şənbə günü, 09 may 2026
     

Azərbaycan hansı halda Ermənistandan "ziyanın əvəzinə ərazi" tələb edə bilər?

Image


"Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaqdır". Bu sözləri prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq işləri ilə bağlı danışarkən deyib.

Dövlət başçısı diqqətə çatdırıb ki, infrastruktur layihələri çox geniş miqyas alıb, 3 min kilometr avtomobil yolu inşa edilib: "Ümumi layihələrin içində 45 tunel nəzərdə tutulur və bu tunellərin uzunluğu 70 kilometrdir, – yəni, o dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil, – 450 körpünün inşası nəzərdə tutulur. Dəmir yolları, iki beynəlxalq hava limanı istifadəyə verilmişdir. Enerji potensialı gücləndirilir və üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verilmişdir və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Yəni, bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır". Beləliklə, Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına milyardlarla dollar vəsait   xərcləyir. Ölkəmizə bu həcmdə ziyan vuran Ermənistandır, lakin sözügedən ölkə hələ də bu zərəri kompensasiya etmir. Ermənistan Azərbaycana həm maddi, həm də mənəvi zərər vurub. Ölkənin sərvətlərindən işğal zamanı uzun illər  istifadə edərək, gəlir qazanıb, ərazilərimiz talanıb. Bütün bunlara görə əvəz ödəməlidir. İşğal dövründə ərazilərimizdə olan bütün infrastruktur, evlər, inzibati və sosial binalar tamamilə dağıdılıb, məhv edilib. Ermənistanın vurduğu ziyanın nəticələri və fəsadları indi də özünü göstərir. Davam edən mina təhlükəsi buna konktet nümunədir. Problemin kökündən həll edilməsi məqsədilə Azərbaycan tərəfi dəfələrlə Ermənistana mina xəritələrinin təqdim edilməsilə bağlı müraciət etsə də, hələ də heç bir müsbət cavab verilməyib.

Çoxsaylı tarixi-mədəni abidələrin məhv edilməsi də Azərbyacana vurulan ziyanın təzahürləridir. Onu da qeyd edək ki, beynəlxalq hüquqda silahlı münaqişə qurbanlarına ədalətin təmin edilməsi üçün  təcavüzkar dövlətin qarşısında üç fərqli komponent tələb olunur: hüquqi məsuliyyət, həqiqətlərin etirafı və zərərin ödənilməsi. Ümumiyyətlə, hərbi münaqişələrdən sonra vurulan ziyanı ödəmək üçün ölkələr qarşısında öhdəlik yaradan xeyli   hüquqi aktlar  da var. 16 dekabr 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Pakt, 14 may 1954-cü il tarixli "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyası, 19 dekabr 1954-cü il tarixli Avropa Mədəniyyət Konvensiyası, 16 noyabr 1972-ci il tarixli YUNESKO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" Konvensiyası və digər beynəlxalq sənədlər tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi, onlardan istifadə və ümumilikdə insanların mədəni hüquqlarının müdafiəsi ilə bağlı müddəaları təsbit edir. Indi bunlar əsasında Ermənistanın Azərbaycana işğalla vurduğu zərərin əvəzini ödəməsi olduqca mühümdür.

