missiyasının imkanları artırılır, dialoq kontekstində ABŞ-Aİ üstəvisindəErmənistanın Avroatlantik inteqrasiya imkanlarını müzakirə olunur.  Ermənistan və Rusiyanın maraqlarının üst-üstə düşməməsi, bu iki ölkənin münasibətlərində gərginliyin olması mənzərənin yalnız yarısıdır. Onun digər yarısı isə Azərbaycan və Türkiyə ilə ortaq maraqlara arxalanan Rusiyanın davranışıdır. Elə ötən həftə Rusiyanın bir sıra departamentlərinin - Xarici İşlər Nazirliyinin, Kremlin nümayəndələri Qərbi Cənubi Qafqazda birtərəfli yanaşmada və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdə ittiham etdilər. Bu halda görünən odur ki, Rusiya getdikcə daha çox Ermənistana qarşı yönəlir”. Ermənistan müdafiə nazirinin sabiq müavini Artak Zakaryan qeyd edir ki, belə vəziyyətdə ölkəsi böyük güclərin tapdağına çevriləcək: “Rusiya prezidenti Vladimir Putinin yeni qərarla ordunun hərbi qulluqçularının sayını 1 milyon 320 minə qaldırması hərbi ekspertlər tərəfindən daha böyük müharibəyə hazırlıq kimi qiymətləndirilir. Putinin bu qərarı NATO blokunun genişlənməsilə Rusiyaya qarşı təhdidlərin artması ilə izah olunur. Belə ki, NATO Rusiya sərhədləri yaxınlığında qüvvələr toplamaqda, hava hücumundan müdafiə sistemlərini yerləşdirməkdə davam edir, həmçinin taktiki nüvə qüvvələrini gücləndirir. NATO-ya üzv ölkələrin ümumi hərbi büdcəsi 2023-cü ildə 13% artıb. Ümumilikdə, 2023-cü ildə dünya ölkələrinin birgə hərbi xərci 2,24 trilyon dollara çatıb. Bu onu göstərir ki, dünya mövcud məsələlərin hərbi yolla həlli variantına hazırlaşır. Bu o demək deyil ki, böyük müharibələr qaçılmazdır. Bu, həm də o deməkdir ki, yaxın gələcəkdə regional hərbi münaqişələr genişlənə bilər. Onda Ermənistanın çəkişmə meydanı olacağını indidən görmək mümkündür”.

Digər erməni politoloq Benyamin Matevosyan da olduqca bədbindir. O, Qərbin Ermənistanı müdafiə etməyəcəyini düşünür: “NATO baş katibi Yens Stoltenberq hesab edir ki, Qərb silah tədarükünü artırmasa, Ukraynanın vəziyyəti daha da pisləşə bilər. Onun fikrincə, Kiyev kritik vəziyyətdədir və hesab edir ki, pis xəbərlərə hazırlaşmaq lazımdır. Bəs bu, Ermənistan üçün nə deməkdir?

2022-ci ilin sentyabrında rus qoşunları Xarkov vilayətini, noyabrda Xersonu tərk etdilər və məhz bu dövrdə Paşinyan batan rus gəmisini tərk etmək qərarına gəldi. 10 noyabr sazişindən imtina edib, oktyabrın 6-da Praqada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı. Paşinyan, onun siyasi komandası, media və ona xidmət edən ekspertlərin bütün sonrakı xarici siyasət taktikası “Rusiya gəmisi batır” və “parlaq Qərb qatarına minmək lazımdır” ideyası ətrafında dövr etdi. İndi məsələ Ukrayna cəbhəsindəki vəziyyətin, Rusiya ətrafında və diplomatik sahədə dönüş nöqtəsindən sonra Paşinyanın davranışının necə olacağıdır. Məsələ ilk baxışdan göründüyündən qat-qat ciddidir. Bütün ölkənin və Ermənistanın hər bir sakininin təhlükəsizliyi bundan asılıdır. Və bu mübaliğə deyil. Paşinyanın 2022-ci ilin payızında aqressiv və açıq şəkildə həyata keçirməyə başladığı strateji kurs təkcə gülünc deyil, həm də təhlükəli görünür. Ermənistan hakimiyyəti, obrazlı desək, artıq çoxdan getmiş “qatara” minmək istəyir. İmperatorluğun xarabalıqları altında qalmaq istəməyən şəxs ölkəni öz əli ilə bilərəkdən çıxılmaz vəziyyətə saldı”. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov isə bildirir ki, Qərbdən, xüsusən də onun Cənubi Qafqazdakı fəaliyyətindən yaxşı heç nə gözləməyə dəyməz: “Görürük ki, hazırda Fransa Ermənistana hərbi texnika verir, silah vermək niyyətindədir, Böyük Britaniya ilə də bəzi razılaşmalar var. Onlar sadəcə yaşamaq üçün pul versəydilər, eybi yox. Amma silah verirlər. Sual budur: onlar nə üçün silahla təmin edirlər? Qərb bunu regionda eskalasiya və gərginliyi artırmaq üçün edir. Qərb dünyanın istənilən yerində oxşar ssenarini həyata keçirir. Onlar üçün bu gün Rusiyanın ətrafında alışdırmaq istədikləri bir neçə “qaynar nöqtə” var. Son illərdə Ermənistan və Azərbaycan sərhədləri boyunca Qərbin düşməni olan İrandır. Və bu gün Ermənistan vasitəsilə Qərbin Rusiya və İranı müşahidə etmək imkanı var. Ona görə də Ermənistanda ABŞ-ın ən böyük səfirliyi fəaliyyət göstərir. Bu vəziyyətdə Ermənistan Rusiyaya və İrana qarşı alət kimi çıxış edir. Ermənistan üçün Ukrayna ssenarisinin variantı hazırlanır. Ermənilər başa düşməlidirlər ki, onların nə Aİ ölkələri ilə, nə də Amerika ilə sərhədləri var ki, bir növ bu kartı oynamağa cəhd etsinlər. Sadəcə olaraq, bu cür hərəkətləri ilə dövlətlərini böyük təhlükə qarşısında qoyurlar. Onları dərhal dayandırmaq lazımdır”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031