Mavi bülletenlə axtarılan “Qanuni Oğrular”ın lideri İstanbulda yaxalandı
Rusiyada fəaliyyət göstərən “Thieves in Law” (Qanuni Oğrular) mütəşəkkil cinayət təşkilatının idarəçilərindən olan Şamil Əmirov Türkiyədə həbs edilib. Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında verdiyi açıqlamada bildirib.
Nazir İnterpolun mavi bülletenlə axtardığı Şamil Əmirovun “Qəfəs-15” əməliyyatı ilə Sarıyerdə yaxalandığını deyib.
Nazir bildirib ki, beynəlxalq və milli mütəşəkkil cinayətkar qruplara və zəhər tacirlərinə qarşı mübarizə getdikcə daha da artırılacaq.
“Onların nəfəsini kəsəcəyik...” - Yerlikaya əlavə edib.
TAHİR