KÖHNƏ VERSİYA            

Xankəndidə sonuncu erməni toyuna baxıb özünə söz verdi - Bağman Kərimbəyli sözünü tutdu...

Image

Bağman Kərimbəyli: “Özümə söz vermişdim ki,  Xankəndidə toy olsun və mən də o toyda oxuyum, şükür arzuma çatdım, o toyda “Qarabağ şikəstəsi” oxudum”  

Qarabağ qədim muğam sənətinin beşiyidir. Bu, gəlişi gözəl söz deyil, gerçəklikdir. Əgər Qarabağ muğamın beşiyi olmasaydı orada bir-birindən gözəl səslər doğulmazdı. Füzuli rayonu Azərbaycan muğam sənətinə çox bənzərsiz səslər, simalar bəxş edib. Təkcə ustad xanəndəmiz mərhum Süleyman Abdullayevin adını çəkmək kifayət edər ki, bu fikrimizi əsaslandıra bilək. Bu gün barəsində söhbət açacağımız xanəndə də Füzuli rayonundandır. 

Füzulinin bəy kəndlərindən biri olan Kərimbəyli kəndində doğulan, burda boya-başa çatan, muğamın sirlərini öyrənib onu təbliğ edən xanəndələrdən biri öz kəndinin adını təxəllüs götürən Bağman Kərimbəylidir. Bağman Kərimbəylini bizə tanıdan, onunla əlaqə yaratmağımıza kömək edən Füzuli ağsaqqallarından biri, muğam sənətinin mahir bilicisisi və qəzetimizin daimi oxucusu Fərman Süleymanov (Qarabağlı) oldu.   F.Süleymanov deyir ki, bu kəndin sonuncu bəyi Bəhram bəy Kərimbəyli olub. O danışır ki, bu kənddə hər iki-üç evdən birində gözəl səsli oxuyan var. Sabir Qəhrəmanov, Zakir Qəhrəmanov və başqalarının peşəkar xanəndə olduğunu deyən F.Süleymanov bildirdi ki, Bağman Kərimbəyli də özünəməxsus ifaçıdır. 

Bildirək ki, Bağman Kərimbəyli “Toylar kralı” yarışmasının qalibi olub və onun barəsində 

Azərbaycanın çox böyük sənbətkarları gözəl fikirlər bildirib. Müsabiqənin münasiflər heyətinin sədri, “Lalə” qızlar ansamblının rəhbəri, xalq artisti Ceyran Haşımova Bağman Kərimbəyliyə qulaq asandan sonra “belə səslər az-az olur” deyib.  

“Mən 19 nəfərə qalib gəlib dördüncü “Toylar kralı” yarışmasının qalibi oldum” 

Hazırda öz kəndində yaşayan və tez-tez  Qarabağ bölgəsinin toylarına-məclislərinə dəvət edilən xanəndə Bağman Kərimbəyli ilə söhbətimizi təqdim edirik. 

- Bağman müəllim, xanəndəliyin sirrlərini kimdən öyrənmisiniz? 

- Qırx ildən çoxdur ki, bu sənətdəyəm, amma onu heç kimin yanında öyrənməmişəm. 1982-ci ildən oxumağa başlamışam. Qonşu kənd Bəhmənlidən   Eyvaz adlı bir xanındə vardı, toy olanda hərdən məni də aparırdı. İki toy olanda birini mənə verirdi, özü başqa toya gedirdi. Sonra yavaş-yavaş tanındım, müstəqil şəkildə toylara getməyə başladım. Eyvazdan başqa heç kəsin yanı ilə toya getməmişəm.

- Sizin kəndiniz həm bir bəy kəndidir, həm də sənətkarlar yurdudur. Sizdən başqa kimlər var, yaxud olub?

- Rəhmətlik Zakir Qəhrəmanov vardı, hazırda qardaşı Sabir Qəhrəmanov yaşayır. O iki qardaş toylara gedəndə biz mağarın böyründən baxırdıq. Yəni onlar məndən əvvəl bu sənətlə məşğul olublar, öz gözəl ifaları ilə camaatın rəğbətini qazanıblar. 

- Hazırda muğama tələbat varmı? 