O da faktdır ki, təzminat məsələsi beynəlxalq müstəvidə qəbul olunmalıdır. Belə təzminatın alınması üçün Azərbaycanın əlində lazımi qədər faktlar, sübutlar var. Müvafiq qərar çıxarıldıqdan sonra qarşı tərəf ödəyə bilməsə, məbləğ onun üzərində qalır. Ermənistanın mülkinə, aktivlərinə o iddiaları tətbiq etmək mümkündür. Lakin təzminatı ərazisinin müəyyən hissəsi ilə ödəmək də mümkündür. Məsələ ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edir ki, birbaşa danışıqlar olarsa, ərazi kompensasiyası da daxil olmaqla, müxtəlif qərarlar qəbul oluna bilər: "Təzminat məsələsi beynəlxalq məhkəmələr vasitəsi ilə həllini tapacaqsa, digər variantlar mümkün olmayacaq. Yəni beynəlxalq məhkəmələr yalnız hansısa məbləğdə təzminatla bağlı qərar qəbul edə bilər. Əgər təzminat məbləğinin ödənişi mümkün olmayacaqsa, ikinci mərhələdə Ermənistan müxtəlif variantları təklif edə bilər. Başqa sözlə, Ermənistan görsə ki, tələb olunan təzminat məbləği böyükdür, danışıqlar vasitəsilə torpaq kompensasiyası gündəmə gələ bilər. Beynəlxalq təcrübədə ərazi məsələsi ilə əlaqədar danışıqlar olub. Məsələn, Uzaq Şərqdə dənizə çıxış əldə etmək istəyən Çin SSRİ-yə hansısa torpaqları dəyişmək təklifi verirdi. Yəni beynəlxalq təcrübədə belə hallar var. Amma öncə bu mövzu gündəmə gətirilməlidir". Tofiq Zülfüqarov deyib ki, Azərbaycan və Ermənistan arasında hazırda sülhlə bağlı çərçivə prinsiplər sazişi ilə əlaqədar danışıqlar aparılır: "Daha sonra konkret mövzularda danışıqlar davam etdiriləcək. Çünki məlumdur ki, delimitasiya və demarkasiya prosesinin yekun mərhələsində sərhəd, kommunikasiya mövzusu tam şəkildə həllini tapa bilər. Bunun ardınca isə humanitar məsələlər aktual mövzuya çevrilir. Humanitar mövzuda müxtəlif məsələlər öz həllini tapmalıdır. Bunlardan birincisi siyasi məsuliyyətdir. Yəni münaqişə baş verib və burada siyasi məsuliyyəti kim daşıyır, bu, mütləq çərçivə sazişdə əksini tapmalıdır. Ona görə ki, Ermənistan dövlət olaraq Azərbaycana qarşı rəsmən ərazi iddiaları irəli sürüb, torpaqlarımızı işğal edib, ərazimizdə etnik təmizləmə aparılıb, dağıntılara yol verilib, dövlətimizə, insanlarımıza ziyan dəyib. Danışıqlar yolu ilə Ermənistan dövlət olaraq öz məsuliyyətini qəbul edərək Azərbaycana təzminat verə bilər. Məsələn, Almaniya faşizmə görə məsuliyyəti üzərinə götürüb, dövlət olaraq müxtəlif dövlətlərə, insanlara təzminat ödəyib. Təzminat ödənişi prosesi yaxın vaxtlara qədər davam edib". Sabiq xarici işlər naziri qeyd edib ki, əgər Ermənistan danışıqlar yolu ilə təzminat ödəməyi qəbul etməsə, Azərbaycan dövlət olaraq Ermənistanı beynəlxalq məhkəməyə verə bilər: "Eyni zamanda Azərbaycan vətəndaşlarının da hüquqları var ki, işğal nəticəsində onlara dəymiş ziyanlarla bağlı müxtəlif məhkəmə instansiyalarına müraciət etsinlər. Beləliklə də, bunu sübut edərək Ermənistan dövlətindən dəymiş ziyanın ödənilməsini tələb etsinlər".

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

Avropa Azərbaycanda "Yelo Bank"a sanksiyanı niyə tətbiq edib? - Mərkəzi Bank da bilmir niyə?..

SON XƏBƏRLƏR

08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...

08.05.2026 / 21:22
Fransa Hindistandan Gürcüstana Ermənistan üzərindən dəhliz çəkir...

08.05.2026 / 20:45
Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...

08.05.2026 / 20:07
Rusiya XİN Paşinyandan qisas alınacağını rəsmi bəyan etdi... “Zelenski...”

08.05.2026 / 19:44
Gənc istedadın ilk fərdi sərgisi açıldı - FOTO

08.05.2026 / 19:18
ABŞ Ukrayna müharibəsində vasitəçilikdən imtina edir – danışıqlar dalana dirənib...

08.05.2026 / 18:59
İran Hörmüz boğazında nəhəng neft tankerini ələ keçirdi...

08.05.2026 / 18:41
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

08.05.2026 / 18:25
Bakı Təşəbbüs Qrupunun hesabatı BMT-ni hərəkətə keçirdi - Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edildi...

08.05.2026 / 18:02
Mingəçevir Dövlət Universitetində “MSU First Green Sports Festival”a hazırlıq işləri yekunlaşmaq üzrədir

08.05.2026 / 17:50
Tramp İranın “atom bombası məsələsində” Roma papasını açıq şərlədi...

