Çexiya Prezidenti Kiyevi bəzi bölgələrin Rusiyanın nəzarətində qalmasını qəbul etməyə çağırdı
Çexiya Prezidenti Petr Pavel deyib ki, Kiyev bəzi bölgələrin illərlə Rusiyanın nəzarətində qala biləcəyini qəbul etməlidir. Dövlət başçısı “The New York Times” qəzetinə müsahibəsində belə bir ssenarini “müharibənin ən çox ehtimal olunan nəticəsi” adlandırıb.
Pavel Ukrayna rəsmilərini regionların qaytarılması imkanlarını “real qiymətləndirməyə” çağırıb və qeyd edib ki, dünyada münaqişələrdən yorğunluq artmaqdadır. Pavelin fikrincə, hər iki tərəf üçün münaqişənin sonu ortaq nöqtənin tapılmasıdır.
Pavel bundan əvvəl də demişdi ki, Kiyev Rusiya ilə sülh danışıqları zamanı əraziyə tam nəzarəti saxlaya bilməyəcək. Bununla belə, Çexiya prezidentinin sözlərinə görə, Ukrayna hazırkı vəziyyətdə NATO-ya qəbul oluna bilər.
Qeyd edək ki, Ukrayna münaqişəni dayandırmaq üçün 1991-ci il sərhədlərinə qayıtmaqda və rus qoşunlarını bu sərhədlərdən kənara çıxarmaqda israrlıdır.
TAHİR