Mingəçevirdə də qızılcaya yoluxma halları aşkarlandı...
Mingəçevirdə qızılcaya yoluxma halları aşkarlanıb. TƏBİB-dən məlumat verilib ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının müvafiq şöbəsində qızılca diaqnozu qoyulan və digər ağırlaşmalarla müşahidə olunan 4 nəfərin müalicəsi davam etdirilir.
"Onlara zəruri tibbi xidmətlər göstərilir, vəziyyətləri orta ağırdır" - deyə məlumatda bildirilir.
ZÜMRÜD