08.05.2026 / 16:58
Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: - “Bir Süfrədə Miras”

08.05.2026 / 16:57
ABŞ-ın İranla müharibəsi Rusiyanı çökdürür...

08.05.2026 / 16:46
Rusiya “İranın ağzından" Ermənistanı hədələməyə başladı...

08.05.2026 / 16:06
ABŞ-da bir banka zəng vuran Roma Papası şoka düşdü - "filiala gəl" deyib, telefonu üzünə bağladılar...

08.05.2026 / 15:33
Cəsur oğullar vətəni elə vəsf edirlər ki...

08.05.2026 / 15:15
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi

08.05.2026 / 14:46
Dünya Putinin 9 mayını boykot etdi...

08.05.2026 / 14:32
Etibarsız nikah hansı halda etibarlı sayıla bilər? - Ali Məhkəmədən qərar...

08.05.2026 / 14:18
Rusiyanın “1-ci” kanalından Azərbaycana qarşı təxribat - Rəsmi Bakı Moskvadan izahat istədi...

08.05.2026 / 13:55
Tramp Pekinə əlində İranla razılaşma (?) sənədi ilə getmək istəyir - maraq nədir...

08.05.2026 / 13:46
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNƏ BAXIŞI

08.05.2026 / 13:45
Hindistanla Pakistan müharibə ərəfəsində... Düz bir il ötdü...

08.05.2026 / 13:27
Türkiyənin 3 düşməni məkrli plana başladı - vaxtilə İran və İraqa da bunu edirdilər...

08.05.2026 / 13:26
Kreml Almaniyanın dövlət kimi mövcudluğunu qanunsuz elan etdi...

08.05.2026 / 13:06
Səhiyyə Nazirliyindən hantavirusla bağlı açıqlama....

08.05.2026 / 12:50
ABŞ şahzadə Salmanı "Sultan inadından" necə döndərdi...

08.05.2026 / 12:50
Tramp İrana sərt xəbərdarlıq etdi - razılaşmanı imzalamasalar...

08.05.2026 / 12:37
Ermənistanda müxalifətlə iqtidarın "göbələk davası" başlayıb...

08.05.2026 / 12:30
DƏNİZ, MUSİQİ, SÖZ SƏLTƏNƏTİNDƏN YARANAN POEZİYA

08.05.2026 / 12:24
Nazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.05.2026 / 12:21
"Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur" Prezident

08.05.2026 / 12:19
Xudatda əvvəllər işlədiyi elektronika mağazasını soyan şəxs tutuldu

08.05.2026 / 12:18
Hörmüz boğazından keçən gəmilər SEPAH- ın 40 sualına dəqiq cavab verməlidir... “Yalan məlumat verilsə...”

08.05.2026 / 12:15
Prezident İlham Əliyev Roma Papası XIV Leonu Tacqoyma Günü münasibətilə təbrik edib

08.05.2026 / 12:02
MAQATE İranın zənginləşdirilmiş uranı harada gizlətdiyini bilir...(?)

08.05.2026 / 12:00
Qanunsuz mərc oyunları ilə xaricə ötürülən milyardlarda iri məmur əli var...

08.05.2026 / 11:55
Fransada uşaqları əllərindən alınan ailə 9 ay sonra övladlarını qovuşdu...

08.05.2026 / 11:46
Rusiya XİN Avropa Parlamentinin Azərbaycan qətnaməsinə bicliklə eyham vurdu...

08.05.2026 / 11:33
At DNT-si tapılmış “Alp Delux” restoranına niyə cinayət işi açılmadı...

08.05.2026 / 11:17
ABŞ ilə İran 30 günlük Memorandum imzalamağa hazırlaşır...

08.05.2026 / 11:10
ABŞ kəşfiyyatından Trampın “bitdi” dediyi İran ordusu ilə bağlı ŞOK İDDİA – 40 günlük bombardman və blokada işə yaramadı...

08.05.2026 / 11:01
Azərbaycan nefti 105 dollara düşdü...

08.05.2026 / 10:46
Trampdan Avropa İttifaqına ticarət ultimatumu - 4 iyula qədər vaxtınız var...