- Çox böyük tələbat var, muğamsevərlərin sayı çoxdur. İndi başqa bir dövrdə yaşayırıq və muğamımıza daha yaxından sahib çıxırıq. Torpaqlarımız işğaldan azad edilib. Ali Baş Komandanın, şəhidlərimizin və qazilərimizin sayəsində biz öz torpaqlarımızı düşməndən qaytarmışıq. Bu da həm biz xanəndələrə, həm də camaatımıza böyük ruh yüksəkliyi verir. Camaatımız bizə yüksək səviyyədə hörmət edir. Biz də bildklərimizi ifa edirik, “Heyratı” zərb muğamı, “Simayi-Şəms” oxuyaram. Burada elə adamlar var, mən oxuduqlarımı heç oxuya bilməz. Bu mənə Allah vergisidir.

- “Toylar kralı”na necə qatıldınız?

- 2011-ci ildə eşitdim ki, “Toylar kralı” yarımasına seçim turu keçirilir. Mən də gedib qatıldım. Orada oxuyanda Əli Mirəliyev dedi ki, bax, oxumaq, sənət, səs budur. Seçim turundan adladım və yarışmaya qatıldım. Yarışmada 20 nəfər iştirakçı vardı və mən 19 nəfərə qalib gəlib dördüncü “Toylar kralı” yarışmasının qalibi oldum. 

- O yarışmada sizin səsinizi xalq artisti Ceyran Haşımova da xüsusi dəyərləndirdi. Bu sizdə necə bir hiss yaradırdı? 

- Əlbəttə, barəmdə deyilən yaxşı sözlər məni qollandırıb-qanadlandırırdı, mənə güc, stimul verirdi. Zarafat deyil, o boyda sənətkarlar-Ceyran Haşımova, Qəndab Quliyeva, Sabir Əliyev barəmdə xoş sözlər deyirdi, Əli Mirəliyev, o yarışmanın aparıcısı Çingiz Əhmədovdan dəyərli sözlər eşidirdim. Allah dünyasını dəyişənlərə rəhmət etsin, qalanlara cansağlığı versin. Onlar mənə çox dəstək oldular. Ceyran Haşımova mənim əzizimdir, onunla, Əli Mirəliyevlə həmişə danışıram. Rəhmətlik Sabir Əliyevlə, Qəndab Quliyeva ilə də əlaqə saxlayırdım.  Onlar mənə böyük dəstək veriblər. 

- Başqa yarışmalara niyə qatılmadınız?

- 65 yaşın içindəyəm və başqa yarışmalara ehtiyac duymuram. O vaxt o yarışmaya qatılanda xeyli cavan idim. Allaha şükür, toylarım çox olur. Azərbaycanın o bölgəsi yoxdur ki, orada toya getməyəm, toy aparmayam. 

- “Toylar kralı” yarışmasında rəqiblərinizin sizə münasibəti necə idi? Nəzərə alsaq ki, siz rayon yerindən qatılmışdınız yarışmaya? 

- Mənim hamıya münasibətim yaxşı idi. Amma rəqiblərim çalışırdı ki, məni yarışmadan çıxarsınlar. Çünki hər biri qalib olmaq istəyirdi. Amma rayonumuzun rəhbərliyi başda olmaqla camaatımız, dostlarım mənə dəstək oldu, səs göndərdi və qalib oldum. Rayon rəhbərliyinin, dostlarımın, el-obamın dəstəyi olmasaydı qalib gələ bilməzdim. Yetim oğlanam, mənim eldən-obadan başqa arxam-dayağım yoxdu. Tək əldən səs çıxmaz axı. Qazandıqlarım camaatın hesabınadır. Bu gün şəhid ailələrinin toylarında, qazilərin toyunda bir qəpik almadan, tam təmənnasız iştirak edirəm, ansamblımla toyu keçirirəm. Onlardan pul almıram, almaram da.   

- Təbliğatınızı necə qurursuz? Albomunuz, diskiniz çıxıbmı? 

- Muğam və xalq mahnılarından ibarət albomum 2000-ci ildə çıxıb. Belə də Yotub-da ifalarım yerləşdirilib, toylarda, el şənliklərində çıxış edirəm. 

- Kimləri özünüzə mənəvi müəllim sayırsınız? 

- Zakir və Sabir Qəhrəmanov qardaşları mənə dəstək olub. Dədə Süleymandan böyük dəstək görmüşəm, “Ay Zaur” proqramına çəkdirdi məni, evimə gəlib çəkdilər. Fərman əmim özü musiqini beş barmağı kimi bilir, o kişi də mənə çox kömək olub.   Heyif dədə Süleymandan, çox heyif. 

