KÖHNƏ VERSİYA            

"Aclığa və soyuqdan donmağa hazır olun" - Ermənistana xəbərdarlıq edildi...

Image

Sirr deyil ki, son illər sürətlə formalaşan yeni dünya nizamı qlobal oyunçuların strateji nəqliyyat arteriyalarına çıxış əldə etmək istəyinin daha qabarıq formada özünü büruzə verməsilə müşayiət edilir. Ukraynada müharibənin başlaması ilə Rusiya Federasiyasından Qərbə ticarət və nəqliyyat yollarının bağlanması Şərq və Cənub istiqamətlərində yeni ticarət tərəfdaşları və bazarlar axtarışını rəsmi Moskva üçün prioritet məsələyə çevirdi. Hazırda Zəngəzur dəhlizi bu prosesdə ən mühüm layihələrdən biri hesab olunur. 

Qeyd edilənlər fonunda son illər Rusiyanın Ermənistana inamsızlığını və Ermənistanın Qərb strukturlarına yaxınlaşmasını da nəzərdən qaçırmaq olmaz. Məhz Qərb ölkələrinin dəstəyi ilə Nikol Paşinyan hökuməti nəqliyyat kommunikasiyalarının onun nəzarətində olmasında israrlıdır. Hazırda Ermənistanda özünü siyasi və hərbi cəhətdən gücləndirməyə çalışan Qərb Zəngəzur dəhlizinə nəzarəti öz əlinə almaq istəyir, bununla da Rusiyanın yeni regionlara çıxış prosesini əngəlləməyə çalışır. Belə vəziyyətdə Ermənistanın Qərb tərəfindən qurban olaraq seçilməsi də diqqətdən yayınmır. Əslində, bu reallıq İrəvanda da yaxşı sezilir. Ermənistanın “Past” qəzeti yazır ki, ABŞ başda olmaqla, Qərbin Cənubi Qafqazdakı maraqları, Ermənistanın suverenliyi və ərazi itkiləri bahasına olsa belə, ölkəni böyük geosiyasi oyunçular arasında münaqişə mərkəzinə çevirməkdir. Erməni nəşri bildirir ki, son zamanlar ABŞ mediası və ekspert dairələri Cənubi Qafqaza maraqlarını artırıb: “Diqqətçəkən məqam budur ki, bu nəşrlərin konteksti əsasən eynidir. Məsələn, bu yaxınlarda Amerika nəşrlərindən birində “Supergüclərin rəqabəti Qafqaza daxil olur” başlıqlı məqalə dərc olunub. Bu nəşr ona görə diqqət çəkir ki, müəllifləri Donald Trampın prezidentliyi dövründə yüksək vəzifələrdə çalışmış bir adamın rəhbərlik etdiyi tanınmış amerikalı ekspertlərdir. Söhbət Dövlət Departamentinin baş müşaviri və müdafiə nazirinin köməkçisinin müavini olmuş Uilyam Volfdan gedir. Təhlil Ermənistanın KTMT-dən çıxması və Qərbə inteqrasiyası ilə bağlıdır. Analizdə KTMT-dən çıxmaq yaxın gələcəkdə baş verəcək hadisə və reallıq kimi dəyərləndirilir. Qeyd olunur ki, ABŞ bu məsələdə Ermənistana ciddi dəstək verməlidir. Ancaq diqqəti çəkən odur ki, KTMT-dən çıxıb Qərbin qucağına düşməyin Ermənistana nə gətirəcəyindən, demək olar ki, heç bir söz yoxdur. Əvəzində ABŞ-a nə veriləcəyi, yəni ABŞ-ın nəyə ehtiyacı olduğu ətraflı təsvir olunur. Belə çıxır ki, bu, mütləq olmalıdır.  Müəlliflərin fikrincə, Ermənistanın geri çəkilməsi və Qərbə üz tutması ABŞ-a regionda öz mövqelərini gücləndirmək üçün əvəzolunmaz fürsət yaradacaq, bu da Amerikanın uzunmüddətli maraqlarına fayda verəcək. Vurğulanır ki, Ermənistanın Qərb sıralarına cəlb edilməsi ABŞ-a Rusiyanın cənub sərhədlərində real təhlükəni qoruyub saxlamağa və Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu zərərsizləşdirməyə imkan verəcək.

Müəlliflərə görə, bütün bunlar Çinin regionu “Bir Kəmər, Bir Yol” projesi çərçivəsində birləşdirmək planlarını çətinləşdirməyə, həmçinin bölgənin Türkiyədən asılılığını azaltmağa imkan verəcək. Bir sözlə, amerikalılar Ermənistanın maraqları və təhlükəsizliyinin yer almadığı öz maraqlarını daha açıq və aydın şəkildə bəyan edirlər. Amerikanın maraqları Ermənistanı, suverenliyi və ərazi itkiləri bahasına olsa belə, Ermənistanı böyük geosiyasi oyunçular arasında münaqişə mərkəzinə çevirməkdir”. Belə vəziyyətdə Ermənistanın üzləşəcəyi fəlakətlər də Qərbi maraqlandırmır. Bunu erməni politoloq Stepan Danielyan da xüsusi olaraq vurğulayır: “Ermənistan hökuməti və onun beynəlxalq tərəfdaşları xəbərdarlıq edirlər ki, bir neçə soyuq qışa və hətta aclığa hazırlaşmalıyıq. Biz hansı fəlakətə və ya nəyə hazır olmalıyıq? Cavab bəllidir, nəhayət, Rusiyanın təsirindən qurtulmaq üçün rus qazından imtina etməliyik, bizə eyham vururlar. Nəyə görə? İlk növbədə hərbi əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin açılması xatirinə. Bu da təsadüfi deyil, Rusiyadan da eyham vururlar ki, təkcə qazla qurtula bilməyəcəksiniz, taxılın 90 faizini də bizdən idxal edirsiniz”. Danielyan hesab edir ki, bu durum başlamamış Ermənistandan kənara kütləvi köç başlayacaq: “Qayıdaq soyuğa, qaranlığa, aclığa. Əgər 90-cı illərdə niyə  məhrumiyyətlərə məruz qaldığımızı bilirdiksə və əhalinin böyük hissəsi bu sınaqlara dözürdüsə, yüz minlərlə insan gedirdisə, indi bütün bunların təkrarlanmasına niyə hazırlaşdığımız bəlli deyil. Bu dəfə çox adamın Ermənistanda qalma ehtimalı yoxdur”. Qərb onu da nəzərə almaq istəmir ki, Moskvanın erməni dövlətində təsir mexanizmləri kifayət qədər boldur və demək olar ki, bütün sahələrdə Rusiyadan asılıdır. Üstəlik, bu asılılığı qısa müddətdə aradan qaldırmaq mümkün görünmür. Burada bir fakt da xüsusi vurğulanmalıdır ki, planları əsasən Ermənistan ətrafında qurub həyata keçirməyə çalışır. Bu zaman regionun lideri Azərbaycanın maraqlarını nəzərə almamaq, digər geosiyasi amilləri gözardı etməyin nəticəsi olaraq da İrəvan Qərbin siyasi dairələrini kifayət qədər mürəkkəb geosiyasi böhranla üz-üzə qoyub. Bütün bunlardan ən çox zərər görən tərəf isə Ermənistandır.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031