KÖHNƏ VERSİYA            

Azərbaycandan Avropaya "yaşıl hidrogen" ixracı layihəsi başladı...

Image

Azərbaycanda alternativ enerji mənbələrindən əldə edilən “yaşıl enerji”nin “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi ilə Avropaya nəql edilməsi getdikcə daha çox diqqət cəlb etməkdədir. Ilkin mərhələdə külək elektrik enerjisini Avropaya çatdıracaq bu dəhlizin həyata keçməsi üçün Azərbaycanın yüksək bərpaolunan enerji potensialı var. Hesablamalar göstərir ki,  “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsinə böyük ehtiyac var və gələcəkdə bu ehtiyac daha da artacaq. İlk növbədə o baxımdan ki, sözügedən dəhliz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacaq.

Qeyd edək ki, energetika naziri Pərviz Şahbazov Almaniyanın Hamburq şəhərində keçirilən “Wind Energy Hamburg” Konfransı çərçivəsində “İnvestisiyalar və qlobal əməkdaşlıq” panelində əsas məruzəçi kimi çıxışı zamanı bu məsələyə geniş şəkidə toxununb: “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi 2040-cı ilədək elektrik enerjisinə tələbatın 50 % artması, hidrogen idxalı ilə bağlı planlar və enerji təhlükəsizliyi baxımından Avropa İttifaqının strateji marağında olan layihədir. Azərbaycan təhlükəsiz iqlimli və enerji təminatlı gələcək üçün bərpa olunan enerjini unikal və effektiv həll olaraq qəbul etdiyini özünün 2030-cu ilədək olan transformativ inkişaf strategiyası və “yaşıl enerji”ni prioritetləşdirən yeni enerji siyasəti ilə təsdiqləyib. Azərbaycanın regionda bərpa olunan enerji sahəsində investisiya və qlobal əməkdaşlığı uğurla təmin və təşviq edən ölkədir. Münbit sərmayə və əməkdaşlıq mühiti sayəsində 2 qiqavat gücündə “yaşıl enerji” layihələrimiz beynəlxalq investorlar tərəfindən maliyyələşdirilir. 2 milyard ABŞ dolları civarında investisiya və dünyanın aparıcı enerji şirkətləri ilə tərəfdaşlığımız imkan verir ki, 2027-ci ilə bərpa olunan enerjinin quraşdırılmış gücdə payını 33 %-ə yüksəldək. Bu məqsədlə bu elektrik stansiyalarının şəbəkəyə vaxtında və problemsiz inteqrasiyası üçün şəbəkənin gücləndirilməsinə Avropa Yenidərqurma və İnkişaf Bankı, Dünya Bankı ilə yanaşı, dövlətin də maliyyə dəstəyi cəlb olunub”. Bununla yanaşı, iştirakçılara Xəzər dənizinin 157 qiqavatlıq külək enerji potensialı əsasında 2037-ci ilədək beynəlxalq enerji şirkətləri ilə mərhələlərlə həyata keçiriləcək 18 qiqavatlıq elektrik enerjisi, “yaşıl hidrogen” və “yaşıl ammonyak”ın istehsalı, həmçinin üç “yaşıl enerji dəhlizi” layihələri barədə məlumat verilib. Həmçinin dənizdə külək enerjisi stansiyaları üçün avadanlıq istehsalı, hidrogen, enerji saxlama sistemləri, “yaşıl enerji” dəhlizi layihəsi, elektrik enerjisi axınının optimallaşdırılması üçün Avropanın elektrik enerjisi istehlakçılarının Azərbaycanda istehsal olunan külək enerjisi ilə əlaqələndirilməsi üzrə geniş əməkdaşlıq imkanları Avropa Külək Enerjisi Assosiasiyası və alman şirkətləri ilə tərəfdaşlığı inkişaf etdirmək aspektində diqqətə çatdırılıb.

Azərbaycanın Avrasiya miqyaslı “yaşıl enerji” fəaliyyətinin COP29-un dünyada “xalis sıfır”a nail olmaq üçün darboğazların aradan qaldırılmasını hədəfləyən enerji təşəbbüslərini formalaşdırdığı da tədbirdə diqqət mərkəzində yer alıb. Bildirilib ki, 2030-cu ilədək regionlararası “yaşıl enerji” bağlantılarının qurulmasını, qlobal enerjinin saxlanılması potensialının altı dəfə artırılaraq 1500 qiqavata çatdırılmasını, 2040-cı ilə kimi 80 milyon kilometrdən çox enerji şəbəkəsinin ümumi şəbəkə sisteminə əlavə edilməsini və ya təmir edilməsini, hidrogen sənayesinin inkişafını nəzərdə tutan “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyi”, “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi”, həmçinin “Hidrogen Bəyannaməsi” təşəbbüsləri investisiya axınını artıracaq. Bununla yanaşı, Azərbaycan diqqəti ona da yönəldir ki, hazırda Mərkəzi Asiya ölkələrinin də böyük külək və günəş enerjisi potensialı var. Bu regiondakı dövlətlər də istehsal etdikləri “yaşıl enerji”ni “Xəzər-Qara dəniz-Avropa” dəhlizi ilə ixrac edə bilərlər. Bu istiqamətdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında danışıqlar aparılır və artıq müəyyən razılıqlar da var. Bütün bunlar Avropada böyük maraqla qarşılanır. Hətta artıq  İtaliyanın “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi vasitəsilə Azərbaycandan “yaşıl enerji”nin təchiz edilməsinə maraq göstərdiyi də bəllidir. Belə ölkələrin sayının artması gözlənilir. Amma ilk mərhələdə Rumıniya, Bolqarıstan və Macarıstan Azərbaycanın “yaşıl enerji”sini idxal edə biləcəklər. Hazırda ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, “yaşıl” enerji təchizatçısına çevrilməyi planlaşdırır. Çünki Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Xəzər regionundan Avropa İttifaqı ölkələrinə Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsi 4 qiqavata qədər “yaşıl enerji”nin ötürülməsini asanlaşdıracağı gözlənilir. Eyni zamanda, bu layihə ilə yanaşı, Xəzər regionundan Aİ-yə “yaşıl” hidrogenin çatdırılması üçün sistemin yaradılması da diqqətdə saxlanılır. Artıq Xəzər dənizindən Qara dənizə, oradan da Avropaya istiqamət götürəcək bu layihənin texniki-iqtisadi əsaslandırılması başa çatıb. Qeyd edək ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutan saziş imzalanıb. Əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000 meqavatt gücündə “Black Sea Energy” sualtı elektrik kabelinin inşası gözlənilir. 

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031