KÖHNƏ VERSİYA            

Alimlərimizin də məqalələrini Vikipediyadan silməyə başlayıblar...

Image

“Vikipediya”dan azərbaycanlı alimlərin də, şair və yazıçıların da məqalələrinin silinməyə başlandığı barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. 

“Vikipediya”dan məqaləsi silinən alim, professor və ziyalıların bir neçəsinin adları ictimailəşdirilib. Filologiya üzrə fəlsəfə doktoru, ictimai fəal Elyar İslamoğlu öz feysbuk səhifəsində onların siyahını təqdim edib. 

1.Tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov, Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin aparıcı elmi işçisi

2. Cavid Bağırzadə, Tarix üzrə fəlsəfə doktoru, dosent, GDU, Sosial fənlər kafedrasının müdiri

3. Fuad Süleymanov, ARDNŞ Təlim və Tədris İdarəsinin rəisi, texniki elmlər üzrə fəlsəfə doktoru, "Əməkdar mühəndis", beynəlxalq sertifikatlara malik neftçi 

4. Rizvan Hüseynov, siyasi şərhçi, analitik, tarixçi,Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO-nun fəxri professoru 

5. Fərhad Cabbarov, tarix elmləri doktoru, dosent, Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini.

Qeyd edək ki, erməni faşizmini ifşa edən əsərlərin, kitabların müəllifi olan yazıçı Aygün Həsənoğlunun da barəsində olan məqalə silinib. Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri., i.e.d., dosent, tanınmış şairə Rəsmiyyə Sabirin də (Abdullayeva) vikipediya məqaləsi silinib. Bu barədə feysbukda onlar özləri yazıblar. 

Rəsmiyyə Sabir: “Bu məqalələri niyə sildiklərinə, bunu hansı məqsədlə etdiklərinə  açıqlama verməlidirlər” 

Rəsmiyyə Sabir “Bakı-Xəbər”ə bildirdi ki, onun haqqında məqalənin silinməsini təsadüfən bilib və təəccüblənib: “Bir müddət əvvəl bir mövzu ilə bağlı google-də  axtarış vermişdim. Adətən axtarışlarda birinci “Vikipediya” məqalələri çıxır. Barəmdəki məlumatları yeniləmək üçün öz “Vikipediya” məqaləmə baxdım. Bu məqaləni köməkçim yaratmışdı, o, həm də elmi rəhbəri olduğum doktorantdır. Məqaləm açılmadı, səbəbini axtarmağa başladım. Doktorantımdan xahiş etdim ki, “Vikipediya”ya yazıb məqalənin açılmamasının səbəbini soruşsun. Ordan da bizə cavab gəldi ki, sizin akademik dərəcəniz uyğun olmadığı üçün məqalə silinib. Bilirsiz ki, mən iqtisad elmləri doktoruyam və ən mötəbər bazalarda 150-yə yaxın elmi əsərim var. Sonra bəzi fəlsəfə doktoru olan şəxslər barəsində olan məqalələrə baxdım, gördüm ki, onların məqələsi silinməyib, amma elmlər doktoru olduğum halda mənim məqaləm silinib. Onlar deyirdilər ki, orada professorlar barədə məqalə ola bilər.  Amma sonra gördüm ki, orda elə adamların məqaləsi var, onlara heç toxunulmayıb, elmlər namizədlərinin məqalələri qalıb, mən isə elmlər doktoruyam. Buna görə bildim ki, burada subyektiv amillər var. Amma açıqlamalıdırlar ki, nə üçün siliblər, səbəb nədir, qərəzləri nədir? 

Mən, sözün düzü, bu məsələni daha sonra araşdırmaq istəyirdim. Amma bir qrup gəncimizi gördüm. Biz həmişə gəncliyə gələcəyə aparan qüvvə kimi baxmışıq. O gənclərin 3 min şəhid barədə məqaləni silməsini çox ürək ağrısı ilə qarşıladım. Bizi siləndə bu bizə çox ağır təsir etməyə bilər, amma şəhidlər barədə məqalələrin silinməsi mənə qat-qat pis təsir etdi ki, onları biz yaşatmalıyıq. Hardan silirlər-silsinlər, onsuz tarix onları yaşadacaq…

Azərbaycan əsgərinə yazdığım şeirdə:

“Sən Vətən torpağında silinməyən bir izsən”-demişəm.