08.05.2026 / 10:33
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq

08.05.2026 / 10:18
İsrail səfiri Albert Aqarunovun məzarını ziyarət etdi

08.05.2026 / 10:08
Türk Dünyasının geosiyasi düşüncə sahəsində azərbaycanlı alim

08.05.2026 / 09:46
İşçiləri müqaviləsiz çalışdıran tikinti şirkətlərinə 92 min cəza kəsildi...

08.05.2026 / 09:38
İnsan alverilə bağlı 10 nəfər İnterpol xətti ilə axtarışa verildi...

08.05.2026 / 09:15
“Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verildi

08.05.2026 / 08:58
İrana gecə hücumu - ABŞ Bəndər Abbası və Qeşm adasını vurdu...

08.05.2026 / 08:30
Ağdam və Xocavəndə növbəti köç karvanları yola salındı

07.05.2026 / 22:18
Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

07.05.2026 / 21:30
Nyu-Yorkun müsəlman merinin anti-Azərbaycan çıxışının əsl səbəbi...

07.05.2026 / 20:48
Türk-Müsəlman dünyasına/Osmanlı Türkiyəsinə qarşı XX əsri “paslanmış hay silahları”...

07.05.2026 / 20:35
Şərəfli ömür yolu...

07.05.2026 / 20:02
“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

07.05.2026 / 19:38
Makron İlham Əliyevin Ermənistan barədə daha əvvəllər dediklərini təsdiqlədi... “Forpost”...

07.05.2026 / 19:20
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verildi

07.05.2026 / 19:14
Tramp Ukraynaya uzaqmənzilli raket satışına başlayır - sensasiya, nə baş verir...

07.05.2026 / 18:42
“ABŞ-İran prosesini Çin idarə edir” - iddianın əsasları var?...

07.05.2026 / 18:28
Yaxın müttəfiqi Trampın planlarını alt-üst etdi – İrana qarşı "Azadlıq" əməliyyatının dayandırılmasının pərdəarxası açıldı...

07.05.2026 / 18:07
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirildi - FOTO

07.05.2026 / 17:34
Üç ölkə hərəkətə keçdi: Zəngəzur dəhlizinin alternativi yaradılır – AÇIQLAMA

07.05.2026 / 17:29
8 avqust Vaşinqton sənədi də Avroparlamentin anti-Azərbaycan siyasətini dəyişdirmədi - niyə?

07.05.2026 / 17:18
Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

07.05.2026 / 17:09
"Yada düşdü" jurnalının növbəti sayı işıq üzü görüb

07.05.2026 / 17:01
Moskvanı Avropaya dəyişdiyinə görə Ermənistanı gözləyən dəhşətlər...

07.05.2026 / 16:54
Şəhid mayor Anar Novruzovun xatirəsinə həsr olunmuş güllə atıcılığı turniri keçirildi

07.05.2026 / 16:48
Paşinyan-Makron sazişinin hədəfi - hərbi potensialı 15 faizdən yuxarı çıxarmaq...

07.05.2026 / 16:11
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM

07.05.2026 / 16:09
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

07.05.2026 / 16:08
Gender bərabərliyinin təmini məqsədilə əməkhaqqına dair yeni tələb müəyyənləşib

07.05.2026 / 16:07
"Bakı Metropoliteni", "BakuBus" və "Bakı Taksi Xidməti" birləşdirildi

07.05.2026 / 16:05
Erməni müxalifəti Paşinyanın 2028-ci ildə Bakıya gəlmək bəyanatından çox qəzəbləndi -səbəb...

07.05.2026 / 14:10
Avropa Azərbaycanda "Yelo Bank"a sanksiyanı niyə tətbiq edib? - Mərkəzi Bank da bilmir niyə?..

07.05.2026 / 13:33
AYİB Zəngəzur dəhlizinin Naxçıvan hissəsinin maliyyələşdirilməsinə qoşula bilər

07.05.2026 / 13:21
Tramp İrana qarşı əməliyyatın ikisindən də imtina etdi - müharibə bitmiş sayıla bilər...(?)

07.05.2026 / 13:07
Xəzərdə 7 kiloqrama yaxın narkotik dövriyyədən çıxarıldı

07.05.2026 / 12:52
Trampın növbəti şübhəli əməliyyatı - "Hörmüzsüz blokada" az uğurlu görünür...

07.05.2026 / 12:22
Rubionun “Əzəmətli qəzəb” bitdi” bəyanatı Trampa təzyiq idi?..

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