" Bank sədri elə məhkəmə zalındaca qandallandı"- bəzi "zirəng saytlar" yalan xəbəri bir neçə gün fırladandan sonra .....
...Nəhayət həqiqəti yazdılar .Bir sabiq bank sədrinin elə məhkəmə zalında həbs olunduğu barədə yalanı bəzii saytlar bir neçə gün fırlatdılar.Qətiyyən aidiyyatı olmayan bir bankın və onun keçmiş rəhbərinin adı çəkilirdi.Yalanı yenidən qabartmamaq üçün açıq yazmırıq.
Dünəndən həmin feyk- nyusda düzəliş edilib, indi olub " trus- nyus" , yəni həqiqi xəbər. Məlum olur ki, həbs olunan şəxs sabiq "Dəmirbankın" sədri Niyaz Vəliyevdir. Halbuki bir neçə gün əvvəl tam başqa bir bank sədrinin adı hallandırılırdı.Həm də yalanı elə bir iddia ilə təqdim edirdilər ki, sanki hər şeyi öz gözləri ilə görüblər.
"Ucuz media sensasiyaçılarının" bu yolla günahsız adamlara nə qədər mənəvi ziyan vurduqlarının fərqinə kim və necə varacaq?
Mətləb