KÖHNƏ VERSİYA            

“Böyük Qayıdışın” içində azad rayonlara milli dəyərlərimiz də qayıdır...

Image

Torpaqlarımız işğaldan azad edildikdən sonra “Böyük Qayıdış” proqramı hazırlanıb icra edilməyə başladı.

Böyük Qayıdış İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Qarabağın işğaldan azad edilmiş hissəsini və Şərqi Zəngəzuru bərpa etmək və bu ərazilərin yerli sakinləri olan azərbaycanlıları geri qaytarmaq prosesinə verilən addır.  Bu layihəyə dağılmış şəhərlərin və binaların yenidən qurulması, ağıllı kəndlərin, eləcə də hava limanlarının tikintisi daxildir.

2026-cı ilə qədər Böyük Qayıdış proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun 3 şəhərində (Laçın, Füzuli, Şuşa) və 4 kəndində azərbaycanlıların məskunlaşdırılması təmin edilib. Zəngilanın Ağalı kəndi azərbaycanlıların işğaldan sonra məskunlaşdığı ilk yaşayış yeridir. 10 may 2024-cü il tarixindən etibarən, keçmiş Laçın dəhlizinə daxil olan 3 yaşayış məntəqəsində də (Laçın, Zabux və Sus) azərbaycanlıların məskunlaşdırılması təmin edilib və proses davam edir.

“Böyük Qayıdış” çərçivəsində qədim Azərbaycan şəhəri Xocalıda da məskunlaşdırma qismən həyata keçirilib, Xankəndi şəhərində də bu proses davam etdiriləcək, keçmiş məcburi köçkünlər öz evlərinə dönəcəklər. 

Azad ərazilərə  “Böyük Qayıdış” özü ilə xalqımızın qədim toy və yas adətlərini də daşıyıb aparır. Öz yurdlarında məskunlaşan vətəndaşlarımız toy adətlərimizi bərpa ediblər. İndiyə qədər əhalinin məskunlaşdığı azad rayonlarda bir neçə toy məclisi təşkil edilib. 

İşğaldan azad edilmiş ərazilərdə ilk toy təxminən 7 ay əvvəl Zəngilanda baş tutdu və 30 ildən sonra zəngilanlılar öz yurdlarında toy səsi eşitdilər. Bundan başqa yerlərdə də toy məclisləri qurulub. Bir neçə gün əvvəl isə işğaldan azad edildikdən sonra Xankəndidə ilk Azərbaycan toyu keçirildi. Bir vaxtlar mənfur ermənilərin toy-büsat qurduğu yurdlarımızda indi öz vətəndaşlarımız toy edirlər. O torpaqlar yağıya qalmadığı kimi, ö bölgənin toy adətləri, yas mərasimlərin keçirilməsi qaydaları da sıradan çıxmadı. İnsanlarımız o bölgənin adət-ənənələrinə uyğun toy mərasimləri keçirirlər. Toy adətlərimizin azad ərazilərdə bərpası o deməkdir ki, biz öz milli-mənəvi dəyərlərimizə, yerli adətlərə sahib çıxmağı, onları yaşatmağı bacarırıq. 

“Bunun həm mənəvi, həm tarixi əhəmiyyəti böyükdür” 

"Türk Dünyası İnfo" İctimai Birliyinin sədri Dəyanət Osmanlı “Bakı-Xəbər”ə bildirdi ki, qədim Oğuz yurdu Qarabağda və Şərqi Zəngəzurda toy və yas məraismlərinin bərpası, yerli adətlərə uyğun keçirilməsi çox mühüm məsələdir. D.Osmanlı hesab edir ki, hər bir xalq öz milli adət-ənənələri, mənəvi, mədəni dəyərləri, folkloru, etnoqrafiyası ilə özünü diri saxlaya bilir. O, bildirdi ki, toy adətləri etnoqrafiyamızın ən mühüm qollarından biri kimi öz ənənələri ilə seçilir. D.Osmanlı qeyd etdi ki, 28-30 ildən sonra azad ərazilərdə toyların keçirilməsi çox mühüm məsələdir və bu adətlərin bərpası bizim xalqa olaraq haqqımızdır. “Qarabağa və Şərqi Zəngəzura qayıdış, bu istiqamətdə “Böyük Qayıdış” proqramının həyata keçirilməsinin bütün mənalarda böyük əhəmiyyəti var. “Böyük Qayıdış”ın mahiyyəti sadəcə keçmiş məcburi köçkünləri öz evlərinə, yurd-yuvalarına qaytarmaq deyil, həm də onlarla bərabər bütün toy və yas, mərasim adətlərinin, bayram ənənələrinin geri qayıtması, bərpa olunmasıdır. Bunun həm mənəvi, həm tarixi əhəmiyyəti böyükdür. Bu gün əhalinin məskunlaşın nəticəsində xalqın adətləri bərpa olunur, orda toy, yas mərasimləri keçirilir. Milli bayramlar qeyd ediləcək. Bu yerlərdə həyat tamamilə özünə qayıdır. Bu isə xalqın özünə, öz mədəniyyətinə, adət-ənənəsinə bağlılığından keçən hadisədir. 

Təsəvvür edin ki, o torpaqlar 30 ilə qədər işğal altında qalıb və işğalçı qüvvələr bu xaqlın bütün varidatını dağıdıb, ev-eşiyini talan edib, yurdunu, torpağını viran qoyub, amma bu 30 ildə o camaat öz inancını, adət-ənəsini saxlayıb, qoruyub, mühafizə edib. Bu əsas məsələlərdən biridir”.

“Məskunlaşma gedən azad rayonlarda, kəndlərdə biz öz adətlərimizi bərpa etməklə...” 

D.Osmanlı bildirdi ki, “Böyük Qayıdış” keçmiş məcburi köçkünlərin tamamilə həyatını dəyişib. O, qeyd etdi ki, laçınlılar, kəlbəcərlilər, zəngilanlılar, şuşalılar, füzulilər, ağdamlılar, cəbrayıllılar, qubadlılar və sair öz yurdlarına qayıtdıca düşmənin söndürdüyü ocaqlar alışdırılacaq və daha şövqlə alovlanacaq. “Bu o fikri bir daha təsdiqləyir ki, biz erməni separatizmi, erməni lobbisi, onları dəstəkləyənlər, terrorçu Ermənistan üzərində yalnız hərbi, siyasi-diplomatik deyil, həm də mənəvi qələbə çalmışıq. Əhalinin əbədiyyən geri qayıtması, orada evlərinin işığını yandırması, ocaqlarını qalaması, yurdlarını sevindirməsi, orda toy-büsat qurması bizim xalq olaraq mənəvi qələbəmizin simvoludur. Azad ərazilərdə toylarımızın, qədim adətlərimizin bərpası hadisəsi bizim mənəvi qələbəmizin simvolu kimi çox dəyərlidir. Məskunlaşma gedən azad rayonlarda, kəndlərdə biz öz adətlərimizi bərpa etməklə düşmənə layiq olduğu cavabı veririk.  Çünki əhali öz yurdlarına dönməklə ora özləri ilə bütün ənənələrimizi aparıb, onlar əsasında toylar qururlar.

Xankəndidə keçirilən ilk toy isə düşmənə ağır zərbə oldu. Baxın, orada Qarabağ Universiteti açıldı, müxtəlif dövlət qurumları fəaliyyət göstərir, şadlıq evində toy keçirilir, bunlar çox mühüm məsələdir. Biz o torpaqlara əbədi qayıtmışıq və öz yurdumuza qiyamətə qədər sahib çıxmışıq”-deyə D.Osmanlı bildirdi. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031