- Toylarda əsasən nə sifariş verirlər? Muğama qulaq asan olur? İstəyənlər olurmu ki, filan dəstgahı oxu, yaxud filan muğamı istəyirəm?

- Bizim toylarda muğam oxumayanda toy iştirakçıları narazı qalır. Deyirlər ki, qardaş, niyə muğam oxumursan, oxu qulaq asaq. Köhnə dövrdəki kimi yenə də muğama tələbat var, muğam biliciləri çoxdur. Füzuli toylarında muğama tələbat böyükdür. Oxumadınsa “bura nəyə gəlibsən” deyirlər. Muğam bu gün nə estaradaya, nə də başqa musiqi janrlarına uduzub, əksinə, daha da inkişaf edir, daha da populyardır, ona tələbat daha çoxdur. Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində muğam sənəti çox inkişaf etdi. Yoxsa batıb gedirdi, o, muğama böyük dəstək verdi.  

- Kəndiniz işğaldan nə zaman azad edilib? 

- Kəndimiz bəy kəndidir, mən də onun adını özümə təxəllüs götürmüşəm, harda olsam Bağman Kərimbəyli olaraq təqdim edilmişəm. Kəndimlə, el-obamla, Füzuli ilə, Qarabağla fəxr edirəm. 

Kəndimiz 2 ay 15 gün işğalda qaldı. Biz də Beyləqan rayonunun Şahsevən kəndində məskunlaşdıq. 1994-cü ildə Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində kəndimiz işğaldan azad edildi və aprelin 6-da kəndə qayıtmışam, o gündən bu günə öz kəndimdə yaşayıram. 

Hərbiçilərimizə konsertlər verirəm, bu konsertlərin sayı çoxdur, onların zövqünü oxşayan ifalar təqdim edirəm. Qarabağın hər yerini gəzmişəm, tədbirlərdə, toylarda iştirak edirəm. Həmişə çalışıram ki, öz ifamla insanların zövqünü oxşayıb, onlara əsl musiqi təqdim edim. 

- Ailədə davamçınız varmı?

- İki qızım, bir oğlum var. Oğlumun yaxşı səsi var,  özü də Şuşa Mədəni-Maarif Kollecinin səs şöbəsini, solfecionu  bitirib. Amma dedi ki, bu sənət mənlik deyil. Başqa sahədə işləyir.

- Konsertləriniz olurmu?

- Hər il hərbiçilərə konsert verirəm. Bütün bayramlarda hərbiçilərin yanındayam. Hərbi hissələrdə konsert təşkil edirlər, mən də ansamblımı götürüb gedirəm. Goranboyda, Xocavənddə, Xankəndidə, öz rayonumuzda  hərbiçilərə konsert vermişəm. 

- Bu günlərdə Xankəndidə ilk toy keçirildi. Tanınmış jurnalist Kərim Kərimlinin oğlunun toyu oldu. Bildiyim qədər, xanəndə kimi siz Xankəndidəki ilk toyda iştirak etmisiniz...Bu necə hiss idi?

- Sizə bir hadisə danışım. Xankəndi işğalda olanda ermənilər orada toy etmişdilər və çəkib Yotube-də yerləşdirmişdilər. Mənfurların toyu Kərim müəllim oğluna toy etdiyi yerdə olmuşdu. O toya internetdə baxmışdım və bu mənə o qədər ağır təsir etmişdi ki, özümə gələ bilmirdim. Özümə söz vermişdim ki, Xankəndi azad olsun və orda toy olsun, mən də o toyda oxuyum. Şükür, arzuma çatdım, o toyda “Qarabağ şikəstəsi” oxudum.  Kərim müəllim oğluna çox möhtəşəm toy etdi. Toyun açılışında mən oxumuşam, toyu “Qarabağ şikəstəsi” ilə açmışıq. Bəylə gəlin içəriyə “Qarabağ şikəstəsi” sədaları altında daxil oldu. Sözün açığı, orada ağladım, çünki ən böyük arzuma çatdım. İlahi ədalət öz yerini tapdı. Dövlət başçısının, şəhidlərin, qazilərin sayəsində bu günü gördük, Azərbaycan xalqının vahid yumruq kimi birləşməsi nəticəsində torpaqlarımız işğaldan azad olundu.

İradə SARIYEVA     







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031