KÖHNƏ VERSİYA            

Paşinyanın arvadı Putin üçün ən ağrılı məsələnin beynəlxalq müzakirəsinə qatıldı...

Image

Xəyal Bəşirov: “Anna Akopyanın da Ukraynanın birinci xanımı  Zelenskayanın dəvətilə o tədbirə getməsi və orada Rusiya əleyhinə fikirlər səsləndirməsi kifayət qədər əsas verir ki, Rusiya Ermənistana qarşı real addım atsın”

Ermənistanın baş naziri Anna Akopyanın həyat yoldaşı Facebook səhifəsində Nyu-Yorka səfərinin gündəmindən video yayımlayıb.

O, videonu belə təqdim edib: “Ukraynanın birinci xanımı Olena Zelenskayanın dəvəti ilə BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində “Uşaqların gələcəyini təmin etmək: yumşaq güc üçün yeni çağırışların həlli” adlı sammitdə iştirak etdim”.

Qeyd edək ki, A.Akopyan ilk dəfə deyil Olena Zelenskinin dəvətilə tədbirə qatılır. Ukrayna-Rusiya müharibəsinin yeni başladığı dövrlərdə A.Akopyan Ukraynaya getmişdi və orada çıxış etmişdi, bu da Rusiyanın ciddi narazılığına səbəb olmuşdu. 

İndi də Rusiya prezidenti Vladimir Putinə qarşı Beynəlxalq Cinayət Məhkəməsində həbs qərarı  ukraynalı uşaqlara görə çıxarılıb. İttiham edirlər ki, Putin Ukraynadan minlərlə uşağı oğurlatdırıb, deportasiya edib naməlum bir yerə apartdırıb. Buna görə Putinə cinayət işi açıblar. Zelenskinin həyat yoldaşının da qatıldığı BMT tədbirində mövzu əsasən Ukraynadan Rusiyanın deportasiya etdiyi uşaqlarla bağlı olub. Həmin konfransda Anna Akopyan da iştirak edib. Bu fakt, təəssüf ki, Rusiyanın nəzərindən qaçıb. Rusiya məsələyə reaksiya verməyib. Rusiya üçün ən həssas olan bir məsələyə reaksiya verilməməsi maraq doğurur.   

“Biz Rusiyanın addımlarını görmürük, ona görə ki, bunun bir oyun olduğunu görmək mümkündür” 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanın Baş naziri Nikol Paşinynanın arvadı Anna Akopyanın Ukraynanın birinci xanımı tərəfindən BMT-dəki Rusiya əleyhinə tədbirə dəvət edilməsini əslində Ukraynanın hazırda Rusiyaya qarşı cəbhəsini gücləndirmək addımı kimi qiymətləndirmək olar. “Hazırda Ermənistanın yürütdüyü siyasəti nəzərə alsaq Ukrayna tərəfinin niyyətini anlamaq mümkündür, amma biz də çox gözəl bilirik, Ukraynanın birinci xanımı da çox yaxşı anlayır ki, Ermənistan heç də səmimi olaraq antirusiya siyasəti yürütmür. Ermənistan Qərbə doğru addım atacağı təhdidi ilə Rusiyadan nə isə qoparır, paralel şəkildə Qərbdən həm yardımlar, həm silah, hərbi texnika, həm də digər dəstəklər alır. Ermənistanın yürütdüyü siyasət birmənalı siyasət deyil, bu konkret və yaxud birqütblü siyasət deyil. Ermənistan eyni zamanda KTMT-ya üzv dövlət olmaqla yanaşı, Avrasiya İqtisadi İttifaqına üzv olan dövlətdir. Bu təşkilatlarda fəaliyyətini dondurmaq iddiasını ortaya qoysa da, o təşkilatlardan çıxmaq kimi real addımlar atmır. 

Əgər Ukrayna da həqiqətən Rusiyameylli siyasət yürüdən dövlətlərlə münasibətlərini kəsmək, yaxud onlarla analoji siyasət qurmaq niyyətini ortaya qoymaq istəyirsə, Ermənistanın atdığı addımların mahiyyətinə nəzər yetirib bu ölkə ilə siyasətini o şəkildə qurmalıdır. Ermənistan həmin o dövlət deyil ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra özünün Rusiyadam aldığı sınıq-salxaq qırıcı təyyarələrini Ukraynanı bombalamaq üçün Rusiyaya vermişdi. Ermənistan hələ də KTMT-yə üzv olmaqla, faktiki olaraq, Rusiyanın orbitində olan dövlətdir. Bu ölkə Avrasiya İqtisadi İttifaqına üzv olmaqla, ordan dvidendlər əldə etməklə, əslində bu gün Rusiyanın satelliti olmaq siyasətini davam etdirir. Bu şəkildə siyasət yürüdən bir dövlətin başçısının arvadının o konfransa dəvət edilməsi əslində  bir daha ondan xəbər verir ki, heç də görünən hadisələr, atılan addınlar deyildiyi kimi həyata keçirilmir. Təbii ki, Anna Akopyan BMT kürsüsündə görüntü üçün  Rusiyanın ünvanına pafoslu və populist çıxış edib, fikir səsləndirib. Amma bu səsləndirilən fikirlərə uyğun hər hansı bir addım atılacaqmı? Təbii ki, əsas məsələ budur. 