Bu vətən, bu torpaq üçün canı, qanı ilə döyüşən, şəhid olan, yaxud qələmi ilə vuruşan elm adamlarını heç zaman tarixdən silə bilməyəcəklər. Onların bu davranışını pisləyirəm. Bu məqalələri niyə sildiklərinə, bunu hansı məqsədlə etdiklərinə  açıqlama verməlidirlər. Təkcə biz deyilik ki. Bizdən başqa da görün nə qədər adamın səhifəsi silinib… “-deyə R.Sabir bildirdi.

Müsahibimiz qeyd etdi ki, bu məqalələrin silinməsi ilə bağlı məsələ KİV-də ətraflı müzakirə olunmalı və bunun səbəbinə aydınlıq gətirilməlidir, xüsusən də şəhidlərimizə qarşı edilən bu davranışa qanunvericiliyə uyğun tədbir görülməlidir. 

Aygün Həsənoğlu: “Təəssüf ki, “Vikipediya”dan Azərbaycanın millətçi, vətənsevər ziyalılarına qarşı belə açıq hücum başlanıb” 

Yazıçı Aygün Həsənoğlu da bildirdi ki, yazısının silinməsini bir neçə gün əvvəl görüb, amma əvvəlcə problemin bilgisayarda olduğunu, yaxud bunun texniki problemdən qaynaqlandığını düşünüb. “Düşündüm ki, yəqin yeniləmə olacaq və məqaləm yenidən yüklənəcək. Ancaq yüklənmədi. Elə bu vaxt 3 min şəhidimizin məqaləsinin silindiyi barədə məlumatı oxudum. Doğrudan da təəccübləndim ki, buna necə cəsarət ediblər. Bu ölkənin oğulları, Azərbaycan ordusunun əsgərləri Vətən üçün döyüşüb şəhid olublar. Kimin nə ixtiyarı var ki, şəhidlərimiz barədə yazıları və şəkilləri silsin, şəhidlərimizin xatirəsini əks etdirən hanısa materialı yox etsin? O yazıları silənlər Vətən qarşısında nə ediblər? Onların nə ixtiyarı var ki, Azərbaycan dövlətinin maraqlarını müdafiə edən, ərazisini qoruyan əsgərin adını silib. Yaxud da “Vikipediya”da səlahiyyəti olanların nə  ixtiyarı var ki, Aygün Həsənoğlunun məqaləsini silib? Yəni belə bir yetkini, belə bir səlahiyyəti onlara kim verib? Onlar nə etmək istəyirlər, bizi tarixdənmi silmək niyyətindədirlər? Bununla tarixdən kimisə silmək mümkündürmü? Yeri gəlmişkən, əvvəllər mən bunun erməni məsələsi ilə məşğul olduğuma görə olduğunu düşündüm. Amma mənə xəbər gəldi ki, şair, tərcüməçi və elmlər doktoru, professor Rəsmiyyə Sabirin də səhifəsi silinib. Cavab olaraq bildirilib ki, elmi dərəcən standarta tam cavab vermir. Başa düşə bilmirəm, elmlər doktoru dərəcəsi “Vikipediya”çıların hansı standartlarına cavab vermir? Yaxud Aygün Həsənoğlunun kitabları, məqalələrinin adları hansı standartlara cavab vermir? Təəssüf ki, “Vikipediya”dan Azərbaycanın milliyyətçi, vətənsevər ziyalılarına qarşı belə açıq hücum başlanılıb. Çünki mən orada elə yazıçıların, hətta namizədliyi olmayan elmi işçilərin məqalələrini gördüm və çox təəccübləndim. Bu adamlar ki, bir-iki kitab, bir neçə məqalə yazıblar,  amma onlara aid məqalələr saxlanılıb, tanınmış, cəmiyyətdə vətənpərvərliyi, Vətənə, dövlətə sədaqəti ilə seçilən insanların səhifələri silinib. Bunu edən kimdir? Mənə elə gəlir ki, bu artıq starteji məsələdir, bu, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən araşdırılmalıdır.

Yeri gəlmişkən, professor Abid Tahirlinin də səhifəsi silinib. Abid müəllim vətənpərvərliyi, ziyalılığı ilə seçilən, xüsusən də mühacirət ədəbiyyatının araşdırılmasında xidməti olan şəxsiyyətdir. Kifayət qədər də məqalələri, kitabları var. Çox qəribə bir məsələdir ki, belə bir alim barədə də məqalə “Vikipediya”dan silinib”-deyə A.Həsənoğlu bildirdi.

İradə SARIYEVA  







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031