Düşünürəm ki, işğala məruz qalmış və öz ərazi bütövlüyü uğrunda mübarizə aparan Ukrayna dövləti, onun rəsmiləri, o cümlədən birinci xanımı 30 ilə yaxın bir müddət ərzində Azərbaycana qarşı işğalçı siyasət yürüdən, bu gün də o siyasətindən əl çəkmək istəməyən, konstitusion əsasda, beynəlxalq səviyyədə, o cümlədən də Ukrayna tərəfindən tanınmış ərazilərimizə iddia edən Ermənistan dövlətinə bu yanaşma tərzi əslində səmimi yanaşma deyil. Bu, işğal siyasəti yürüdən dövlətin addımlarına göz yummaq, həm də dolayı yolla ona dəstək olmaq   deməkdir. Düşünürəm ki, Ukrayna tərəfinin bu addımı yanlışdır. Çünki hazırkı mərhələdə Ukrayna öz ərazi bütövlüyü, torpaqlarının işğaldan azad olunması uğrunda mübarizə aparırsa, bütün addımlarında, siyasətində işğalçı dövlətlərlə mübarizə aparmalıdır. Ermənistan kimi bir dövlətlə birgə addım atılması həm də dolayısı yollarla işğala haqq qazandırmaq, işğalçı siyasət yürüdən dövlətə dəstək göstərmək deməkdir ki, bu da faktiki olaraq Ukrayna dövlətinin və xalqının maraqlarına ziddir”-deyə bildirən X.Bəşirov Rusiyanın hələ də A.Akopyanın səfərinə münasibət bildirməməsinin səbəblərinə də toxundu. 

X.Bəşirov bildirdi ki, 44 günlük müharibədən sonra Rusiya və Ermənistan arasında baş verən proseslər bir çox hallarda oyun kimi görsənir: “Hazırda Rusiya və Ermənistan arasında gedən proseslər bir oyun təsiri bağışlayır. ABŞ başda olmaqla, Qərbin Rusiyanın Cənubi Qafqaz regionundan tam çıxarılması ilə bağlı siyasət yürütməsi fikirləri səsləndirlir. Düşünürəm ki, ABŞ Rusiyanın Cənubi Qafqazdan çıxmasını deyil, bu regionda onların yazdıqları ssenariyə uyğun fəaliyyət göstərməsini istəyir. Yəni bu gün Cənubi Qafqazda Rusiyanın Ermənistan vasitəsilə sıxışdırılıb çıxarılması ilə əlaqədar atılan addımların hamısı bu məqsədə xidmət edir. Ermənistan da, təbii ki, alət rolunu çox böyük məharətlə oynayır. Məsələn, indiyə kimi Rusiyaya qarşı atılan addımların, səsləndirilən fikirlərin mahiyyətinə nəzər yetirdikdə görürük ki, bu bir oyunun tərkib hissəsidir. Nikol Paşinyanın arvadı Anna Akopyanın da Ukraynanın birinci xanımı Zelenskayanın dəvəti ilə o tədbirə getməsi

və orada Rusiya əleyhinə fikirlər səsləndirməsi kifayət qədər əsas verir ki, Rusiya Ermənistana qarşı real addım atsın. Yəni Anna Akopyanın o tədbirə qatılması və Rusyanın əleyhinə danışması Rusiyanın Ermənistana qarşı gerçək addım atmasını şərtləndirən amildir. Bugünə qədər atılan addımlar da onu göstərir ki, əslində Rusiyanın əlində kifayət qədər əsaslar var ki, Ermənistana qarşı lazımı addımlar atsın. Buna qarşı olan hər hansı bir məsələ yoxdur. Sadəcə olaraq, düşünürəm ki, hazırkı mərhələdə Ermənistan bir oyunun alətidir və o oyunu oynayır. Əgər o oyundan kənara çıxacaqsa və həqiqərən də Rusiyaya qarşı ona yazılan ssenaridən kənar oyunlar oynamağa cəhd göstərəcəksə o halda biz Rusiyadan ona təpki görəcəyik. Akopyanın bu davranışına qarşı, təbii ki, Rusiya tərəfindən fikirlər səsləndiriləcək, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü, yaxud digər şəxslər səviyyəsində buna qarşı mövqe bildiriləcək. Amma bu heç də hansısa real, ciddi addımın atılmasına gətirib çıxarmayacaq. Nə üçün? Çünki bugünə qədər Ermənistanın Baş naziri, onun arvadı, rəsmi şəxslər bu addımı atıblar. Hətta keçən dövrdə Anna Akopyan Ukraynaya səfər də etmişdi, yardım adı altında nələrsə aparmışdı. Rusiyadan buna qarşı da ciddi bir reaksiya görmədik. Düşünürəm ki, Ermənistanın Baş naziri və digər rəsmi şəxsləri Rusiyaya qarşı kifayət qədər sərt görünən çıxışlar ediblər. Amma  biz Rusiyanın addımlarını görmürük, ona görə ki, bunun bir oyun olduğunu görmək mümkündür”.

X.Bəşirov hesab edir ki, gələcəkdə Ermənistan bu oyunun şərtlərindən kənara çıxacaqsa, yaxud Ermənistanın addımı ssenaridənkənar bir addım olarsa Rusiyanın təpkisini görəcəyik. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031